SAĞLAM (müxtəlif mənalarda) Danışıram, gülürəm; Sağlam bir insan kimi (M.Rahim); BƏRK [Ocaqverdi:] Bəy, bizim canişin bərkdir (Ə.Haqverdiyev); GÜMRAH (dan.) Qəndab: Özüm gümrah, yollanm genişdir, velosipedim də saz (B.Bayramov); QIVRAQ Nəzərəli əmi yaşlanmışdı. Ancaq qıvraq idi (Ə.Vəliyev); SAF Dəyişərəm, deməli, əlimlə təbiəti; Ürəyi saf duyğulu, təmiz bir insan kimi (M.Rahim); SAĞ Fələk Ələsgər tək oda salmasın; Nə naxoşu belə, nə sağı belə (Aşıq Ələsgər); SALAMAT Ya dayələrin özündə azar olur, balalara sirayət edir, ya da ki, azarlı balaları dayəyə verirlər, ona da düşür, sonra başqa salamat uşaqları da xarab edir (Çəmənzəminli); SALİM (köhn.) Molla Qafar: ..sihəti-bətən duası onun vücudunu nə dərəcədə salim saxlayıbdır? (S.Rəhimov); TƏNDÜRÜST Bu təndürüst simada elə bil məkrlə məhəbbətin, xəyanətlə sədaqətin vəhdətini gördü (B.Bayramov).