SÜST (müxtəlif mənalarda) [Həmzə:] Bütün günü süst oluram, elə bil xəstəyəm.. (Ə.Qasımov); ƏTALƏTLİ Uzundərə əski Şərqin tələsmək bilməyən ətalətli ruhunu özündə saxladığı üçün maraqsız deyildi (S.Hüseyn); ƏZGİN Birinci dəfə olaraq əri ona Mədinəyə əzgin və zavallı göründü (M.İbrahimov); XƏSTƏHAL Eşitmiş xəstəhaləm, göndərib şux qəmzə peykanın (Q.Zakir); LOŞ Bəylər öküz kimi yatmışdı sərxoş; Paltarilə yerə sərilmişdi loş (M.Müş fıq); ÖLGÜN Dəhşətlidir bu xəstənin əhvalı; İnsanlığın ölgün, solğun idealı! (A.Şaiq); LƏMS, LIRT (məc.), LƏT, PASSİV (bax).