RÖVŞƏNİ

f. 1) aydınlıq, işıqlılıq; 2) rövşəniyyə təriqətinə mənsub olan.

RÖVŞƏNXƏYAL
RÖVŞƏNRƏY
OBASTAN VİKİ
Sirus Rövşəni
Sirus Rövşəni (fars. سیروس روشنی‎‎; 1928, Təbriz – 1981) — iranlı həkim, anestezioloq. 1979-cu ildə İranda baş vermiş İran İslam İnqilabından əvvəl dəfələrlə mənsubu olduğu dini inanca görə təqiblərə məruz qalmışdır. Şiraz xəstəxanasında anestezioloq kimi çalışan Rövşəni dövlətin bütün təziqlərinə baxmayaraq vəzifəsini icra etməyə davam etmişdir. 1982-ci ildə İran İslam Respublikasının rəsmiləri tərəfindən iki dəfə təhdid edilmiş və nəticədə həmin ilin qışında güllələnərək edam edilmişdir. Sirus Rövşəninin ölümündən sonra İranda yaşayan bəhai icmasına qarşı sistematik təqiblərə start verilmişdir və həmin təqiblər ən müxtəlif səviyyələrdə bu gün də davam etdirilməkdədir. Sirus Rövşəni 1928-ci ildə İranın Şərqi Azərbaycan ostanının paytaxtı olan Təbriz şəhərində, bəhai ailəsində anadan olmuşdur. Yeniyetməlik dövründə ailəsində yaşanan maddi çətinliklər səbəbindən məktəbə getməyi dayandırmış və bazar ticarəti ilə məşğul olmuşdur. 17 yaşı olarkən, tibb təhsili üçün nəzərdə tutulmuş üç illik dərs proqramını bir il ərzində tamamlayaraq tibb məktəbinə daxil olmuşdur. Tibb təhsilini bitirdikdən sonra Sirus ümumi anesteziya üzrə ixtisaslaşmış və Səhiyyə və Tibbi Təhsil Nazirliyində işə qəbul edilmişdir.
Dədə Ömər Rövşəni
Dədə Əmir Rövşəni (1407, Osmanlı imperiyası – 1487, Təbriz) — türk mənşəli ələvi şair, XV əsr xəlvəti şeyxi və Seyid Yəhya Bakuvinin öndə gələn xəlifələrindən biri. == Həyat və fəaliyyəti == "Ləmazat" əsərində "nur əhlinin seçgini", "aləm və adəmin işığı", "can və tən əhlinin eşq sirlərinin rəhbəri", "aləm imamlarının qütbü", "sirlər aləminin eşq və sevgi nuru", "yetişdirici qütblərin məna iqliminə gedən aydınlıq yolu" deyə tövsif edilmişdir. Daha çox şeirlərində istifadə etdiyi Rövşəni məxləsi ilə tanınır. Əsl adı Əmir Əli'dir, ləqədi Dədə, künyəsi Əli ibnu binti Umur bəydir. Atası haqqında məlumat olmadığı halda ana babsı "Töhfətül-mücahid" əsərinə görə İldırım Bəyazidin əmirlərindən Qara Timuurtaş Paşanın oğlu Qazi Umur bəydir. "Ləmazat" da Aydın oğlu Umur bəy göstərilir. Şairin babasının bölgədə Osmanlılardan əvvəl hökm sürən Aydınoğulları sülaləsindən əlli il ara ilə bəylik edən iki Umur bəydən biri, böyük ehtimalla birincisi olduğu qəbul edilir. Belə ki,Ömər Rövşəni Aydın ili bölgəsinin o vaxtkı mərkəzlərindən Gözəlhisara aid Tirədən olduğunu bildirir: – demişdir. Doğulduğu il dəqiq olara bilinməsə də aparılan araşdırmalar doğum ili kimi 1407–1417-ci illər arasını göstərib. Təsəvvüfə və Bakıya gələrək Seyid Yəhya Bakuviyə bağlanmasına böyük qardaşı Əlaəddin Əli səbəb olmuşdur.