SEYRƏKLİK – SIXLIQ Seyrəklikdir, amma sakitlik yox (“Ulduz”); ...Sıxlıqda yaşadıqları üçün yaş, hörmət nəzərə alınırdı (M.Talıbov).
SEYRƏKLİK – TÜNLÜK Deyəsən, vaqonda seyrəklik idi; səs-küy zad eşidilmirdi (İ.Məlikzadə); İş gününün sonu olduğundan tramvay tünlükdü (C.Əmirov).