siyasi partiya

Ümumi siyasi ideyaları və məqsədləri olan, ölkənin siyasi həyatında iştirak edən Azərbaycan Respublikası vətəndaşlarının birlikləri

sitoloji müayinə
siyasi partiyalar bloku
OBASTAN VİKİ
Siyasi partiya
Siyasi partiya — öz namizədlərini siyasi vəzifələrə təyin etmək yolu ilə dövlət siyasətinə təsir etməyə çalışan siyasi təşkilat. Partiyalar etiraz aksiyalarında və seçki kampaniyalarında iştirak edir, müxtəlif maraqlar əsasında, xüsusi məqsədlər üçün ifadə edilmiş ideologiyaları təbliğ edirlər. == Quruluş == Siyasi partiyanın təsis edilməsinə və onun nəzarətinə yardımçı olan könüllü şəxs partiyanın təşkilatçısı adlanır. Bu şəxs eyni zamanda partiya işçisi hesab edilir. Adətən siyasi partiya partiya rəhbəri (lideri), partiya katibi, partiya xəzinədarı və partiya sədri tərəfindən idarə edilir. Partiya lideri partiyanı təmsil edən ən səlahiyyətli üzv və nümayəndədir. Partiya katibi gündəlik işə və partiya yığıncaqlarının hesabatını saxlamağa cavabdehdir. Xəzinədar üzvlük haqqlarına görə məsuliyyət daşıyır. Partiya sədrinin əsas vəzifəsi isə partiya üzvlərini toplamaq və çağırmaq məqsədilə strategiyalar yaratmaqdır. Sədr, həmçinin, partiyanın yığıncaqlarına sədrlik edir.
Auıl (siyasi partiya)
"Auıl" Xalq Demokratik Vətənpərvərlər Partiyası (qaz. «Ауыл» халықтық-демократиялық патриоттық партиясы; qaz. ауыл — kənd) — Qazaxıstanda fəaliyyət göstərən siyasi partiya. Ölkə Məclisdə (parlamentdə) təmsil olunmur. Siyasi partiya 1 mart 2002-ci ildə qeydiyyata alındı; 2 aprel 2003-cü ildə yenidən qeydiyyata alındı. Partiyanın sədri Qazaxıstan Respublikası Parlamenti Senatının deputatı, aqrar məsələlər və kənd ərazilərinin inkişafı komitəsinin sədri Əli Abdikarimoviç Bektayevdir. == Tarixi == 2007-ci il Məclis seçkilərində partiya% 1.51 səs toplayaraq Parlamentə daxil olmadı. 2011-ci il prezident seçkiləri elan edildikdən sonra partiyanın qərargah rəisi Zhanibek Nagimetov, Qazaxıstan Sosial Demokrat Partiyası "Auıl" un öz namizədini irəli sürəcəyini açıqladı, lakin sonradan partiya bu seçkilərə qatılmadı. 2 dekabr 2011-ci il tarixdə Astanada Qazaxıstan Sosial Demokrat Partiyası "Auıl" VIII fövqəladə qurultayı keçirildi, burada 120-dən çox nümayəndə iştirak etdi. 2012 seçkiləri üçün Parlament Məclisi millət vəkilliyinə namizəd olaraq partiya siyahısına 23 nəfər — mədəniyyət xadimləri, akademiklər, elm adamları, təsərrüfat rəhbərləri daxil idi.
Beren (siyasi partiya)
Beren - Qırğızıstanda siyasi partiya. 2006-cı ilin dekabrın 30-da Ar-Namıs partiyasının keçmiş üzvləri tərəfindən qeydiyyatdan keçirilmişdir. Partiya parlament üsuli-idarəsini müdafiə edir.
Viqlər (siyasi partiya
Viqlər əvvəl İngiltərədə siyasi qrup, daha sonra isə İngiltərə, Şotlandiya və Amerikada siyasi partiya adı olub. " Viq " şotland sözü "whiggamore"-un qısaldılmış formasıdır. Bu söz 1648-ci ildə Qərbi Şotlandiyada monarx I Karla qarşı çıxanlar üçün işlədilib. 1600-cü illərin sonundan etibarən kral ailəsinin artan gücünə qarşı müxalif mövqedə olanlar "Viqlər" adlanırdı. Viqlər 1850-ci illərdə proqressiv Viqlər Liberal adını götürənə qədər İngiltərə siyasətində güclü rola sahib idilər. Amerikada isə "Viqlər" termini Britaniyadan asılılığı rədd edən və ABŞ İstiqlal müharibəsini dəstəkləyənlər üçün işlədilirdi.
Azad Vətən (siyasi partiya)
"Azad Vətən" (erm. Ազատ Հայրենիք, Azat Hayrenik) — Qondarma Dağlıq Qarabağ Respublikasının hakim partiyası. == Tarixi == "Azad Vətən" partiyası 29 yanvar 2005-ci ildə təsis edilmişdir. Partiyanın sədri 16 dekabr 2020-ci il tarixinədək prezident Arayik Arutyunyandır. 19 iyun 2005-ci ildə "Azad Vətən" partiyası 33 yerdən 12-ni qazanmış və bundan sonra Arayik Arutyunyan partiyanın sədri seçilmişdir. 23 may 2010-cu ildə Qondarma DQR Milli Məclisinə deputat seçkilərində "Azad Vətən" partiyası proporsional sistem üzrə 46,4% səs toplamış və14 deputat mandatı qazanmış, parlamentdə çoxluq təşkil etmişdir. Fraksiya rəhbəri Qaqik Petrosyan olmuşdur. 2015-ci ildə VI çağırış Milli Məclisə keçirilən seçkilərdə "Azad Vətən" partiyası 47,6 səs qazanaraq majoritar sistemlə seçilənlərlə birlikdə 15 deputat mandatı qazanaraq parlament çoxluğunu təşkil etmişdir. Fraksiya rəhbəri Artur Tovmasyan olmuşdur. 2020-ci il seçkilərində partiya 33 yerdən 16-nı qazanmışdır.
Viqlər (Britaniyada siyasi partiya)
Viqlər əvvəl İngiltərədə siyasi qrup, daha sonra isə İngiltərə, Şotlandiya və Amerikada siyasi partiya adı olub. " Viq " şotland sözü "whiggamore"-un qısaldılmış formasıdır. Bu söz 1648-ci ildə Qərbi Şotlandiyada monarx I Karla qarşı çıxanlar üçün işlədilib. 1600-cü illərin sonundan etibarən kral ailəsinin artan gücünə qarşı müxalif mövqedə olanlar "Viqlər" adlanırdı. Viqlər 1850-ci illərdə proqressiv Viqlər Liberal adını götürənə qədər İngiltərə siyasətində güclü rola sahib idilər. Amerikada isə "Viqlər" termini Britaniyadan asılılığı rədd edən və ABŞ İstiqlal müharibəsini dəstəkləyənlər üçün işlədilirdi.
Xalqın Xidmətçisi (siyasi partiya)
Xalqın Xidmətçisi (ukr. Слуга народу) — Ukrayna siyasi partiyası. Partiyanın lideri Volodimir Zelenski. Xalqın Xidmətçisi partiyası 2018-ci ilin mart ayında eyniadlı serialın istehsalçı şirkəti Kvartal 95 işçiləri tərəfindən quruldu.
Almaniya üçün Alternativ (siyasi partiya)
"Almaniya üçün Alternativ", AfD (alm. Alternative für Deutschland, AfD‎) — Almaniyanın radikal mühafizəkar və Avropaya inteqrasiya siyasətini rədd edən siyasi partiyası, 6 fevral 2013-cü ildə yaradılıb. Almaniya üçün Alternativ (AfD) partiyası ifrat sağçı və antisemitizm baxışlarını təbliğ etməkdə ittiham olunan mübahisəli siyasi partiyadır. Partiya son illərdə əhəmiyyətli seçki uğurları yaşasa da, Bundestaqda təcrid olunmuş vəziyyətdə qalır və digər siyasi partiyaların və medianın tənqid obyektinə çevrilib. == Partiya İdeologiyası == AfD immiqrasiya, İslam və Avropa İttifaqını tənqid edən sağçı populist və millətçi siyasi partiyadır. Partiyanın ideologiyasını perspektivdən asılı olaraq ifrat sağçı və ya populist-sağçı kimi təsnif etmək olar. == Seçki Performansı == AfD son illərdə əhəmiyyətli seçki uğuru qazanıb. 2013-cü il federal seçkilərində partiya 4,7% səs toplasa da, Bundestaqa daxil ola bilməyib. 2017-ci il federal seçkilərində partiya 12,6% səs qazanaraq ilk dəfə Bundestaqa daxil olaraq parlamentdə üçüncü ən böyük partiya oldu. 2021-ci il federal seçkilərində partiya əvvəlki seçkilərlə müqayisədə müəyyən dəstəyi itirərək 10,3% səs qazandı.
Siyasi
Siyasət (qədim yunanca: Πολιτικά, politika — "şəhərlərin işləri") — sosial qruplarda qərarların qəbulu və ya fərdlər arasında güc münasibətlərinin digər formaları, məsələn, resursların və ya statusun bölüşdürülməsi ilə əlaqəli fəaliyyətlər məcmusu. Siyasəti və hökuməti öyrənən sosial elm sahəsinə siyasi elm — politologiya deyilir Siyasi fəaliyyət müxtəlif sosial qruplar, siniflər və dövlətlər arası münasibətlər üzərində qurulur. Hakimiyyət problemi ilə bağlı olan hər hansı bir fəaliyyət siyasi xarakter daşıyır. Siyasət cəmiyyətin inkişafının müəyyən mərhələsində yaranır və o xüsusi mülkiyyətə əsaslanan istehsal formalarının, sosial strukturun, mədəni mədəniyyətin formalaşdığı dövrdə təşəkkül tapmışdı. Müxtəlif sosial qruplar öz mənafelərini qoruyub saxlamaq üçün xüsusi idarəetmə aparatını yaradırlar. Siyasi hakimiyyət müxtəlif təsisat formaları vasitəsilə həyata keçirilir. "Siyasət" termini Azərbaycan dilinə ərəb dilindən keçib. Sözün ərəb dilindəki hərfi mənası "at təlimi" deməkdir. Bir çox qərb ölkələrində, məsələn, ingilisdilli ölkələrdə, "Politics", almandilli ölkələrdə isə "Politik" terminini istifadə edirlər. "Politics/Politik" sözü yunan sözü olan "Polis" sözündən götürülüb.
Demokrat Partiya
Demokrat Partiya — Türkiyədə 7 yanvar 1946-cı ildə yaradılmış siyasi partiya. DP-nin yaradılışı ilə ölkə çoxpartiyalı sistemə keçir. 1950-ci ildə hakimiyyətə gələn Demokrat Partiya həmçinin 1954,1957 seçkilərində qələbə qazanmışdır. 27 may 1960 hərbi çevrilişindən sonra devrilən siyasi qurum həmin ilin sentyabrın 29-da bağlanmışdır. == Partiyanın quruluşu == 1946-cı ilə qədər Türkiyədə təkpartiyalı sistem hökm sürürdü. 1923-cü ildə Mustafa Kamal Atatürkün öncüllüyü ilə yaranan Cümhuriyyət Xalq Partiyası ölkədə yeganə siyasi partiya olmaqda qalırdı. Hələ 1924 və 1930-cu illərdə müvafiq olaraq Sərbəst Firqə və Tərəqqipərvər Cümhuriyyət Firqəsinin yaradılması ilə çoxpartiyalı sistemə keçidə cəhd edilsədə uğursuzluqla sonladı. Ancaq demokratik qüvvələr güclənməkdə idi. CHP-yə müxalifətin yaranmasını tələb edən əsas problemlərdən biri Türkiyənin iqtisadi geriliyi, əhalinin böyük bir hissəsinin təminatının aşağı olması və iqtidarın bu problemləri aradan qaldırılması üçün etdiyi islahatların istənilən nəticəni verməməsi idi.Digər bir səbəb təkpartiya sistemin demokratik parlament respublikası idealarına uyğun olmamasıydı. 1938-ci ildə Atatürkün ölümündən sonra prezident seçilən İsmət İnönünün pul əskinaslarında təsvir edilməsi, ona "Şef" ünvanının verilməsi parlamentdə çox böyük etirazlara səbəb oldu.
Gənc Partiya
Genç Parti (Gənc Partiya), GP Türkiyə Respublikasındakı siyasi partiyalardan biri. Hazırda Cem Uzan partiyanın başındadır. Partiya Cem Uzan tərəfindən 23 avqust 2002 tarixində qurulub. Partiyanın ideologiyası liberal, demokratik, layiq və milliyətçilikdir.
Qruplaşma (partiya)
Qruplaşma (ivr. ‏המערך‏‎) — İsraildəki iki siyasi ittifaqın adıdır, hər ikisi də İsrail İşçi Partiyasına birləşərək mövcudluğunu sona çatdırdı. İlk uyğunlaşma 1965 Mapay və Ahdut HaAvodanın ittifaqı idi. İki partiya müstəqil olaraq mövcud olmağa davam etdi, lakin birgə seçki siyahılarını təqdim etdilər. Tez-tez Əmək Birliyi adlandırılan ittifaq 1968-ci ildə Rafi ilə birləşərək unitar İsrail İşçi Partiyasını yaratana qədər üç il davam etdi.
REAL (partiya)
Respublikaçı Alternativ Partiyası və ya qısaca REAL (2020-ci ilədək ReAl) — Azərbaycan Respublikasında 25 dekabr 2008-ci ildə hərəkat olaraq təsis edilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiya. == Tarixi == 2009-cu ildə keçirilən referendumda dəyişdirilən konstitusiyaya görə "bir şəxsin iki dəfədən artıq prezident seçiləbilməsi" REAL-ı hərəkətə keçirdi. REAL bunu cümhuriyyət təməllərinə zərər və xəyanət kimi gördü. Facebook üzərində 2009-cu ildə REAL Hərəkatı quruldu. 2013-cü il prezident seçkilərinə qatılmaq istəyən İlqar Məmmədov İsmayıllıda təşkil olunan mitinqlərə qatıldı. İlqar Məmmədov ictimai asayişi pozma səbəbindən 7 il müddətinə həbs edildi. Birinci dəfə təsis qurultayının keçirilməsinə cəhd 29 oktyabr 2017-ci ildə olub. Bu haqda məlumat 24 yanvar 2014-cü ildən elan olunub. Lakin Bakı şəhəri icra hakimiyyəti REAL-ın qurultay üçün yer ayrılması müraciətinə rədd cavabı verdi. Təsis qurultayının keçirilməsi üzrə təşəbbüs qrupu yenidən hakimiyyət orqanlarına qurultay keçirilməsi üçün 4, 5, 11, 12, 18, 19, 25 və 26 noyabr və ya dekabr ayının birinci həftəsonunda yer verilməsi ilə bağlı müraciət etmişdir.
Yaxşı Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Ölməz Partiya
Ölməz partiya (ing. Immortal Game) — 21 iyun 1851-ci ildə Londonda keçirilən ilk beynəlxalq şahmat turniri zamanı baş tutmuş və dövrünün ən güclü şahmatçılarından Adolf Andersenlə Lionel Kizeriski arasında oynanılmış şahmat partiyasıdır. == Oyunun tarixçəsi == Hər iki şahmatçı turnirin favoritlərindən olmaqla yanaşı, həm də ayrı-ayrılıqda "Dünyanın ən güclü şahmatçısı" adını almağa layiq idi, təsadüfi deyil ki, London turnirindəki qələbəsindən sonra çoxları Adolf Anderseni o dövrün ən güclü şahmatçısı olması fikrinə gəlmişdilər. Kizeriski isə həyatının çox hissəsini keçirdiyi Fransada şahmat dərsləri keçir və Avropanın şahmat mərkəzi sayılan və güclü şahmatçıların tez-tez ziyarət etdiyi "Café de la Régence"də saatı 5 frankdan oyunlar oynayırdı. O burada daha az tanınan və zəif olan rəqibinə şanslar yaratdığı halda belə (məsələn vəzirsiz oynamaq kimi) qələbə qazanması ilə məşhur idi. Görüş Londondakı turnir zamanı baş tutsa da, fasilə zamanı oynanılmış qeyri-rəsmi oyun idi. Oyundan təsirlənmiş Kizeriski oyundan dərhal sonra Parisdəki Şahmat Klubuna gedişləri göndərir və bir ay sonra oyun "La Régence" şahmat jurnalında dərc olunur. Oyuna ləqəbi isə 1855-ci ildə avstriyalı şahmat ustası Ernst Falkbeer verib. == Oyunun notasiyası == Ağlar: Adolf Andersen Qaralar: Lionel Kieseritzky Debüt: Fil qambiti 1. e4 e5 2.
İYİ Partiya
İYİ Partiya (türk. İYİ Parti) — 2017 ci il 25 oktyabrda Meral Akşener tərəfindən qurulan partiyadır. == Tarixi == === Bölünmə === Ümid Özdağ 6 noyabr 2020-ci il tarixində İYİ Partiya İstanbul Şəhər Təşkilatının başçısı Buğra Kavuncu və əmisini FETÖ-çü adlandırmasından sonra partiya rəhbərliyi ilə yaşanan problemlər nəticəsində partiyadan ixrac edilmişdir. 13 yanvar 2021 tarixində Ankara Birinci Əsliyə Hüquq Məhkəməsi ixrac qərarını ləğv etmişdir.. Ümid Özdağ 4 mart 2021 tarixində açıqlama verərək İYİ Partiyadan istefa vermişdir: 2021-ci ildə Özdağ partiya qurma hərəkatına başladı və Ayyıldız Hərəkatını təsis etdi. O, partiyasını 26 avqustda quracağını elan etdi. == Hədəfləri == Partiyanın hədəfi Türkiyəni yenidən parlamentar respublika sisteminə döndərməkdir. == Logosu == Logonun əsas arnamenti türklərin Qayı boyunun emblemindən götürülmüşdür.
Şinuy (partiya)
Şinuy (ivr. ‏שִׁינּוּי‏‎) — sionist, dünyəvi və anti-kargüzar sərbəst bazar liberal partiyası və İsraildə siyasi hərəkat idi. Partiya iki dəfə Knessetdə ən böyük üçüncü oldu, lakin hər iki hadisə parçalanma və dağılma ilə nəticələndi; 1977-ci ildə partiya Demokratik Dəyişiklik Hərəkatının tərkib hissəsi olaraq 15 yer qazandı, lakin 1978-ci ildə ittifaq parçalandı və növbəti seçkilərdə Şinuy iki yerə endirildi. 2003-cü ildə partiya təkcə 15 yer qazandı, lakin əksər MK-larının yeni partiyalar qurmağa getməsindən üç il sonra onları itirdi. Partiya 2009-cu ilə qədər Liberal İnternasionalistlərin üzvü idi. 30 ildir İsraildə liberal iqtisadi siyasət və dünyəvi dəyərlərin standart aparıcısı olmasına baxmayaraq, Kadimanın meydana gəlməsi Şinuyu təbii seçki dairəsindən məhrum etdi və 2006-cı ilin yanvar ayında partiya kiçik fraksiyalara parçalandı, heç biri də Knessetə girmək üçün lazım olan 2% həddi keçə bilmədi.
Əkinçi (partiya)
Əkinçi Partiyası — Azərbaycanda sol eserlər partiyası. == Yaranması == Fevral inqilabından (1917) sonra sol eserlər partiyasının müsəlman bölməsi kimi təsis edilmiş, 1918-ci ilin martından isə sol eserlər partiyasının Əkinçi Partiyası kimi fəaliyyət göstərmişdir. Təşkilatın sədri Mir Həsən Vəzirov idi. O, 1918-ci il aprelin 25-də yaradılmış Bakı Xalq Komissarları Sovetində (XKS) torpaq komissarı vəzifəsinə seçilmişdi. == Fəalları == Ruhulla Axundov, Əhməd Əhmədov, Rəhim Hüseynov, Həbib Cəbiyev, Əli Bayramov, Eyyub Xanbudaqov və b. partiyanın fəal üzvləri idilər. Partiya, əsasən, Bakı fəhlələri arasında fəaliyyət göstərir və solçu taktika yürüdürdü. Digər sosialist partiyaları kimi, sol eserlər də, ayrı-ayrı ziyalı qrupları istisna olmaqla, zəhmətkeş azərbaycanlı kütlələri arasında güclü nüfüza malik deyildi. == Fəaliyyəti == Partiyanın fəaliyyətini özündə əks etdirən "Əkinçi" adlı mətbu orqanı nəşr olunurdu. 1920-ci ildə Bakıda kommunistlərə ilk yaxınlaşan və onlarla sıx əməkdaşlıq edən məhz Azərbaycan sol eserləri idi.
AK Partiya
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısa AK Parti kimi tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Ağ Partiya
Ağ Partiya, yaxud rəsmi olaraq Ağ Partiyası və ya qısaca AĞP — Azərbaycanda fəaliyyət göstərən mühafizəkar siyasi partiya. 1993-cü ildə əsası qoyulan Vahid Azərbaycan Partiyasının 2016-cı ildə adının dəyişdirilməsi ilə yaradılmışdır. Partiyanın sədri 2016-cı ildən Tural Abbaslıdır. Partiya 2020-ci ilin may ayının 5-də Ağ Partiyası adı ilə dövlət qeydiyyatına alınmışdır. Partiyanın sədri Tural Abbaslı müxtəlif vaxtlarda verdiyi açıqlamalarda Ağ Partiyasının Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir. == Tarixi == === Sələfi === Vahid Azərbaycan Partiyası 1993-cü ildə Kərrar Əbilov tərəfindən yaradılmış və dövlət qeydiyyatına alınmışdır. Partiyanın ilk sədri Kərrar Əbilov olmuşdur. O, 1993-cü il prezident seçkilərində iştirak edib. Kərrar Əbilov 2016-cı ilin yanvarında vəfat etmişdir. === Quruluşu === 27 sentyabr 2014-cü ildə Müsavat Partiyasının VIII Qurultayı keçirilmişdir.
Partiya siyahısı
Siyasi siyahı, partiya siyahısı və ya seçki siyahısı — adətən proporsional və ya qarışıq seçki sistemlərində, eyni zamanda bəzi çoxluqlu seçki sistemlərində olan seçki üçün namizədlər qrupu. Seçki siyahısı siyasi partiya tərəfindən qeydə alınır və ya müstəqil namizədlər qrupunu təşkil edilir. Siyahılar açıq ola bilər, bu halda seçicilər qalib namizədlərin reytinqinə müəyyən təsir göstərə bilər. Bu həmçinin, qapalı ola bilər ki, bu halda namizədlərin sırası siyahının qeydiyyatı zamanı müəyyən edilir. == Əvəzedici siyahılar == Seçilmiş nümayəndə öz yerini tərk edən zaman proporsional nümayəndəlik siyahı sistemindəki təsadüfi vakansiya adətən yerini tərk etmiş nümayəndənin siyahısında daha seçilməmiş ən yüksək səviyyəli namizəd tərəfindən doldurulur. Şəxsi və ya partiya-strateji səbəblərə görə, bu şəxs yerini aşağı səviyyəli həmkarına verməyi seçə bilər. Əvəzedici siyahılar bəzən tək ötürülə bilən səsli seçki sistemlərində təsadüfi vakant yerləri doldurmaq üçün istifadə olunur. Buna misal olaraq 1984-cü ildən İrlandiyada keçirilən Avropa Parlamentinə seçkiləri göstərmək olar.
DEM Partiya
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. == Tarixi == Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Partiya qızılı
Partiya qızılı — Sovet İttifaqı Kommunist Partiyasının guya SSRİ-nin dağılması zamanı yoxa çıxmış və bu günə qədər tapılmayan hipotetik qızıl-valyuta fondları. == Mənşəyi == "Partiya qızılı" mifi 1990-cı illərin əvvəllərində "Kroll" beynəlxalq detektiv agentliyi tərəfindən kapitalın xaricə qaçması ilə bağlı araşdırma aparılmasını əmr edən Yeqor Qaydar hökumətinin təşəbbüsü ilə mediada populyarlaşmışdır. Qaydar hökuməti Sov.İKP və DTK rəhbərlərini cüzi qiymətlərlə ədalətsiz özəlləşdirmədə ittiham etmiş, onları SSRİ-nin dağılmasından sonra ölkə sakinlərinin əksəriyyətinin yoxsul qalmasında ittiham etmişdir.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi azadlıq
Siyasi azadlıq — vətəndaşın əsas hüququ. Marksist fəlsəfədə görə dərk edilməyən qanunlar "kor"zərurət kimi təzahür edirlər.İnsan öz tarixinin başlanğıcında hələ təbiətin sirlərinə nüfuz edə bilmədiyi üçün dərk edilməyən zərurətin qulu olaraq qalırdı,hələ azad deyildi.Obyektiv qanunları nə qədər dərindən öyrənirsə insan öz fəaliyyətində o qədər şüurlu və azad olur. Azadlığın marksist tərifi XVII əsrin niderland filosofu B.Spinozanın tərifi ilə üst-üstə düşür:"Azadlıq dərk edilmiş zərurətdir".Spinozanın müasiri T.Hobs hesab edirdi ki,azadlıq müqavimətin olmamasıdır.Onun fikrincə insanın azadlığı nəyi isə gerçəkləşdirməyə can atan iradənin müqavimətə rast gəlməməsidir.Russo deyirdi:"Azadlıq-bərabərlik olmadan yaşaya bilməz". Rus yazıçısı Dostoyevskinin dediyinə görə azadlıq insan üçün ən əzablı qayğıdır;insan və insan cəmiyyəti üçün-heç nə,heç vaxt azadlıq qədər ağır yük olmamışdır.İnsan azad olandan sonra tələsik axtarır ki,kimin qarşısında diz çöksün və azadlıqdan xilas olsun.Kant göstərir ki,azadlıq hərfən və mahiyyətcə ideyadır.O,mütləq hamı üçün azadlığı nəzərdə tutur.Bütün cəmiyyəti azad etmədən hansısa tək bir adamın təcrid olunmuş azadlığı ağlasığan bir şey deyil.Hegel azadlığı əsl daxili ziddiyyət hesab edirdi.Onun fikrincə azdlıq odur ki,insan yalnız özündən asılı olsun. Z.Freydin davamçılarından biri olan E.Fromm göstərirdi ki,azadlıq-şəxsiyyətin özünü idarə etməsidir,onun mənəvi,emosional qabiliyyətinin ifadəsidir.M.Haydegger göstərirdi ki,insana Taleyi özünə tabe etmək və yaxud dəyişdirmək nəsib olmamış,odur ki,onun azadlığı həmin Taleyi itaətlə qəbul etməkdən ibarətdir.Haydegger azadlığı idrak ilə əlaqələndirirdi.O,yazmışdı "Hər cür əsl qurtuluş yalnız zənciri qırmaq və öhdəliyi atmaq deyil,hər şeydən əvvəl azadlığın mahiyyətini öncədən müəyyən etməkdir ".Onun sözlərinə görə özbaşnalıq "azadlığın gecə tərəfidir". Çoxları isə deyirlər ki,azadlıq müəyyən fikir müstəqilliyi,fəaliyyət sərbəstliyi deməkdir,insanın öz yaradıcılıq qabiliyyətini sərbəst ifadə etmək imkanıdır.Fəlsəfə tarixində bir sıra böyük filosoflar(Aristotel,Hegel,Marks və b.)azadlıq,o cümlədən siyasi azadlıq haqqında fikir söyləmişlər.Məsələn,ingilis filosofu T.Hobbsa görə azadlıq qanunla yasaq edilməyən hər şeyi istədiyi kimi etmək və qanunun məcbur etmədiyi isə etməmək imkanıdır.Burada azadlıq-qanunun əksidir,lakin onlar bir-birini inkar etmir,qarşılıqlı olaraq məhdudlaşdırırlar.Qanunlar çoxaldıqca-azadlıqlar azalır və yaxud əksinə.T.Hobbs burada belə nəticə çıxarır: bir halda ki,qanunlar vətəndaşların bütün hərəkət və davranışlarını əhatə edə bilmir,istənilən idarə formasında həmişə qanunun yasaq etmədiyi və yaxud məcbur etmədiyi sonsuz dərəcədə çoxlu hallar olur.Ona görədə hər bir dövlətdə-istər monarxiya,istərsədə demokratiya olsun-vətəndaşlar azaddır.Hətta suverenin (monarx və ya xalqın)hakimiyyəti məhdudlaşdırmayanda da vətəndaş azddır.Çünki suverenin iradəsi qanun deməkdir,qanun isə azadlığı məhv etmir,onu yalnız məhdudlaşdırır.Azadlığın liberal anlayışına görə qanun azadlığın əksi deyil,onun zəruri şərtidir,o azadlığı məhdudlaşdırmır,əksinə onu saxlayır və genişləndirir.Başqa ingilis filosofu C.Lokk deyirdi:"Qanun olmayan yerdə azadlıq da yoxdur".Azadlığın liberal anlayışı qanun və iradəni qəti şəkildə bir-birinə qarşı qoymağa əsaslanır.İradə nə isə fərdi,müəyyən olmayan,naməlum və daimi olmayan bir şeydir.Qanun isə ümumi,müəyyən,elan edilmiş və daimi bir şeydir.Başqasının iradəsindən asılı olmaq insanı azadlıqdan məhrum edir,qanundan(yalnız ondan)asılı olmaq isə onu azad edir.Beləliklə,liberal anlayışında qanun azadlığı deyil,azadlıq qanunu məhdudlaşdırır,qanun azadlığın hüdudunda deyil,azadlıq qanunun hüdudunu müəyyənləşdirir.