Mxitar Qoş
Mxitar Qoş (1130, təq. 1120 və ya 1120-ci illər, Gəncə – 1213, Qoşavəng monastırı) — Qafqaz Albaniyası tarixşünaslığının və mədəniyyətinin tanınmış nümayəndələrindən biridir. Mxitar Qoş külli miqdarda pritşaların, təmsillərin, məşhur Qanunnamənin, Alban salnamələrinin və yeganə aqioqrafik əsəri olan Gəncəli Xosrovun əzablı həyatı (Gəncəli Xosrovun şəhid olması) əsərinin müəlllifidir.
Mxitar Qoş Gəncə şəhərində doğulmuş, öz doğma şəhərini şəhərlərin anası, metropoliya adlandırmışdır. Qoş təxəllüslü məşhur hüquqşünas Mxitar təhsilini əvvəlcə vardapet Tovuzlu Yovhannesdən almış, sonra isə Kilikiyada oxumuşdur. Mxitar Qoş böyük nüfuza malik olmuş, ehkamçılıq, kilsə mərasimləri məsələlərində, eləcə də kilsə qanun-qaydaları, monastır nizamnaməsi məsələlərində onun rəyi həlledici sayılırdı. Qoş Qafqaz Albaniyası maarifçiliyinin mötəbər ocağı sayılan Nor Qetik monastırının və monastır məktəbinin yaradıcısıdır. Nor Qetiki hətta Qoşavəng (Qoşu monastırı)da adlandırırlar.
Vardan Areveltsi və Vanakan Vardapet Mxitar Qoşun tanınmış şagirdləri olmuşlar. Hazırda Mxitar haqqında əlimizdə olan məlumatların əksəriyətini Vanakanın yetirməsi, Qoşu özünün mənəvi babası adlandıran Gəncəli Kirakos yazıb qoymuşdur.