SIRA
SIRALAMAQ
OBASTAN VİKİ
Qabarcıq sıralama
Qabarcıqlı nizamlama və ya qabarcıqlı sıralama (ing. Bubble sort) — iki qonşu elementi müqayisə etməklə və əgər onlar səhv nizamda isə onların yerini dəyişməklə verilən siyahını təkrarla yoxlayaraq, sıralayan alqoritmdir. Alqoritmin performansı aşağıdakı kimidir: ən yaxşı vaxt = O ( n ) {\displaystyle O(n)} orta vaxt = O ( n 2 ) {\displaystyle O(n^{2})} "5 1 4 2 8" şəklində bir massiv götürək, və massivi artma sırasına görə sıralayaq. Hər bir addımda müqayisə olunan elementlər tünd qara ilə göstərilib. Sona qədər sıralama üçün 3 keçid lazımdır. Birinci keçid: ( 5 1 4 2 8 ) → {\displaystyle \to } ( 1 5 4 2 8 ), Burada alqoritm ilk iki elementi müqayisə edir və 5>1 olduğu üçün 5 ilə 1-in yerini dəyişir. ( 1 5 4 2 8 ) → {\displaystyle \to } ( 1 4 5 2 8 ), 5 > 4 olduğu üçün ( 1 4 5 2 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 > 2 olduğu ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ), 5 < 8, heç bir dəyişiklik olmur. İkinci keçid: ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 4 2 5 8 ) ( 1 4 2 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ), 4 > 2 olduğu üçün ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Hal - hazırda massiv artma sırasına görə sıralanıb (nizamlanıb). Amma alqoritm bunun belə olduğunu bilmədiyi üçün elementlərin yerini dəyişmədən birdaha elementləri müqayisə edəcək. Üçüncü keçid: ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) ( 1 2 4 5 8 ) → {\displaystyle \to } ( 1 2 4 5 8 ) Python dilində implementasiya aşağıdakı kimi olar.
Sıralama alqoritmi
İnformatikaa nizamlama alqoritmi siyahıdakı elementləri müəyyən bir nizamla (sıra ilə) düzmək üçün istifadə olunan alqoritmdir.
Təsadüfi sıralama
Təsadüfi nizamlama və ya Axmaq nizamlama - kompüter elmlərində yalnız təhsil(nümunə) məqsədilə istifadə olunan səmərəsiz nizamlama alqoritmidir. Bir dəstə oyun kartını bu alqortim ilə nizamlamaq istəndiyində, dəstənin sıralı olub olmadığına baxılar, əgər dəstə sıralı deyilsə havaya atılaraq yerə düşən kartlar yenidən toplanır. Bu əməliyyat kartlar sıralanana qədər davam edir.
Sürətli sıralama (Quicksort)
Sürətli nizamlama (ing. Quicksort) alqoritmi Tony Hoare tərəfindən 1959 -cu ildə hazırlanmış və 1961 -ci ildə nəşr olunmuş, nizamlama alqoritmidir. Sürətli nizamlama alqoritmi rekursiv alqoritmdir, parçala və idarə etmə alqoritminə əsaslanır. Sürətli nizamlama alqoritminin riyazi analizləri göstərir ki, alqoritm n elementi nizamlamaq üçün ortalama O(n log n) müqayisə əməliyyatı yerinə yetirir. Ən pis halda isə O(n2) əməliyyat yerinə yetirir. Sürətli nizamlama alqoritmi parçala və idarə etmə alqoritmidir. Sürətli nizamlama əvvəlcə massivi iki kiçik massivə bölür: kiçik elementlər massivi və böyük elementlər massivi. Sonra rekursiv olaraq bu massivləri sıralayır. Massiv boş olduqda və bir elementdən ibarət olduqda onu nizamlamağa ehtiyac olmur. Bu iki hal sürətli nizamlama alqoritmində əsas hal (base case) adlandırılır.
Əlavə etməklə sıralama
Artırmalı nizamlama (ing. insertion sort ~ ru. сортировка вставкой ~ tr. eklemeli sıralama) – siyahıda bir elementdən başlayıb, yeni elementləri bir-bir lazım olan yerlərə qoymaqla siyahının yenidən qurulmasından ibarət nizamlama alqoritmi. Artırmalı nizamlama massivlərlə işlərkən səmərəli olmur (elementlərin daim yerlərini dəyişdirilməsi səbəbindən), ancaq əlaqəli siyahıların çeşidlənməsi üçün ideal uyğun gəlir. Proqramlaşdırması olduqca sadə olan ancaq performans baxımından digər sıralama alqoritmlərindən zəifdir. Alqoritmin adı seçilən elementin sıralanmış massivdə uyğun yerə əlavə edilməsindən gəlir. İşləməsinə aşağıdakı nümunə üzərində baxaq. 3 4 2 8 ilk rəqəmdən başlayaq.(3) Birinci gedişdə sadəcə 3 sıralanır yəni heç nə etmirik. 3* 4 2 8(* simvolu O ana qədər sıraladığımız rəqmləri göstərir.
2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, Somali və Fələstin yığma komandaları daxildir.
Adaların dünyada sahəsinə görə sıralaması
Bu sıralamada Dünyada sahəsi 1,000 km² qədər olan adalar göstərilmişdir.
Azərbaycanda adaların sahəsinə görə sıralaması
Azərbaycan ərazisində olan adaların böyük əksəriyyəti Xəzər dənizi akvatoriyasına daxildir. Ümumilikdə məhəlli sularında 50-ə yaxın irili xırdalı adalar vardır. Onlardan sahəsi 0,1 km² yüksək olan adalar on birdir. Digərlərinin sahəsi çox kiçik olmaqla yanaşı dəniz səviyəsinin qalxması ilə suyun dibinə gömülür. Onların böyük əksəriyyəti su səhinə çıxan kiçik qayalıqlar və ya adacıqlardır. Bu adalar ümümilikdə iki arxipelaqda birləşirlər: Bakı arxipelaqı və Abşeron arxipelaqı. Bakı arxipelaqı — Abşeron yarımadasının cənubunda sahil ətrafı su akvatoriyasında yerləşən Böyük Zirə, Daş Zirə, Kiçik Zirə (və ya Qum adası), Zənbil, Səngi Muğan, Çigil, Gil, Qarasu, Xərə Zirə, İqnat daşı (Daşlı ada), Kür daşı, Adsız, Qutan, Tava, Karvansaray, Xanlar, Daş adalar qövsü, Baburi adaları daxildir. Arxipelaqa daxil olan adaların böyük hissəsi Palcıq vulkanı məşəllidir. Bunlardan Gil, Xərə Zirə, Səngi Muğan, Qara su və Çigil adalarını misal gətirmək olar. Daş adalar və sualtı adalar tektonik məşəllidir.
Azərbaycanda göllərin sahəsinə görə sıralaması
== İstinadlar ==
Dünyadakı çayların uzunluğa görə sıralaması
Çayların dünyada uzunluğuna görə sıralaması
Göllərin dünyada sahəsinə görə sıralaması
Sahəsinə görə göllərin sıralanması == sahəsi 4000 km² çox olan göllər == * Duzlu göl == Materiklərə görə ən iri göllər == Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka == Qeydlər == == Mənbə == Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.
Permutasiya sıralaması
Alqoritmin işləmə prinsipi çox sadədir. Alqoritm müəyyən ədədlər massivinin Permutasiyalarını növbə ilə yoxlayır və sıralanmış vəziyyətin tapılması halında öz işini sona çatdırır. Alqoritmi sadə olaraq aşağıdakı formada yazmaq olar: Massiv sıralı olana qədər, Permutasiyasın al. nizamlamaq istədiyimiz massiv aşağıdakı kimi olsun. 1285 Burda massivin permutasiyaları alınaraq, massiv sıralanana qədər davam etdirilir. Bu əməliyyatların sayı n! ilə hesablandığından burda sıralanmanın ən pis ehtimalı 4! = 24-dür. 2 6 8 1 2 8 6 1 2 6 8 1 8 6 2 1 2 6 8 1 2 6 1 8 2 1 6 8 1 2 6 8 Yuxarıdakı permutasiyalardan sonuncusu sıralanmış vəziyyətdədir və alqoritm bu vəziyyətə çatdıqda sonlanır.
Qalaq sıralaması
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Sahəsinə görə göllərin sıralaması
Sahəsinə görə göllərin sıralanması * Duzlu göl Afrika — Viktoriya gölü Antarktida — Vostok gölü (buzaltı göl) Asiya — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Baykal Avstraliya — Eyr Avropa — Duzlu gölü: Xəzər dənizi; sirinsulu gölü : Ladoqa gölü Şimali Amerika — Miçiqan gölü-Huron gölü Cənubi Amerika — Duzlu gölü: Marakaybo gölü; sirinsulu gölü: Titikaka Factmonster.com van der Leeden, Troise, and Todd, eds., The Water Encyclopedia. Second Edition. Chelsea, MI: Lewis Publishers, 1990. pp. 198–200. Dünyanın kiçik atlası, М:QUQK SSRİ, 1979 il.
Səhraların dünyada sahəsinə görə sıralaması
Səhraların dünyada sahəsinə görə sıralaması - bu siyahıda sahəsi 50 000 km² olan səhralar öz əksini tapmışdır.
Çayların dünyada uzunluğuna görə sıralaması
Çayların dünyada uzunluğuna görə sıralaması
Milli futbol komandalarının ən yüksək və ən aşağı FİFA reytinqi sıralamalarının siyahısı
Son Dəyişiklik: 05 may 2016 15:51:54

Digər lüğətlərdə