Leyla Qamsız Sarptürk
Leyla Qamsız Sarptürk (d. 1921; İstanbul - ö. 2010, İstanbul) — Türkiyə rəssamı.
Leyla Qamsız Sarptürk 1921-ci ildə İstanbulda anadan olmuşdu. Anası köçəri, atası isə vərəm xəstəliyi sahəsində ixtisaslaşan həkim olmuşdur. Atası işinə görə Anadoluda yaşayırdı. Qamsız ibtidai məktəb təhsilinə pansionda başlamışdır. Orta təhsilini Erenköy Qızlar Məktəbində, tam orta təhsilini isə Sivasda davam etdirmişdir. Müəllimləri onun rəssamlıq qabiliyyətini hələ erkən yaşlarında aşkar etmişdilər, amma onun ən böyük uğuru məktəbdə Əşrəf Ürenin tələbəsi olması olmuşdur. Əşrəf Üren 1984-cü ildə özündən sonra yüzlərlə əsər qoyaraq əbədi şəkildə həyata gözlərini yuman rəsm müəllimi, rəssamlıq və incəsənətin bir çox sahəsində fəaliyyət göstərən peşəkar bir sənətkar idi.