STOL

[ rus. ]
1. Miz, masa. Uzunsov stol. Girdə stol. Yazı stolu. Cərrahiyyə stolu.
– Zirzəminin ortasında palıd taxtasından iri bir stol qoyulmuşdu. S.Rəhman.
Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. İ.Əfəndiyev.

2. məc. dan. Süfrə. Stol açmaq. Yaxşı stol düzəltmək.
[Səkinə Rüstəmə:] Özün deyirsən ki, stol açacağam, qoyun kəsdirəcəyəm, düyü islatdıracağam. M.İbrahimov.

3. Xüsusi bir işlə məşğul olan idarə və ya onun bir şöbəsi. Adres stolu. Qeydiyyat stolu. Tapıntılar stolu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • STOL STOL Bu müqayisədən özünün xeyrinə nəticə çıxaran Elsevər stolun arxasına keçib ürək döyüntüləri içərisində işləməyə başladı (Ə
STİROL
STOLBAZ

Digər lüğətlərdə