SANCI (kəskin ağrı) O günün axşamı xəstə Eyvazın; Qəfil ürəyinin sancısı tutdu (B.Vahabzadə); AĞRI Elə güc gəldi ki, ona ağrılar; Günüzkü dərdini tamam unutdu (B.Vahabzadə); SIZI (yüngül ağrı) Bütün vücudumda bir qınqlıq, bir sızı hiss edirəm (A.Şaiq); SIZILTI (yüngülvari ağrı) İsfəndiyar bədəninin sızıltısını azaltmaq üçün böyrü üstə uzandı (M.Hüseyn); ZOQQULTU (bərk ağrı) [Beyin] gicgahlarından qalxan zoqqultu ona əziyyət verirdi (Ə.Vəliyev).