Seyidrza Mirkərim oğlu
Seyid-Rza Mir Kərim oğlu (12 yanvar 1925, Bakı – 27 iyul 1995, Bakı) — 1963-cü ildə Azərbaycan SSR əməkdar ixtiraçısı, 1989-cu ildə isə SSRİ-nin əməkdar ixtiraçısı, iki dəfə Şərəf nişanı ordeni, Əməkdə fərqlənməyə görə, Fədakar əməyə görə medalları, Fəxri neftçi, neftçıxarma əlaçısı.
== Həyatı ==
Seyid-Rza Mir Kərim oğlu 12 yanvar 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə Bakıda orta məktəbi vaxtından əvvəl əla qiymətlərlə bitirib Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) neft-mədən fakültəsinə daxil olmuş, 1946-cı ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, dağ-mədən mühəndisi ixtisasına yiyələnmişdir.
İnstitutu bitirdikdən sonra Şərqi Abşeron neft-qaz yataqlarında quyularını turbin və maili qazma üsullarının tətbiqi və genişləndirilməsi ilə məşğul olan Turbin Qazma Trestində mühəndis, sahə rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis vəzifələrində çalışmışdır.
== Fəaliyyəti ==
Seyid-Rzanın rəhbərliyi ilə bu idarə köhnə Bilgəh burnunda 2550 metr dərinliyi və 800 metrdən artıq inhirafı olan bir quyu qazmışdır. Bu o zaman dünya rekordu hesab edilirdi və gənc mütəxəssisin böyük uğuru kimi qiymətləndirilmişdir.
1949-1950-ci illərdə Seyid-Rza idarənin baş mühəndisi kimi yeni açılmış Gürgan dəniz yatağında istismar qazmasına rəhbərlik etmişdir. Sonralar Neft Daşlan yatağı kəşfedilmiş və burada istismar quyularının qazıl¬ması təşkil olunanda Şeyid-Rza 1950-1954-cü illərdə Neft Daşlan Qazma kontorunda baş mühəndis kimi məsul vəzifədə işləmişdir. Neft Daşları qazma kontorunda baş mühəndis vəzifəsində çalışarkən maili quyuların turbin üsulu ilə qazmanın təkmilləşdirilməsində böyük işlər görmüşdür. Onun bu sahədə apardığı nəzəri tədqiqatları mürəkkəb şəraitdə bir sahədən quyulann topa qazılmasına imkan vermişdir.