RƏSMƏN

zərf [ ər. ]
1. Rəsmi olaraq, rəsmi surətdə.
Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə [Mingəçevirə] rəsmən şəhər adı verilmişdi. Ə.Sadıq.
Ədhəm Kərəmzadə vəzifəni rəsmən qəbul etdi. B.Bayramov.

2. məc. Zahirən, zahiri olaraq, rəsmiyyət xatirinə. Özünü rəsmən mədəni göstərmək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • RƏSMƏN rəsmən bax rəsmi
RƏSMÇİ
RƏSMXƏT

Digər lüğətlərdə