STOL Bu müqayisədən özünün xeyrinə nəticə çıxaran Elsevər stolun arxasına keçib ürək döyüntüləri içərisində işləməyə başladı (Ə.Qasımov); MASA Hidayət masanın arxasında oturub, “ciddi” bir mütaliəyə dalmışdı (M.Hüseyn); MİZ (köhn.) Odur şair oturmuş balaca bir mizin dalında; Quş lələyi əlində, bir dünya xəyalında (B.Vahabzadə).