QƏNİZADƏ

Qəninin oğlu; varlı oğlu, dövlətli övladı.
QƏNİYYƏ
QƏRİB
OBASTAN VİKİ
Sultanməcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. == Həyatı == Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Çingiz Qənizadə
Çingiz Aşralı oğlu Qənizadə (1 avqust 1957, Ağdaş) — Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı, hüquq üzrə fəlsəfə doktoru, hüquq müdafiəçisi. == Həyatı == Çingiz Aşralı oğlu Qənizadə 1 avqust 1957-ci ildə Ağdaş şəhərində anadan olmuşdur. 1964–1974-cü illərdə Ağdaş şəhər Səməd Vurğun adına 1 saylı orta məktəbdə təhsil almışdır. Orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra 1975–1977-ci illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1984-cü ildə BDU-nun Hüquq fakultəsini bitirərək hüquqşünas ixtisasına yiyələnmişdir. 1989–1990-cı illər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində şöbə rəisinin müavini, 1990–1992-ci illərdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, 1992–1993-cü illərdə Bakı şəhər prokuroru vəzifələrində çalışmışdır. 1995-ci ildən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədridir. 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə IV və V ÇağırışAzərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2021-ci ildə Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunması üçün YAP sədri, prezident İlham Əliyevə məktubla müraciət etmişdir. Bundan sonra prosedura uyğun olaraq Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 9 Fevral 2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edilmişdir.
Ülvi Qənizadə
Ülvi Aslan oğlu Qənizadə (1 yanvar 1999; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. Ülvi Qənizadə 2023-cü il Avropa Çempionatının qalibi olub. == Həyatı == Ülvi Qənizadə 1999-cu il yanvarın 1-də Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Elnur Müzəffərovdur. == Karyerası == Ülvi Qənizadə 2015-ci ilin avqustunda Bosniya və Herseqovinanın Sarayevo şəhərində baş tutan yeniyetmələr arasında Dünya Çempionatının bürünc medalına sahibi oldu.Daha sonra Ülvi Qənizadə 2016-cı ilin martında İranın Tehran şəhərində baş tutan Yadigar İmamın xatirəsinə həsr olunan beynəlxalq turnirdə gümüş medalın sahibi oldu. Həmin ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib olan Ülvi Qənizadə, sentyabrda Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının final görüşündə Qırğızıstan nümayəndəsi Ağyol Mahmudova məğlub olaraq turnirin gümüş medalına sahib oldu.2017-ci ilin iyununda Almaniyanın Dortmund şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə aparmaqla gənclərin turnirlərində debüt edən Ülvi Qənizadə, ümumi nəticədə 12-ci pillədə qərarlaşdı.2018-ci ilin mayında Qazaxıstanda baş tutan Jaqsiliq Üşqempirovun xatirəsinə həsr olunan beynəlxalq turnirin qalibi olan Ülvi Qənizadə, həmin ayda Rusiyada baş tutan hərbçilər arasında Dünya Çempionatının final görüşündə Rusiya nümayəndəsi Adam Quraqa məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Daha sonra o, iyunda İstanbul şəhərində baş tutan 23 yaşlılar arasında Avropa Çempionatında 11-ci pillədə qərarlaşdı. İyulda İtaliyanın Roma şəhərində gənclər arasında Avropa Çempionatının həlledici görüşündə Rusiya təmsilçisi Məhəmməd Yarbilov üzərində qələbə qazanaraq turnirin qalibi olan Ülvi Qənizadə, sentyabrda Trnava şəhərində gənclər arasında Dünya Çempionatında uğursuz nəticə göstərdi və 24-cü pillənin sahibi oldu. 2019-cu ilin aprelində Rumıniyanın Buxarest şəhərində Avropa Çempionatlarında debüt edən Ülvi Qənizadə, turniri 10-cu pillədə başa vurdu. Daha sonra o, iyunda İspaniyada gənclər arasında Avropa Çempinatında 8-ci pillənin sahibi olsa da, avqustda Estoniyanın Tallin şəhərində baş tutan gənclər arasında Dünya Çempionatının final görüşündə Rusiya nümayəndəsi Sergey Stepanova məğlub olaraq turnirin gümüş medalına layiq görüldü.
Əzizağa Qənizadə
Əzizağa Tofiq oğlu Qənizadə — ehtiyatda olan Azərbaycan hərbçisi, I Qarabağ müharibəsi iştirakçısı, "701 saylı Hərbi Hissənin Veteranları" İctimai Birliyinin sədri, polkovnik. == Həyatı == Əzizağa Qənizadə Cəmşid Naxçıvnski adına Hərbi liseyi bitirdikdən sonra 1976-ci ilin avqust ayında Bakı Ali Ümumqoşun Komandanlıq məktəbinə daxil olub və 1980-ci ildə oranı bitirdikdən sonra Qırmızı Bayraqlı Türküstan Dayirəsinin 44077 saylı hərbi hissənin taqım komandiri vəzifəsinə təyin olunub. 1981-ci ilin may ayından israrlı xahişi ilə Əfqanıstana göndərilib. 1981-ci ilin sentyabr ayına kimi 51884 saylı hərbi hissədə motoatıcı taqım komandiri vəzifəsində çalışıb. Kabul şəhəri Taborun Qərargəh rəisi mayor Ruslan Auşev olub. Həmin ilin sentyabr ayında sonradan İnquşetiya Respublikasının prezidenti olan Sovet İttifaqı Qəhrəmanı Ruslan Auşevın təqdimatı ilə döyüşlərdə qəhrəmanlıq nümunələrini göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni almağa təqdim olunub. 1981-ci ilin sentyabr ayından 1982-ci ilin noyabr ayına kimi 78864 saylı Hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsində döyüşlərdə iştirak edib.1982-ci ilin aprel ayında döyüşlərdə fərqləndiyinə görə vaxtından əvvəl baş leytenant hərbi rütbəsini alıb.1982-ci ilin noyabr ayında döyüşlərdə fərqləndiyinə görə yuxarı pilləyə, 39676 saylı hərbi hissədə motoatıcı bölüyün komandiri vəzifəsinə təyin olunub. 1982-ci ildə fevral aiında SSRİ Ali Sovetinin fərmanı ilə döyüşlərdə qəhrəmanlıq göstərdiyinə görə “Qırmızı Ulduz” ordeni ilə təltif olunub. 1982-ci ilin mart ayında döyüşlərdə misilsiz şücaət göstərdiyinə görə 39676 saylı hərbi hissənin komandanlığı tərəfindən İkinci “Qırmızı Ulduz” ordeninə təqdim olunub. 1982-ci ilin may ayında Əfqanıstanda xidmətini bitirib.
Mahmud ağa Qənizadə
Mahmud ağa Qənizadə (iyun 1879 və ya 1878, Salmas, Qərbi Azərbaycan ostanı – 19 fevral 1935 və ya 1934, Təbriz) — Azərbaycan jurnalisti, naşir, tarixçi, inqilab xadimi. == Həyatı == Cənubi Azərbaycanın Salmas şəhərində doğulmuş, Təbrizdə vəfat etmişdir. Dini – dünyəvi təhsilini valideynlərindən, görkəmli üləmalardan və məktəbdarlardan almış, ərəb, ingilis, fars, fransız, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı, Səttar xanın şəxsi katibi, Təbriz əncüməninin üzvü, azəri dili və ədəbiyyatının təbliğatçısı idi. 1907-ci ildən jurnalistlik fəaliyyətinə başlamış, ömrünün sonlarınadək bu sahədə çalışmışdır. "Fəryad" (Urmiyə, 1907), "Əncümən" (Təbriz, 1908–09), "Mühakimat" (Avropada, 1909), "Gavə" (Berlin), "Səhənd" (Təbriz, 1925-ci ildən) qəzetlərinin redaktoru, müdiri və naşiri olmuşdur.
Soltan Məcid Qənizadə
Sultan Məcid Murtuzəli oğlu Qənizadə (aprel 1866, Şamaxı – 23 mart 1938) — Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi. == Həyatı == Sultan Məcid Qənizadə 1866-cı ilin aprel ayında tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultan Məcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində "Məsihzadə" imzası ilə yazması da bu varisliyə işarədir. Sultan Məcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur.
Sultan Məcid Qənizadə