scolaire
sculpteur
OBASTAN VİKİ
Scorpiones
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Scorpions
== Qrup haqqında == Scorpions - əfsanəvi alman rok qrupudur. 1980-ci illərin ən populyar heavy metal qruplarından olan Scorpions, «Wind of Change», «No One Like You», «Rock You Like a Hurricane», «Still Loving You», «Humanity», «Send Me an Angel» kimi mahnıları ilə adını tarixə qızıl hərflərlə yazdırmışdır. 1965-ci ildə Hannoverdə yaranmışdır. Albomları bütün dünyada 100 milyondan çox satan qrup dünya rok səhnəsinin ən məşhur qruplarındandır. Qrup, 2010-cu ildə çıxardıqları "Sting in the Tail" adlı albomlarının bir neçə il davam edən dünya turnesinin ardından dağılacaq. == Qrupun tarixi == 1968-ci ildə, Almaniyanın Hannover şəhərində, Rudolph Schenker adlı gənc və iddialı bir gitarist, yenə Hannoverli üç yoldaşıyla bir yerə gələrək adını qısa müddətdə bütün dünyanın duyacağı Scorpions qrupunu qurdu. Özü qrupun gitarist və vokalistliyini boynuna götürərkən, digər üzvlərdən Karl-Heinz Vollmer gitarada, Wolfgang Dziony zərb və bekvokalda, Achin Kirchoff isə bass gitarada yerlərini tutdular. Ancaq daha ilk iki il içərisində qrupda anlaşılmazlıqlardan doğan ayrılıqlar meydana gəldi. Rudolph Schenker'in qardaşı Michael Schenker, Karl-Heinz Vollmer'in yerinə gitaraya keçərkən, Lothar Heimburg da Achin'in ayrılmasıyla bas gitaraya keçdi. Ancaq əsl səs gətirəcək dəyişiklik 1970-ci ildən günümüzə, qrupun vokalistliyini edən Klaus Meine'nin bu vəzifəni qrupu quran Rudolph Schenker'dən geri alması ilə oldu.

Digər lüğətlərdə