Sənaye yağları

sənaye və məişətdə maşın, cihaz və s. mexanizm növlərini yağlamaq üçün işlədilən neft yağları. Özlülüyündən asılı olaraq S.y.-ni üç qrupa ayırırlar: yüngül, orta və ağır. S.y-nə bu üç qrupun yağlarından əlavə nəzarət- ölçü cihazlarını yağlamaq üçün işlədilən cihaz yağları , həmçinin hidravlik və vakum yağlrı da daxildir.
Səmt qazı
Səyar qazma qurğusu
OBASTAN VİKİ
Sənaye yağları
Sənaye yağları – aşağı və orta özlülüyə (5–50 mm2/c 500C-də) malik distillat neft yağlarıdır. Bu yağlardan dəzgahların sürtünmə hissələrində, ventilyatorlarda, nasoslarda, toxuculuq maşınlarında,həmçinin hidravlik mayelərin, plastik və texnoloji sürtkülərin hazırlanmasında əsas kimi istifadə olunur. "Sənaye yağları" anlayışı bu qrup yağları avtomobil və başqa nəqliyyat yağlarından (motor, transmissiya, aviasiya) və hidravlik mayelərdən ayırmaq üçün müvafiq standartlara (ГОСТ ISO) daxil edilmişdir. Sürtkü yağlarının stasionar qurğularda istifadə olunması, nəqliyyatdan fərqli olaraq sürtünən cütlüklərdə orta temperatur rejimi və təzyiqi ilə xarakterizə olunur. Mülayim temperatur şəraiti olan yerdə sənaye avadanlığının istismarı yağların nəqliyyatda xarakterizə olunan “bütün fəsillərdə işləmə” problemini aradan qaldırır. Sənaye yağları – metalkəsən dəzgahların detallarının, preslərin, yayma və digər sənaye avadanlıqlarının yeyilməsinin və sürtünməsinin azalmasını təmin etmək üçündür. Sənaye yağları eyni zamanda sürtünmə qovşaqlarından istiliyi ayırmalı, detalları korroziyadan qorumalı, sürtünmə səthlərini çirklənmədən təmizləməli, kipləşdirici vasitə olmalı, hava ilə kontaktda köpüyün əmələ gəlməsinin, davamlı emulsiyaların yaranmasının qarşısını almalı, filtrlərdən yaxşı filtirlənməli, toksiki və pis iyə malik olmamalıdır. Işləmə şəraitində sürtkü yağları yüksək temperatura və təzyiqə məruz qalırlar, müxtəlif metallarla hava ilə, su ilə və müxtəlif aqressiv mühütlə təmasda olurlar. Məhz buna görə istismar zamanı yağlar oksidləşir özlülükləri, turşu ədədi korroziya aktivliyi artır, yeyilmə məhsulları ilə çirklənirlər – aşındırıcı yeyilmə artır, filtrləşmə çətinləşir, parçalanma məhsulları əmələ gəlir – özlülük , alışma temperaturu azalır, su əmələ gəlir və s. Özlülük – yağların əksəriyyəti üçün çox mühüm istismar xassəsindən biridir.
Sənaye
Sənaye (başqa dillərdə industria mənası latınca çalışqanlıq deməkdir) — iqtisadiyyatın əsas hissəsi olub, cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərərək həm sənayenin, həm də xalq təsərrüfatının başqa sahələri üçün əmək silahının hazırlanması ilə məşğul olan bir çox müəsissələrin (zavod, fabrik, hövzə, şaxta, elektrik stansiyası)toplusunu təsvir edir. Burada istehsal manufakturalardan fərqli olaraq yüksək mexanikləşdirmə və avtomatlaşdırma dərəcəsinə malikdir. Sənaye istehsal formalarının inkişaf etdirilib tətbiq olunması prosesinə sənayeləşmə deyilir. Sənaye əsas olaraq iki böyük sahə altında qruplaşır: hasil edən və emal edən sənaye. Hasil edən sənayeyə misal kimi dağ mədənlərini, neft yataqlarını, həmçinin hidroelektrik stansiyalarını, su kanallarını, meşə istismar təsərrüfatı, balıqtutma və dəniz məhsullarının istehsalını göstərmək olar. Emal edən sənayeyə isə qara və əlvan metalların, prokatların, kimyəvi və neft kimyası məhsulları, maşın və avadanlıqlar, ağac və kağız məhsulları, sement və başqa tikinti materialları, yüngül və yeyinti sənaye məhsulları, həmçinin sənaye məhsullarının təmiri ilə məşğul olan müəssisələr və istilik elektrik stansiyaları daxildirlər. Respublikada yanacaq sənayesi əsasən neftin və qazın çıxarılması və onların emalı ilə təmsil olunmuşdur. Neft və qaz hasilatının ilk dövrlər mütəmadi olaraq Abşeron yarımadasında, sonralar isə Aran iqtisadi rayonunun əsasən Muğan-Salyan hissəsində və Quba-Xaçmaz iqtisadi rayonunda, nəhayət, ən böyük həcmdə Xəzər dənizinin şelf zonasından çıxarılır. Hazırda neft və qaz istehsalı dənizdə sürətlə artır, quruda isə xüsusən Quba-Xaçmaz iqtisadi rayonunda hasilat getdikcə azalır. Vaxtilə istismar edilmiş neft yataqlarını da nəzərə almaqla, indi respublika ərazisində 90-a qədər neft-qaz yatağı vardır.
Baza yağları
Baza yağları — avtomobillərdə istifadə etdiyimiz mühərrik yağın tərkibinə daxildir. == Növləri == Adətən baza yağları üç qrupa bölünür: sintetik, yarım sintetik və mineral, amma faktiki olaraq bu qrupların sayı beşdir. Amerika neft institutun klassifikasiyasına (APİ) əsasən bu qruplar üç növ göstəricilərlə seçilir: kükürdün miqdarı, doymuş karbohidrogen miqdıarı və özüllülük indeksi. Kükürd metalların korroziyasını yaradır, kükürdlü birləşmələrin yandırılması zamanı kimyəvi oksidləşməyə səbəb olan turşular əmələ gəlir. Kükürdün mövcudluğu baza yağların xüsusiyyətlərinə neqativ təsir edir. Doymuş karbohidrogenlər, doymamış karbohidrogenlərldən fərqli olaraq, daha sabitdirlər və daha asta oksidləşirlər. Doymuş karbohidrogenlər nə qədər çox mövcüddür, o qədər da baza yağı oksidləşir, köhnəlir və deqradasiya olunur. Özüllülük indeksi – bu miqdar yağın özlülüyü temperatur asılılığından göstəricisidir. Yuxarı indeksli yağlar temperaturdan asıllığ dərəcəsi azdır, bununla yağın aşağı temperatur xüsusiyyətləri daha yaxşılaşır. O deməkdir ki, yağın özüllülük indeksi nə qədər yuksək olarsa, yağın xüsusiyyətləri o qədər yüksək olar.
Konservasiya yağları
Konservasiya yağları — müxtəlif şəraitdə saxlanılan və ya daşınan metal məmulatların xarici və daxili konservasiyası üçün istifadə edilir. Bütün metal məmulatlar və detallar hazırlanan zaman onların korroziyadan mühafizəsi, yəni konservasiyası vacib bir məsələ kimi aktualdır. == Ümumi məlumat == Konservasiya və işçi-konservasiya yağları maşın və mexanizmlərin mühərriklərinin daxili konservasiya zonasından plastik sürtküləri tamamilə sıxışdırıb çıxarmışdır. Metal məmulatların daxili mühafizəsi üçün istifadə edilən və sürtküləri , işçi-yağları əvəz edən yuxarıda göstərilən sürtkü materiallarının tətbiq edilməsinin üstünlüyü aşağıdakılardır: maşın və mexanizmlərin mexaniki yeyilməsini azaldır, onların etibarlı işləmə müddətini artırır. Bu sürtkü materialları işçi yağlara nisbətən 3–5 dəfə, sürtkülərə nisbətən 6–10 dəfə üstünlüyə malikdirlər. == Tətbiq sahələri == Konservasiya, konservasiya-işçi və işçi-konservasiya yağları iki əsas tətbiq sahəsinə ayrılır. Bilavasitə metalemalı, maşınqayırma və başqa istehsalçı zavodlarda texnikanın hazırlanması prosesində detalların və maşın hissələrinin əməliyyatlar arası mühafizəsi üçün və eləcə də məmulatların daşınması və saxlanması dövründə konservasiyası. Texnikanın dövri və istismarı zamanı onun saxlanması. Konservasiya (К-17, НГ-203А, Б, Кормин) eləcə də konservasiya-işçi yağları АКОР-1 və КП aşqarları ilə avtomobil, traktor, cihazqayırma, dəzgahqayırma, gəmiqayırma, aviasiya, kənd təsərrüfat maşınqayırma zavodlarında hazır məmulatların əməliyyatlar arası konservasiyası və mühafizəsi üçün geniş istifadə olunur. Mühafizəedici yağ, məmulatın üzərinə onu yağa batırmaqla və yaxud yağı pulverizator vasitəsilə məmulatın üzərinə vurulur.
Motor yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Mühərrik yağları
Mühərrik yağları — porşenli və fırlanan daxiliyanma mühərriklərinin yağlanması üçün istifadə olunan yağlar. Təyinatından asılı olaraq yağlar dizel mühərrikləri üçün yağlara, benzin mühərrikləri üçün yağlara və hər iki növ mühərriklər üçün universal motor yağlarına bölünür. Bütün müasir mühərrik yağları baza yağları və onların xassələrini yaxşılaşdıran aşqarlardan ibarətdir. Mühərrik yağları iş qabiliyyətinin temperatur məhdudiyyətinə görə yay, qış və bütün mövsümlər üçün nəzərdə tutulan yağlara bölünür. Baza yağı kimi müxtəlif özlülüyü olan distillə komponentləri, qalıq komponentləri, distillə və qalıq komponentlərinin qarışığı, eləcə də sintetik məhsullardan (poli-alfa-olefinlər, alkylbenzollar, mürəkkəb efirlər) istifadə olunur. Mövsüm yağlarının əksəriyyəti aşağı özlülüklü əsasları makropolimer aşqarlarla qatılaşdırmaq vasitəsilə alınır. Mühərrik yağları baza yağının tərkibinə görə sintetik, mineral və qismən sintetik yağlara ("yarısintetik" mineral və sintetik komponentlərin qarışığı) bölünür. Dünyada ən birinci mühərrik yağı 1873-cü ildə amerikalı həkim Con Ellis tərəfindən patentləşdirilmişdi. Ellis xam neftin xassələrini tibbi məqsədlər üçün tədqiq edərkən xam neftin yaxşı yağlayıcı xassələrə malik olduğunu aşkar etmişdi. Ellis eksperimental mayeni buxar mühərriyinin ilişmiş qapağına tökmüş və nəticədə qapaqlar daha rahat hərəkət etməyə başlamış və Con Ellis dünyada ilk mühərrik yağı brendini – Valvoline qeydiyyatdan keçirmişdir.
Polisiloksan yağları
Polisiloksanlar — növbə ilə düzülmüş silisium və oksigen atomlarından yaranan zəncirə və silioksan qrupuna malikdir. Polisiloksanların alınması — polisiloksanların xassələrinin öyrənilməsi və texnikada tətbiqi sahəsində xarici və keçmiş sovet alimlərinin xidməti olub. Silisium atomlarına yan zəncir şəklində müxtəlif quruluşlu karbohidrogenlər və üzvi radikallar birləşir. Molekul zəncirinin uzunluğundan və yan zəncirin quruluşundan asılı olaraq polisiloksanlar müxtəlif fiziki və kimyəvi xassələrə malikdir. Dimetildixlorsilanın sintezi üçün dördxlorlu silisiumun, kristallik silisiumun, ya da ferrosilisiumun yüksək temperaturda xlorlaşdırılmasından, metil maqnezium-xlorid isə (CH3MgCI) xlormetanın CH3CI katalizatorunun iştirakı ilə maqneziumun təsiri ilə yaranır. 1945-ci ildə alkilxlorsilanların alınması üçün daha sadə üsul işlənib hazırlanmışdır. Bu üsul mis katalizatorunun iştirakı ilə xlorlaşmış karbohidrogen buxarlarının sərbəst silisium reaksiyasına əsaslanır: Aralıq məhsul kimi digər alkilxlorsilanlar da alınır. Bu reaksiyanın açılması alkilxlorsilanların texnikada geniş tətbiqinə güclü təkan verdi. Fiziki — kimyəvi xassələri – polisiloksanlar rəngsiz, şəffaf, yağa bənzər müxtəlif özlülüklü mayelərdir; karbohidrogenlərdə və onların hallogenli birləşmələrində yaxşı həll olur, suda, spirtlərdə və digər polyar həlledicilərdə isə həll olmur. Polisiloksanların xassələri əsas etibarilə atomların siloksan qruplaşması xassələrindən alınır.
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Transmissiya yağları
Transmissiya yağlarının minik avtomobilinin, yük avtomobilinin, avtobusların, traktorların, lokomotivlərin, yol-tikinti və digər maşınların aqreqatlarının sürtünmə qovşağında, həmçinin müxtəlif dişli reduktorların və sənaye avadanlığının qurdvari ötürücülərində istifadəsi nəzərdə tutur. Transmissiya yağları — müxtəlif funksional aşqarlar əlavə edilmiş baza yağlarıdır. Transmissiya – fırlanma hərəkətini mühərrikdən nəqliyyat vasitəsinin təkərlərinə, işlək maşınlara ötürən və eyni zamanda gücün sürətinin dəyişdirilməsi üçün istifadə olunan qurğu və ya sistemdir. Transmissiyanın tərkibinə aşağıdakılar daxildir: Mufta Kardan valı Differensial oynaqlı birləşmə Ötürücü qutu Transmissiya yağları – ötürücü və paylayıcı qutuların, aparıcı əsas körpülərin, sükan mexanizmlərin hər cür dişli və zəncirvari reduktorların yağlanmasında istifadə olunur. Transmissiya yağları — əsasən qalıq neft məhsullarının selektiv təmizlənməsindən alınan ekstraktlara distillə yağları və aşqarlar (tərkibində yeyilməyə, siyrilməyə qarşı əsasən fosfor, kükürd, xlor, molibden, disulfid saxlayan) əlavə etməklə alınır. Yüksək yüklü transmissiyalı avtomobillər tətbiq olunana qədər niqroldan istifadə olunub. 1000C-də özlülük 6 – 20 mm2/san. Açıq dişli ötürücüləri yağlamaq üçün xüsusi özlülüklü, (1000C də 50 – 500 mm2/san). neftdən alınan qalıq yağlara aşqarlar əlavə olunmaqla istifadə edilir. Hipoid ötürücülərdə əsas körpülərin yağlanması üçün hipoid yağlardan istifadə olunur (tərkibində materialın səthi ilə kimyəvi reaksiyaya girərək siyrilməyə qarşı örtük əmələ gətirə bilən aşqarlar olmalı).
Əmtəə yağları
Əmtəə neft yağları — müxtəlif özlülüklü baza yağların və aşqarların qarışdırılması (kompaund edilməsi) nəticəsində alınan yağlardır, lakin bəzi əmtəə yağlarının tərkibində aşqar olmaya də bilər, bu da istisna hal kimi qiymətləndirilir. Əmtəə yağları tətbiq sahəsinə görə sürtkü və qeyri sürtkü yağlara bölünür: Motor yağları Transmissiya yağları İndustrial yağlar Aviasiya yağları Energetik yağlar Texnoloji yağlar Tibbi yağlar Parfumeriya yağları Elektroizolyasiya yağları Plastifikatorlar Əmtəə sürtkü yağlarına motor, transmissiya və xüsusi təyinatlı yağlar aiddir. Əmtəə qeyri sürtkü yağlarına – texnoloji, elektroizolyasiya, tibbi, parfumeriya yağları və plastifikatorlar aiddir. Əmtəə sürtkü yağları – maşın və mexanizmlərdə hərəkətdə olan hissələrin bərk səthlərinin arasında olan sürtünmənin azalmasını təmin edir və bu hissələrin köhnəlməsinin qarşısını alır. Əmtəə yağları təyinat, özlülük və istismar hassələrinə görə müxtəlif cür təsnifatlanır. Rusiya Federasiyasının standartlarına görə, yağlar sinflərə bölünür və sinif adının birinci hərfi ilə markalanır. Məsələn, Motor yağları "M" hərfi ilə; İndustrial yağlar – "İ" hərfi ilə; Transmissiya yağları – "T" hərfi ilə və s. В. М. Капустин. Б. П. Тонконогов, И. Г. Фукс. "Технология переработки нефти".
Energetik sürtkü yağları
Mineral motor yağları
Mineral motor yağları – neftin yüksəkqaynayan (qaynama temperaturu 300–6000C) yüksəkmolekullu karbohidrogen fraksiyalarının (əsasən, alkilnaften və alkilaromatik), xüsusi təmizlənməsi nəticəsində alınan texniki məhsuldur. Neft yağlarının təsnifatlandırılması onların kinematik özlülüyü (normativ-texniki sənədlərdə qeyd olunur) və istismar xassələri əsasında müəyyənləşdirilir. Neft yağları öz alınma üsuluna görə distillat (neftin distilləşdirilməsi nəticəsində alınan), qalıq (qudronlardan arzuolunmaz komponentlərin çıxarılması ilə alınan) və kompaund (distillat və qalıq komponentlərin qarışdırılması nəticəsində alınan) yağlarına bölünür. Tətbiq sahəsinə görə mineral yağlar sürtkü yağlarına, elektroizolyasiya yağlarına və konservasiya yağlarına bölünür. Mineral yağlar həmçinin kosmetoloji sənayedə də istifadə olunur. Neft yağlarına lazımi xassələri vermək üçün onlara cox zaman aşqar əlavə edirlər. Neft yağlarının əsasında plastik və texnoloji sürtkülər, xüsusi mayelər, məsələn yağlayıcı-soyuducu, hidravlik mayelər və s. alınır. Mineral yağların markaları. Mineral yağların təyinatı və təmizlənmə üsulu onların markalaşdırılmasında qeyd olunur.
Qaz-turbin yağları
Qaz-turbin yağları — Dünya təcrübəsində sintetik qaz-turbin yağları 40-cı illərin sonunda meydana gəlmişdir. Bu yağları bəzən sintetik yağların ilk nəsli adlndırırlar. Qaz turbin yağlarına aviasiya qaz-turbin mühərriklərini yağlamaq üçün tətbiq olunan yağlar aiddir. Turboreaktiv mühərriklərdə yağlar turbini və kompressorun böyük ölçülü yüksəksürətli diyircəkli və rolikli diyircəkli yastıqlarını, yanacaq və qaz nasoslarının ötürücü qutularının diyircəkli yastıqlarını, dişli, çarxlı və digər köməkçi mexanizmləri yağlamaq üçün nəzərdə tutulub. MC-8П – aviasiya və gəmi mühərrikləri üçün perspektiv neft yağı kükürdlü Şərq neftlərindən MS-8 yağ əsasında istehsal olunur. Tərkibində antioksidləşdirici, yeyilməyə qarşı aşqarlar var. ИМП-10 — parafinin hidrokrekinq və hidroizomerləşmə məhsullarının sebasin turşusu və ozooktil spirtinin mürəkkəb efiri ilə qarışığından ibarətdir. Tərkibində oksidləşmə və yeyilməyə qarşı aşqarlar metalın deaktivatoru var. Yağın işçi temperaturu 2000C-dək olan təyyarə və zirehli tank texnikasında qurulan istilik gərginlikli turboreaktiv mühərriklərdə tətbiq edilir. Yağın ən böyük üstünlüyü az korroziya aktivliyinə, qeyri-metal konstruksiya metallarına və özlükləri zəif təsir etməsidir.
Ağır sənaye
Ağır sənaye böyük və əsasən mexaniki və struktur komponentlərin istehsal olunduğu bir sənaye qrupudur. Ümumiyyətlə mədən, metallurgiya, maşınqayırma, energetika, müdafiə sənayesi və kimya sənayesi kimi sahələri əhatə edir.
Elektron sənaye
Elektron sənaye – maşınqayırmanın ən yeni sahəsi. Elketron cihazları, elektron-hesablama maşınlarını istehsal edir ki, bunlar da hesablama texnikasında, təsərrüfatın bütün sahələrində və ölkənin müdafiəsində istifadə olunur. Bunlara çox saf, keyfiyyətli və bahalı materiallar işlənilir.
Rusiyada sənaye
Rusiya sənayesi — Rusiya iqtisadiyyatında böyük bir sənayedir. 2009-cu ildə Rusiyanın ÜDM-də sənayenin payı 37% -dir. 2008-ci ildə sənayedə işləyən əhalinin payı 31.9% -dir. 2007-ci ildə Rusiya sənaye istehsalında istehsalın payı 66% təşkil etmişdir. 2009-cu ildə istehsalda ümumi əlavə dəyəri 5.1 trilyon rubl olmuşdur. 2009-cu ildə istehsalatdakı məhsulun həcmi 13,6 trilyon rubl olmuşdur. 2008-ci ildə istehsalata kapital qoyuluşları - 1,37 trilyon rubl təşkil etmişdir.
Sənaye coğrafiyası
Sənaye coğrafiyası - iqtisadi coğrafiyanın bir sahəsi. Sənaye istehsalının ərazi üzrə yerləşdirilməsini, müxtəlif ölkə və rayonlarda sənayenin inkişafı və yerləşdirilməsinin qanunauyğunluqlarını, şərait və xüsusiyyətlərini öyrənir.
Sənaye cəmiyyəti
Sənaye cəmiyyəti — istehsal proseslərinin ön plana çıxdığı, fabrik və zavodlar, sənaye məhsullarının iqtisadiyyatın əsasını təşkil etdiyi, aqrar cəmiyyətdən sonra enerjinin əldə edilməsi nəticəsində meydana çıxan cəmiyyət. Avropada və Şimali Amerikadakı sənaye inqilabından, ardınca 20-ci əsrdə bütün dünyada baş vermiş sənayeləşmədən əvvəl iqtisadiyyatın böyük bir hissəsi aqrar xüsusiyyət daşıyırdı. Əsas məhsullar çox vaxt məişətdə hazırlanır və istehsalın digər böyük bir hissəsi məhdud ixtisas və ya texnikaya sahib olan sənətkarlar tərəfindən kiçik emalatxanalarda həyata keçirilirdi. Orta əsrlərin sonlarında Avropanın bir çox şəhərlərində sənətkarlar öz ticarətlərini tənzimləmək və kollektiv şəkildə öz biznes maraqlarını həyata keçirmək üçün gildiyalar yaratdılar.
Sənaye inqilabı
Sənaye İnqilabı — Avropada XVIII və XIX əsrlərdə, elmi-texniki tərəqqi nəticəsində buxar gücü ilə işləyən maşınların istehsal prosesinə inteqrasiyası ilə avtomatlaşdırılmış sənayenin yaranmasını ifadə edən tarixi hadisə. Sənaye İnqilabı ilk olaraq Birləşmiş Krallıqda meydana gəlmiş, sonralar isə Qərbi Avropa, Şimali Amerika və Yaponiya başda olmaqla, bütün dünyaya yayılmışdır. İntellektual səbələrlə birlikdə sənaye inqilabını yaradan digər səbəblər bunlardır: -Sürətli əhalli artımı 16-cı yüzillikdən başlayaraq Avropada sürətli əhali artımı baş verdi. -Kənd təsərrüfatında yaşanan inkişaflar, əhalinin bu sektorda əhaliyə olan ehtiyacın azaldılması ilə şəhərlərə köç etməsinə səbəb olmuşdur. Beləliklə, şəhər sənayesi üçün hazır olan bir işçi qüvvəsi var idi. -Həyat səviyyəsi artmışdır. Əvvəllər şəkər, qəhvə və çay kimi lüks əşyalar orta və alt siniflər üçün təbii zərurət halına gəldi. Buda nəticəsində istehlak mallarına tələbatını artırdı. -Böyük miqyaslı işğallar sənaye inqilabı üçün əsas maliyyə mənbəyi olmuşdur. İspaniyalılar tərəfindən talan edilən Mərkəzi Amerika qızılları və İspan gəmilərini yıxan, talan edənləri qarət edən ingilis gəmiləri, Avropaya tonlarca qızıl daşındı.
Sənaye mühəndisliyi
Sənaye mühəndisliyi — insan, maliyyə, bilik, informasiya, avadanlıq, enerji, material və proses kimi tərkib hissələrdən ibarət sistemi yaratmaq, tətbiq və inkişaf etdirməklə məşğul olan mühəndilsiyin bir sahəsidir. O həm də prototiplərin yaradılması və onların yaxşı satılması üçün xidmət edir. Sənaye mühəndisliyi bundan əlavə istər riyazi, istərsə də fiziki və sosial və mühəndislik elmlərinin sintezi ilə təsvir edilir. Hazırlama sistemlərinin tətbiqində bu sahə vaxtın azaldılması, pul, material, enerji və başqa resursların qənaətini əldə etməyə imkan verir. Sənaye mühəndisliyi həm də tətbiq sahəsindən asılı olaraq əməliyyat menecmenti, sistem texnikası, istehsal prosesi, hazırlama texnologiyası və ya istehsal sisitemləri kimi də məlumdur. Bu və ya digər adların tətbiq istifadəçilərin özlərini başqalarından fərqləndirməsi ilə bağlıdır. Avtomobil sənayesində tez-tez menecment mühəndisliyi, idarəedici menecment ya da sistem mühəndisliyi adlanır. Bu ixtisas hələ XIX əsrdən müxtəlif universitetlər tərəfindən tədris olunmağa başlamışdır. ABŞ-də bu təhsil ilk dəfə olaraq 1908-ci ildə tətbiq olunur. 1926-cı ildə Berlin TU-da da eyni yönlü ixtisas tədris olunmağa başlayır.
Sənaye parkı
Sənaye parkı- (həmçinin sənaye obyekti, ticarət məkanı olaraq da tanınır), sənayenin inkişafı məqsədi üçün planlaşdırılan və rayonlaşdırılan ərazi kimi nəzərdə tutulmuş ərazidir. Sənaye parkı biznes və ya ofis məqsədli ilə yaradılan parkların daha "ağırçəkili" bir versiyası kimi düşünülə bilər, baxmayaraq ki, ağır sənayeyə nisbətən yüngül sənaye kimi xarakterizə olunur. Sənaye parkları, bir qayda olaraq, şəhərin əsas yaşayış sahəsinin kənarlarında və ya xaricində yerləşir. Normal şəkildə magistral və dəmir yolu da daxil olmaqla yaxşı nəqliyyat imkanı ilə təmin olunur. Belə nümunələrdən biri Londonun Temza Gateway bölgəsindəki Temza çayı boyunca yerləşən çox sayda sənaye məhəlləsidir. Sənaye parkları ümumiyyətlə nəqliyyat vasitələrinə yaxın, xüsusilə də magistral yollar, dəmir yolları, hava limanları və portlar da daxil olmaqla birdən çox nəqliyyat rejiminin kəsişdiyi yerlərdə yerləşir. Şimali Amerika sənaye parkının isə ümumi xüsusiyyəti parkın su tələblərini qarşılamaq və yanğınsöndürmə məqsədləri üçün kifayət qədər su tutmağa kömək edən su qülləsinə sahib olmasıdır. Bu həm də sənaye parkını və ərazini reklam edir, çünki adətən cəmiyyətin adı və loqotipi onun üzərinə rənglənmişdir. Sənaye parkları təşkil etmək üçün torpaq ayırmanın bir sıra məqsədləri mövcuddur: Xüsusi infrastrukturu ayrılmış ərazidə cəmləşdirməklə, həmin infrastrukturun mühüm xərclərini azaltmaq. Bu cür infrastruktura yollar, dəmir yolu xətləri, limanlar, yüksək enerji təchizatı (çox vaxt üç fazalı elektrik enerjisi daxil olmaqla), yüksəksəviyyəli rabitə kabelləri, böyük həcmli su təchizatı və yüksək həcmli qaz xətləri daxildir; Bir yerdə vahid infrastrukturu təmin etməklə yeni bizneslər cəlb etmək; Şəhər yerlərindən sənaye sahələrini uzaqlaşdırmaqla sənayenin ətraf mühitə və sosial sferaya təsirini azaltmağa çalışmaq; Yerli səviyyədə ekoloji nəzarəti təmin etmək.
Sənaye robotu
Sənaye robotu – robotun bir növü olub, istehsal proseslərində müəyyən proseslərin aparılması üçün tətbiq olunur. Buraya pəstahların tutulması, hissələrin yığılması və emalı daxildir. Bu günkü sənaye robotları əsasən stasionar olaraq yerləşdirilirlər və konkret tapşırığın yerinə yetirilməsi üçün təyin olunurlar. Robotların inkişafının əvvəlində əsasən texnoloji proseslərə asan inteqrasiya oluna bilən ucuz texniki periferiyanın yaradılması; modular quruluşa malik robotların həm tutqacı hərəkət etdirən yönəldicilərə, həm idarəetmə sisteminin tələblərinə uyğunlaşdırılması; robotların işləmə mexanizminin riyazi modelləri əsasında onun hərəkətinin optimallaşdırılması ilə çəkisinin azaldılması və sərtliyinin artırılması; sadə senzorların tətbiqi ilə robotların tətbiq sahələrinin genişləndirilməsi; mikroelektronikanın tətbqi ilə robotlarda xətaların asanlıqla tapılması üçün diaqnozetmə funksiyalarının daxil edilməsi kimi məsələlərin həlli maraq doğururdu. Sənaye robotları əsasən üç tərkib hissədən ibarətdir. Robotu nəql etmək üçün üç sərbəstlik dərəcəsinə malik arabadan istifadə olunur. Bu robotun gövdəsini təşkil edir. Qövdəyə bərkidilmiş robotqolu təyinatından asılı olaraq 4-dən 6-ya qədər sərbəstlik dərəcəsinə malik olur. Qolun uc hissəsinə robotun ən həssas hissəsi – effektorlar (sensorlar) və əl bərkidilir. Robotların belə sinifləşdirilməsi əsasən onların malik olduqları kinematika əsasında yaratdıqları işçi fəzanın adı ilə bağlıdır.
Sənaye müharibəsi
Sənaye müharibəsi — hərb tarixində təxminən XIX əsrin əvvəllərindən və sənaye inqilabının başlanğıcından atom əsrinin başlanğıcına qədərki dövr. Bu dövr sənayeləşmə prosesi vasitəsilə böyük ordular, donanmalar və hava qüvvələri yaratmaq və təchiz etmək iqtidarında olan milli dövlətlərin yüksəlişi ilə xarakterizə olunur. Kral Birləşmiş Xidmətlər İnstitutunun açıqlamasına görə, Rusiya–Ukrayna müharibəsi onu sübut etmişdir ki, sənaye müharibəsi əsri hələ də gündəmdədir. Onların fikrinə görə, avadanlıq, nəqliyyat vasitələri və sursatların kütləvi istehlakı tədarük üçün böyük sənaye bazası tələb edir. Modern Tendencies in Strategy and Tactics as shown in Campaigns in the Far East (1906) by Lieutenant Colonel Yoda, Imperial Japanese Army.
Flüorkarbon və xlorflüorkarbon yağları
Flüorkarbon və xlorflüorkarbon yağlar – son illərdə yüksək temperatura və yeyici kimyəvi maddələrin təsirinə davamlı mayelərə və sürtkü yağlarına tələbat artmışdır. Flüorkarbon və xlorflüorkarbon yağlar üzvi birləşmələr bu cür maddələrdəndir. Flüorkarbon karbohidrogenlərdən hidrogen atomlarını flüorla əvəz etmək yolu ilə alınır. Flüorkarbon yağları təmamilə flüorlaşmış parafin, naften və aromatik karbohidrogenlərdən, yaxud yanzəncirli və qarışıq tipli karbohidrogenlərdən əmələ gəlir. Flüorlu törəmələri ən əlverişli istehsal üsulu karbohidrogenlərin kobalt florid vasitəsilə flüorlaşdırılmasıdır. Bu maddə güclü flüorlaşdırıcı xassəyə malikdir və flüorlaşdırma prosesində karbohidrogenin quruluşunu pozmur: -CH2+4CoF3 → CF2-+2HF + 4CoF2 == Fiziki — kimyəvi xassələri == Flüorkarbonlar şəffaf, rəngsiz və ya aşıq sarı rəngli, müxtəlif özlülüklü iysiz mayelərdir. Onlar petroleyn efirindən, etil efirindən, xlorlaşdırılmış karbohidrogenlərdən yaxşı həll olur, suda , spirtlərdə və benzolda həll olmur. Fiziki – kimyəvi xassələrinə görə bu birləşmələr karbohidrogenlərdən kəskin fərqlənir. Onlar kimyəvi və termiki sabitdir. Belə ki, onlar hətta 1000C-dən yuxarı temperaturlarda qatı nitrat turşusu, tüstülənən sulfat turşusu, nitrolaşdırıcı qarışıq, qatı hidrogen-peroksid, xrom turşusu kimi güclü oksidləşdiricilərlə reaksiyaya girmir.
Keson sənaye bölgəsi
Keson sənaye bölgəsi və ya Keson sənaye zonası— Şimali Koreyanın (KXDR) xüsusi inzibati sənaye bölgəsi. Bölgə 2002-ci ildə Keson şəhərinin bir hissəsindən yaradılıb. Baxmayaraq ki, Cənubi Koreyanın prezidenti Moon Jae-in bölgəni yenidən açmağı və genişləndirməyi arzuladığını bildirmişdir, sənaye bölgəsi 10 fevral 2016-cı ildə Cənubi Koreya hökuməti tərəfindən müvəqqəti olaraq bağlanmış və bütün işçi heyət Park Qeun-hye administrasiyası tərəfindən geri çağrılmışdır. Bunun əhəmiyyətli xüsusiyyəti Keson sənaye parkının Cənubi Koreya ilə birgə iqtisadi inkişaf olaraq fəaliyyət göstərməsidir. Park Koreya Silahsızlaşdırma Zonasının 10 kilometr (altı mil) şimalda, Seuldan Cənubi Koreyaya birbaşa avtomobil yolu və dəmir yolu ilə bir saatlıq məsafədə yerləşir. Park Şimali Koreyanı xarici valyutanın əhəmiyyətli bir mənbəyi ilə təmin edərkən, Cənubi Koreyalı şirkətlərə təhsilli, təcrübəli və sərbəst olan ucuz əməklə məşğul olmağa imkan verir. 2013-cü ilin aprel ayından etibarən 123 Cənubi Koreya şirkəti təxminən 53.000 KXDR işçisini və 800 Cənubi Koreya işçisini işə götürdü. Hər il 90 milyon dollar məbləğində olan ümumi əmək haqqı birbaşa Şimali Koreya hökumətinə ödənilmişdir. Şimali və Cənubi Koreya arasındakı gərginlik dövründə, sənaye parkına cənubdakı giriş məhdudlaşdırılmışdır. 2013-cü il Koreya böhranı zamanı aprelin 3-də Şimali Koreya bütün Cənubi Koreyalı vətəndaşların bölgəyə girişini əngəllədi.