RƏYYAN
RƏZAİL
OBASTAN VİKİ
Rəz (Nəmin)
Rəz (fars. رز‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 310 nəfər yaşayır (60 ailə).
Cahangir Rəzmi
Cahangir Rəzmi (16 dekabr 1947, Ərak) mükafat qazanmış İranlı fotoqraf və hadisə yerindən xəbərlər fotoqrafiya müəllifi olmaq üçün 1980-ci ildə Pulitzer mükafatı qazandı. Onun fotoşəkili "İranda güllələmə", 27 avqust 1979-cu ildə qəbul olundu və İran qəzeti İttilaatda anonim şəkildə çap oldu.Neçə gün sonra, o, dünyanın çoxsaylı qəzetlərinin ön səhifələrinə çıxdı.Bu fotoqraf,Pulitzer mükafatının 90 illik tarixində yalnız anonim qalibi olmuşdur,çün Rəzminin kimliyi fotoqraf kimi 2006-cı ilə qədər aşkar olunmamışdı.
Dövlətabad (Rəzəvi Xorasan)
Dövlətabad — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Zavə şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,740 nəfər və 2,334 ailədən ibarət idi.
Eşqabad (Rəzəvi Xorasan)
Eşqabad — İranın Rəzəvi Xorasan ostanının Nişapur şəhristanının Miyan Colgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,325 nəfər və 348 ailədən ibarət idi.
Feyzabad (Rəzəvi Xorasan)
Feyzabad — İranın Rəzəvi Xorasan ostanının şəhərlərindən və Məhvilat şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,721 nəfər və 3,827 ailədən ibarət idi.
Hacı Əli Rəzmara
Hacı Əli Rəzmara (fars. حاجیعلی رزم‌آرا‎ Ḥājī`alī Razmārā; 1901[…], Tehran – 7 mart 1951, Tehran) — İranın 26 iyun 1950-ci ildən 7 mart 1951-ci ilə qədər baş naziri. == Həyatı == Atası Məhəmməd xan İran Kazak briqadasının zabitlərindən idi. Hacı Əli Rəzmara da öz həyatını hərbi işə sərf etmişdi. Fransada xüsusi hərbi məktəb olan Sen-Siri bitirmişdi.Ordunun Baş Qərərgah rəisi vəzifəsinədək yüksəlmişdi. 26 iyun 1950-ci ildə şahənşah Məhəmmədrza şah Pəhləvi onu baş nazir təyin etmişdi. Baş nazir Hacı Əli Rəzmara İran neftinə İngiltərənin nəzarət etməsində aparıcı fiqur idi. Qacar təfəkkür tərzi Rəzmara tərəfindən reallaşdırılırdı. O İran xalqını təhqir edərək onun neft sənayesi qurmağa aciz olduğunu demişdi. Hətta neft sənayesinin milliləşməsini İrana xəyanət adlandırırdı.
Malikabad (Rəzəvi Xorasan)
Məlikabad — İranın Rəzəvi Xorasan ostanının Məşhəd şəhristanının Əhmədabad bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,161 nəfər və 302 ailədən ibarət idi.
Rəza Dəğati
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. == Qardaş şəhərlər == Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Rəzan Qadınəfəndi
Rəzan Qadınəfəndi (d. 28 mart 1860 — ö. 31 mart 1910) — 33. Osmanlı sultanı V Muradın beşinci xanımı. == Həyatı == Rəzan xanım 1860-cı ildə Artvində gürcü əsilli Ömər bəy və xanımı Fatma xanımın ailəsində dünyaya gəldi. Rəbiyə adlı doğma, Şayəstə adında da ögey bacısı vardı. Kiçik yaşlarında bacılarıyla birlikdə İstanbula gətirildi və burada Səniha Sultanın sarayına təqdim olundu. Adı dəyişdirilərək Rəzan qoyuldu və türk-İslam tərbiyəsi aldı. Qardaşı Sultan Muradın taxta çıxdığı əsnada Səniha Sultan Rəzan xanımı qardaşının hərəminə göndərmək istədi. Ancaq ailəsindən icazənin gec verilməsi nəticəsində bu nikah Sultan Muradın Çırağan sarayındakı məhbus illərinə təsadüf etdi (2 noyabr 1877).
Rəzavi Xorasan
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan (ostan)
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzavi Xorasan ostanı
Rəzavi Xorasan ostanı (fars. استان خراسان رضوی‎ – Ostane Xorasane rəzəvi) — İranın şərqində ostan. Mərkəzi Məşhəd şəhəridir. Tarixi Xorasan bölgəsinin bir hissəsini təşkil edir. Ostanın ərazisi 148.959 km²-dir. 2006-cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 5 593 079 nəfər əhali yaşayır. Əhalisinin etnik tərkibi Azərbaycan türklərindən (Ostan əhalisinin 1/5-i qədər), farslardan, Xorasan türklərindən, türkmənlərdən, kürdlərdən, həzaralardan, bəluclardan, puştunlardan və s. ibarətdir.
Rəzdərə
Rəzdərə — Azərbaycan Respublikasının Zəngilan rayonunun Rəzdərə kənd inzibati ərazi dairəsində kənd. Rəzdərə kəndi Bəsit çayın sahilində, dağətəyi ərazidədir. Rizədərə variantında da qeydə alınmişdir. Kənd adını eyniadli dərənin adından almışdır. Oykonimin razdar adlı ağacin adı ilə bağlı olduğu güman edilir. Dərənin adını İran dillərindəki raz (cir üzüm tanayi) sözü ilə da əlaqələndirirlər. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Rəzey
Rəzey — Cənubi Azərbaycanın Ərdəbil ostanının Meşkinşəhr şəhristanının Ərşəq bəxşində şəhər və bu bəxşin paytaxtıdır. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,749 nəfər və 413 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Rəzgari (Piranşəhr)
Rəzgari (fars. رزگاري‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 912 nəfər yaşayır (181 ailə).
Rəzgov
Rəzgov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 387 nəfərdir. == Toponimiyası == Yerli əhalinin dilində kəndin adı Rəzqo variantında tələffüz olunur. Oykonim talış dilindəki rəz (qara, cır üzüm tənəyi) və qo (yer) sözlərindən düzəlib, “tənəklik” mənasındadır. Yaşayış məntəqəsi eyniadlı ərazidə salınmışdır.
Rəzi
Rəzi — İranın Ərdəbil ostanının Rəzi şəhristanının mərkəzi. Şəhərin əhalisi Azərbaycan türklərindən ibarətdirlər və Azərbaycan türkcəsinə danışırlar.
Rəzi Girdəni
Girdəni — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 5014 nəfərdir. == Toponimiyası == Keçmiş adı Rəzi Girdəni olmuşdur. Rəzi talış dilində "tənəklik, üzümlük" deməkdir. Oykonim talış dilində Qırdəni şəklində tələffüz edilir. Bəzi tədqiqatçılar kəndin adını qırdə (yığılmış, yığcam) sözündən və -ni (-ma, -mə inkarlıq ədatı) şəkilçisindən ibarət "evləri dağınıq, pərakəndə kənd" kimi izah edirlər. Lakin Azərbaycan toponimiyasında girdə coğrafi termin kimi dairəvi relyef formasında olan hündürlüklərə deyilir. -ni şəkilçisi -li (mənsubluq bildirir) şəkilçisinin yerli tələffüz formasıdır. Rayonun ərazisində eyniadlı çay da var.
Rəziabad (Ərdəbil)
Rəziabad (fars. رضي اباد‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 272 nəfər yaşayır (62 ailə).
Rəzin (Xudafərin)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (9 ailə).
Rəzin (Əhər)
Rəzin (fars. رزين‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 107 nəfər yaşayır (22 ailə).
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Rəzməcin (Əbhər)
Rəzməcin (fars. رازمجين‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (29 ailə).
Seyid Rəzi
Seyid Rəzi və ya Əbulhəsən Məhəmməd ibn Əbi Əhməd (ləqəbi: Şərif Rəzi; 970 və ya təq. 970, Bağdad – 27 iyun 1015 və ya 1016, Bağdad) — alim, fəzilət sahibi və ədib, İraq seyyidlərinin nəcib və böyüklərindən və Əbu Talib nəslinin ən yaxşı şairlərindən. == Həyatı == O, on yaşından şer deməyə başlayıb və otuz yaşında çox az bir müddət ərzində Quranı əzbərləyib. Çox çalışqan və pak nəfsli insan olub. Heç kəsdən hədiyyə və mükafat qəbul etməzmiş. Bütün elm və yaxşılıqlardan paya malik olub. Seyid Rəzi və onun Ələmulhüda ləqəbi ilə tanınan qardaşı Əbulqasim Əli Mürtəza uşaqlıqlarından şiənin böyük fəqih və alimlərin- dən Şeyx Müfidin tərbiyəsi altında olublar. Şeyx Müfidin bu iki qardaşın tərbiyəsini öz öhdəsinə götürməsinin maraqlı bir tarixçəsi var və İbn Əbil-Hədid onu öz şərhində belə nəql edir: “Şeyx Müfid ləqəbi ilə tanınan məşhur böyük şiə alimi Əbu Abdullah Məhəmməd ibn Nöman bir gecə yuxusunda görür ki, Bağdadın Kərx məhəlləsində olan məscidin- də oturub və birdən Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) qızı Fatimə əleyhas-salam uşaqlıq yaşlarında olan iki oğlu – Həsənlə Hüseynin əlindən tutub məscidə daxil oldu və salam verdikdən sonra buyurdu: “Ey Şeyx, bunlara fiqh öyrət”! Şeyx Müfid tam heyrət içində yuxudan oyanır. Həmin gecənin səhərisi günü Seyid Rəzi ilə Mürtəzanın anası Fatimə binti Hüseyn öz oğlanlarının əllərindən yapışmış və yanında kənizlər olan halda məscidə daxil olur və salam verdikdən sonra deyir: “Ey Şeyx, bu iki oğlumu sənin yanına gətirmişəm ki, onlara fiqh öyrədəsən”.