Tural Qəlbinur
Tural Qəlbinur — Uzman oftalmoloq-cərrah, vitreoretinal xəstəliklər və cərrahiyyəsi üzrə mütəxəssis, tibb elmləri doktoru
== Həyatı ==
Tural Qəlbinur, 1982-ci il yanvar ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 13 yaşında Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsinin tələbəsi olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2002-2005-ci illərdə Türkiyənin İstanbul şəhərində— SSK Vakıf Gureba Eğitim xəstəxanasının Göz xəstəlikləri klinikasında oftalmologiya ixtisası üzrə, 2006-2008-ci illərdə İsrailin Yerusəlim şəhərində— Hebrev Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal xəstəliklər və cərrahiyyə üzrə klinik fellowship, 2009-2010-cu illərdə Kanadanın Toronto şəhərində— Toronto Universitetinin Oftalmologiya kafedrasında VitreoRetinal cərrahiyyə üzrə klinik fellowship təhsili almışdır. 23 yaşında tibb elmləri namizədi və 34 yaşında Azərbaycanın tibb sahəsində ən gənc elmlər doktoru alimlik dərəcəsini alan ilk oftalmoloq-həkimdir. Amerika Oftalmologiya Akademiyasının, Görmə və Oftalmologiya üzrə Araşdırmalar Assosiasiyasının, Amerika Retina Mütəxəssisləri Cəmiyyətinin, Avropa Retina Cəmiyyətinin, Avropa Katarakta və Refraktiv Cərrahiyyə Cəmiyyətinin, İsrail Görmə və Göz araşdırmaları Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyətinin, Türk Cümhuriyyətləri Oftalmologiya Cəmiyyəti-Gənc Oftalmoloqlar Bölümünün İdarə Heyətinin və Azərbaycan Tibb Assosiasiyası Jurnalının Redaksiya heyətinin üzvüdür.
Tural Qəlbinur bir müddət Moskvada, S.Fedorov adına çoxsahəli tibb mərkəzində çalışıb. 2016-cı ildən Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasında işləyir.
== Elmi fəaliyyəti ==
2004-cü ildə “Neovaskulyar qlaukomalı xəstələrin yeni kompleks müalicə üsulu” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2016-cı ildə “Tor qişanın irsi distrofiyalarının profilaktika və müalicəsinə yeni yanaşmalar sistemi (eksperimental-klinik tədqiqat)” adlı doktorluq dissertasiyasını müdafiə edərək tibb elmlər doktoru adını almışdır.
== Elmi əsərləri ==
Sequence variants in HTRA1 and LOC387715/ARMS2 and phenotype and response to photodynamic therapy in neovascular age-related macular degeneration in populations from Israel.