SIĞALLI – PIRTLAŞIQ Tinləri sürtülür daşların: olurlar haphamar, sığallı (R.Rza); Kələflər pırtlaşıq qaldı (R
SIX – ARALI Onlar başlarını əyərək gedir, sıx ağaclar arasında dikəlib irəliləyirdilər (S.Vəliyev); Kollar çox aralıdır (İ
SIXILMAQ – AÇILMAQ Adamın ürəyi sıxılır (F.Kərimzadə); Səni görəndə ürəyim açılır (“Ulduz”). SIXILMAQ – SIRTILMAQ Uşaq utanırdı, sıxılırdı (C
SIXINTI – SƏRBƏST Əksinə, sərbəst tərpənməsinə, adam içində sıxıntı çəkməməsinə çalışırdı (M.İbrahimov)
SINIQ – TƏZƏ Sınıq qabda su durmaz (Ata. sözü); Təzə süpürgə təmiz süpürər (Ata. sözü)
SINMAQ – DÜZƏLMƏK A kişi ağacın budağı sınar da, düzələr də, vay sənin halına (H.Nadir)
SIRTIQ – HƏYALI Məmiş həyasız və sırtıq uşaq olduğu üçün dilləndi (M.Talıbov); Özünü həyalı qız kimi aparır (İ
SISQA – GUR At da başını əyib sısqa bulağın gölməçəsini qurutdu (F.Kərimzadə); Bu bulağın suyu gurdur (A
SİFTƏ – SON Siftə kimsə buradan getmiş, kəsə yol salmışdır (G.Hüseynoğlu); Hamıdan son o gəldi
SİĞƏ – TALAQ Şəriətdə siğə halaldır (Ə.Haqverdiyev); Övrətə talaq vermək mənim ixtiyarımdadır (Ə.Haqverdiyev)
SİNXRON – DİAXRON Dil hadisələrinə sinxron (müasirlik) və diaxron (tarixilik) planlarda baxmaq lazımdır (H
SİRLİ – AŞKAR Bu da sirli ağacdır (A.Şaiq); Gələn vardı, aşkar bəlli idi (Mir Cəlal)
SİSTEMATİK – ARABİR İşi arabir yox, sistematik yoxlamaq tələb olunur
SİTALLIQ – ÜZÜYOLALIQ Amma sitallığına salıb aşna olubsan (Ə.Haqverdiyev); Elə onu kollektivə sevdirən onun üzüyolalığıdır (“Azərbaycan”)
SİVRİ – KÜT – Sənə baş lazımdır, al! – deyə əlindəki sivri xəncərlə onun başını üzür (S.Vəliyev); Bu ki lap kütdür, heç yer də qazmaz (N
SOXMAQ – ÇIXARTMAQ Əlini küpəyə soxub çıxartdı (“Ulduz”)
SOXULMAQ – ÇIXMAQ Sənə kim dedi ki, soxul oraya? (S.Rüstəm); Ürəyim darıxdı, çıxdım ki, özümü bir az havaya verim (S
SOLMAQ – AÇMAQ Vaxtsız yarpaq açdı, vaxtsız da soldu (C.Novruz)
SOLUXMAQ – AÇILMAQ Fətullahın ailəsi külək vuran zəif bağ bitkisi kimi soluxmuşdu (Mir Cəlal); Açılın iyli güllərim, açılın; Allı-əlvanlı güllərim, aç
SON – BAŞLANĞIC Quzum, artıq bütün fəlakətlərin ya sonudur, ya başlanğıcı (H.Cavid). SON – İLK İlk baharın son gecəsi idi (S
SONBEŞİK – İLK Ayrı oğul idi mənim Əmrahım; İlkim, sonbeşiyim, tək çinarımdı (Ə.Cəmil)
SONRA – DƏRHAL Sonra əlləri qanlı çəkildi onlar geri (S.Rüstəm); Dərhal əlavə etdi (C.Əmirov). SONRA – ƏVVƏL Adam gəlib əvvəl qonağın halını bilər, so
SONRAKI – ƏVVƏLKİ Hələ ki biz onun qaçaq düşmədən əvvəlki, sonrakı işlərini öyrənirik (“Ulduz”)
SONUNCUSU – BİRİNCİSİ Yoxsa bu həm birincisi, həm də sonuncusu oldu? (S.Qədirzadə)
SOSİALİZM – KAPİTALİZM Şərqdə sosializm bayrağını birinci qaldıran sizin fəhlə və kəndlilər olub (M.İbrahimov); Kapitalizm hakim sinfin mənafeyini qor
SOYUDUCU – QIZDIRICI Belə ki, aldığımız vaxtdan bir az sonra soyuducu işləmədi. İndi qızdırıcı alətlər buraxılır
SOYUQ – QAYNAR – Xala, bu ki hələ lap qaynardır (G.Hüseynoğlu); Su hələ soyuqdur
SOYUQLU – İSTİLİ Dünya insan evidir: istili ya soyuqlu (R.Rza)
SOYUQLUQ – İSTİLİK ...Qarşıdakı hücuma soyuqluq göstərdi. Hər doğma baxışda bir istilik var (H.Hüseynzadə)
SOYUTMAQ – İSİTMƏK Soyutmuşdu onu işdən məhəbbət (S.Vurğun); Xörəyi isidib gətirdi (Ə.Vəliyev)
SOZALMAQ – YAXŞILAŞMAQ İraq olsun, uşaq sozalır, qorxuram, başına bir iş gələr (“Azərbaycan”); Xəstənin vəziyyəti yaxşılaşır (Mir Cəlal)
SÖKMƏK – TİKMƏK Bircə aya tikdilər doğma övladlarıyçün; Köhnə paltarını sökür maşınla (S.Rüstəm). SÖKMƏK – TOXUMAQ Deyirəm, olsaydı ixtiyarları; Dağın
SÖKÜK – TİKİK – Bir parça şifir tapıb, sökük yeri örtmək çətindirmi? (M.İbrahimov); Köynəyinin tikik yerlərinə baxırdı (“Azərbaycan”)
SÖNMƏK – PARLAMAQ Son günləri yaşar dinc; Qəlbində sönmüş sevinc (A.Şaiq); Şəkli görcək qızın gözləri sevincdən parladı (S
SÖNÜK – QAYNAR Şəhərdəki sönük həyatından uzaqlaşmağa səy etdi. Qaynar şəhər bir dərya, qız isə üzük qaşı olub orada batmışdı (S
SÖYMƏK – TƏRİFLƏMƏK – Mirzə Mahmud, sən qəzetdə məni söyəcəksən də, tərifləyəcəksən də, sənin işindir (Ə
SÖZÇÜLÜK – YIĞCAMLIQ Əsərdə yığcamlıqdan çox sözçülüyə daha çox meyil edilmişdir
SÖZLƏŞMƏK – BARIŞMAQ Bəzən sözləşərdik, bəzən küsərdik; Yenə də bir yerdə çörək kəsərdik (S.Rüstəm); Axırda barışdılar, dostlaşdılar (S
SÖZÜBÜTÖV – AĞZIBOŞ Deyəsən, sən sözübütöv adama oxşayırsan (F.Kərimzadə); Ona söz demə, ağzıboşdur (“Azərbaycan”)
SRAĞAGÜN – BU GÜN Axı srağagün gecə bərk yağış yağmışdı (C.Əmirov); Bu gün ilə, ərsə dönə; Hamı belə günlərlə öyünə (R
START – FİNAL Start idman yarışlarının başlandığı yer, final isə idman yarışlarının yekunlaşdırıcı son hissəsidir
SUÇLU – GÜNAHSIZ Sən ağacı götür, suçlu özünü bildirəcək (Ata. sözü); Nə qədər günahsız adamları bada veriblər (“Ulduz”)
SUÇSUZ – GÜNAHKAR Bəli, yox yer üzündə suçsuz adam (H.Cavid); Lakin könül bir sözdən; dərin yara alırsa; əcəb kimdir günahkar? (R
SULAMAQ – QURULAMAQ Zibil qutularını gündə bir dəfə boşaldıram, səkini gündə üç dəfə sulayıb süpürürəm (M
SULANMAQ – QURUMAQ Dodaqları azca qalınlaşıb sulanmışdı (İ.Şıxlı); Dənizlər, çaylar quruyub, dağlar çöküb (R
SULU – DƏMYƏ Bu fikirlə çapdı atı; Endi sulu dərəyə (A.Şaiq); Göytəpə kəndinin üst tərəfi dəmyədir (İ
SUSQUN – DEYİNGƏN Bilmirəm, nə üçün o susqundur (“Ulduz”); Zövcəsi deyingən kişinin saqqalı tez ağarar (S
SUSQUNLUQ – DEYİNGƏNLİK Demə gözə görünən sakitlik, susqunluq və mütilik aldadıcı bir tərzdə imiş (M
SUSMAQ – DİLLƏNMƏK Susma, sən sussan, mənim həyatım susar (A.Şaiq); Dillənir dindirməmiş gərəksiz bir saz kimi (S
SUYUŞİRİN – ƏTİACI Bu təmkinli, suyuşirin adama baxa-baxa nədənsə dənizi xatırlayıram (S.Sərxanlı); Ətiacı arvaddır (“Azərbaycan”)