səfər

is. voyage m, visite f ; ~ə çıxmaq rendre (se) en visite ; ~i təxirə salmaq remettre la visite

səfehləşmək
səfərbər
OBASTAN VİKİ
Mirzə Səfər (hekayə)
Mirzə Səfər (hekayə) — Əsl adı "Şair" olan, Sovet illərində Mirzə Səfər olaraq tanınan bu hekayə ilk dəfə 1918-ci ildə Tiflisdə "Tartan-Partan" jurnalında çap edilmişdir. Hekayə "Mirzə Səfər" adı altında ilk dəfə 1938-ci ildə “Revolyusiya i Kultura” jurnalında çap edilmişdir. == Mövzusu == Yazıçı hekayədə özünün bir sıra siyasi fikirlərini oxuculara çatdırmışdır. Belə ki, o, rus dilinin milli dilləri sıxışdırmasına, insanlara milli mənsubiyyətlərinə görə fərq qoyulmasına, azərbaycanlılara yüksək vəzifə etibar edilməməsinə narazılığını ifadə etmişdir. Məsələn, müəllif əsərin baş qəhrəmanı Mirzə Səfərin məhz rus dilində savadı az olması səbəbindən dəftərxanada aşağı vəzifə tutmasını əbəs yerə vurğulamır. Ədib belə incə vasitələrlə əslində siyasi quruluşun mahiyyətindən irəli gələn milli ayrı-seçkiliyə etirazını nəzərə çarpdırmaq istəmişdir. Əbdürrəhim bəy Haqverdiyevin "Mirzə Səfər", "Papaq" və "Bomba" hekayələrinin motivləri əsasında "Evlənmək istəyirəm" filmi lentə alınmışdır. Xalq rəssamı Davud Kazımovun bədii irsində Ə.Haqverdiyev mövzusu geniş yer tutur. Əsasən ötən əsrin altmışıncı illərində qara tuşla ərsəyə gətirilmiş əsərləri milli kitab qrafikası saxlancımıza layiqli töhfələr hesab etmək olar. Müəllifin məşhur “Mirzə Səfər” hekayəsinə çəkdiyi üç illüstrasiya (1967) bu qəbildəndir.
Səfər
Səfər — Hicri təqviminin 2-ci ayı. Ərəbcə səfar sözü "səyahət, köç" mənasını verir, müsəlmanların Məkkədə Qüreyş zülmündən qaçaraq (əsasən ayaqyalın) Mədinəyə getdikləri İslamdan əvvəlki ərəb dövrünə uyğun gəlir. == Tarixi günlər == Səfərin 7-si İmam Kazımin doğum günü Safərin 9-u Əlinin Nəhrivan döyuşündə qələbə ilə başa vurduğu gün. Səfərin 13-ü İmam Hüseynin qızı Səkinənin vəfatı günü. Səfərin 17-si 8-ci imam Əli ibn Musanın şəhadət günü Səfərin 20-si — Ərbəin günü (Aşura günündən sonra 40-cı gün) Səfərin 28-i Məhəmməd peyğəmbər (s) və İmam Həsənin vəfatı günü.
Səfər (Uçalı)
Səfər (başq. Сәфәр, rus. Сафарово) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd Səfər kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Uçalı): 24 km, == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (98 %) üstünlük təşkil edir.
Səfər Alışarlı
Alışarlı Səfər Xəlil oğlu == Həyatı == Səfər Alışarlı 12 avqust 1954-cü ildə Naxçıvan MR Şərur rayonunun Alışar kəndində doğulub. 1980–1985-ci illərdə Moskvada M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. 1985-ci ildən etibarən Bakıda əmək fəaliyyətilə aşağıdakı müəssisələrdə məşğul olub: Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında kiçik redaktor, "Gənclik"-"Molodost" jurnalında şöbə müdiri, "Səs" qəzetində baş redaktor müavini və s. İlk hekayələri 1981-ci ildə "Azərbaycan" jurnalında çap olunub. O vaxtdan mütəmadi olaraq bu və digər ədəbi-bədii jurnal və qəzetlərdə öz hekayələrini çap etdirib. "Zəng" adlı ilk nəsr toplusundakı (1987) hekayələrində Azərbaycan kəndinin realistik mənzərələrini yaratmış, müasirlərinin mənəvi problemlərini qabartmağa nail olmuşdur. Topludakı hekayələrin üslubu klassik Azərbaycan nəsrinin realizm ənənələrinə söykənir. Burada təsvir olunan həyat hadisələrinin adiliyi və tipikliyi diqqətəlayiqdir. Topludakı "Zəng", "Qasım", "İnşallah, yaxşı olar", "Kasıb" və sair hekayələri yalançı mənəvi donor pafosundan uzaq, adi həyat hadisələridir. Lakin yazıçının ustalığı da məhz həmin adilikdən oxucu üçün vacib və zəruri olan nəticənin çıxarılmasında, insan mənəviyyatında təmizliyin, paklığın və halallığın əsas aparıcı amillər kimi təqdim olunmasındadır.
Səfər Boluslu
Səfər Boluslu (Həsənov Səfər Nəsir oğlu) - el şairi == Həyatı == Səfər Boluslu 1923-cü ildə Qasım İsmayılov rayonunun (indiki Goranboy rayonu) Cinli-Boluslu kəndində anadan olmuşdur. 1956-cı ildə Moksvada Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir. Səfər Boluslu 1984-cü ildə Cinli-Boluslu kəndində vəfat etmiş və orada dəfn olunmuşdur.[mənbə göstərin] == Yaradıcılığı == Səfər Boluslu gənc yaşlarından şer yazmış və bir müddətdən sonra sinədəftər el şairi kimi məşhurlaşmışdır. O şerlərini bədahətən dediyindən onun şerləri maqnitofon yazıları kimi və başqaları tərəfindən qeydə alınaraq yayılmışdır. Səfər Boluslunun şerləri Borçalıdan tutmuş Gəncəbasarda, Qarabağda, Muğanda dillərdə əzbər olmuş, toy məclislərində, şənliklərdə söylənmişdir. Sovet dövründə S. Boluslunun şerlərinin çap olunmamasının əsas səbəbi onun öz vicdanı əleyhinə getməməsi, həmişə duyduğunu və istədiyini yazması, yeri gəldikcə də mövcud rejimi tənqid etməsi olub. == Kitabları == Səfər Boluslu. "Gəl sənə şerimlə xəritə verim"... Şerlər toplusu. "Azərbaycan" nəşriyyatı, Bakı 1997.
Səfər Bünyadzadə
Cəfər Xocabəy oğlu Bünyadzadə (1890, Fatmayı, Bakı qəzası – avqust 1918, Bakı) — Azərbaycan yazıçısı və şairi. O, dövrün Azərbaycan mətbuatında fəal iştirak etmiş, uşaq hekayələri və çoxlu satirik şeirlər yazmışdır. "Nəşri-maarif" və "Səfa" məktəblərində müəllim işləmiş, satirik "Tuti" jurnalının baş redaktoru olmuşdur. Dadaş Bünyadzadənin qardaşıdır. == Həyatı == Cəfər Bünyadzadə "Səda", "Sədayi-Vətən" və başqa mətbuat orqanlarında müxtəlif imzalarda yazılar dərc etdirmiş, uşaqlar üçün hekayələr yazmışdır. Milli məktəblərdə istifadə ücün "Kəşkül" adlı nəğmələr məcmuəsi (notsuz) nəşr etdirmişdi (1915). Cəfər Bünyadzadə 1918-ci ilin avqustunda ermənilərin törətdikləri vəhşiliyin qurbanı olmuşdur. C. Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə "Füqəra-kasibəsi" qəzetində etdiyi minnətdarlıq məktubunda bildirirdi: == Əsərləri == Mən məktəb istəyirəm. Uşaqlar üçün asan dil ilə yazılmış hekayələr. Bakı: [s.n.], 1910; İgid oğul və yaxud vətən məhəbbəti, 1912; Kəşkül və yaxud nəğmələr məcmuəsi.
Səfər Hümbətov
Səfər Mahmud oğlu Hümbətov (20 noyabr (3 dekabr) 1903, Qaçağan, Borçalı qəzası – 1960, Qaçağan, Marneuli rayonu) — Sosialist Əməyi Qəhrəmanı. Gürcüstan SSR ictimai xadimi. SSRİ-nin "Lenin" ordeni laureatı. == Həyatı == Səfər Hümbətov 1903-ci ildə Tiflis quberniyasının Borçalı qəzası, Qaçağan kəndində dünayaya gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçib. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. 1960-cı ildə Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir.
Səfər Həsənov
Səfər Kəlbixanlı
Səfər Kəlbixanlı — yazıçı-publisist, filologiya elmləri namizədi. == Həyatı == Səfər Əhməd oğlu Məmmədov 1962-ci ilin iyul ayının 7-də Yardımlı rayonunun Astanlı kəndində anadan olmuşdur. 1969–1979-cu illər ərzində həmin kənddə orta təhsilini almışdır. 1980–1982-ci illərdə Murmansk vilayətində hərbi xidmətini keçmişdir. 1984-cü ildə M. F. Axundov adına APRDƏİ-yə (indiki Bakı Slavyan Universitetinə) daxil olmuş və 1989-cu ildə buranı fərqlənmə diplomi ilə bitirmişdir. Təsilini başa vurduqdan sonra Cəlilabad rayonunun Alar kəndində təyinatla işləməyə göndərilmişdir. 1 yanvar 1992-ci ildə M. F. Axundov adına APRDƏİ-nin əyani aspiranturasına daxil olmuşdur. 1994-cü ildə "Müasir rus və Azərbaycan nəsrində mənəviyyat problemləri"(Y. Bondarev və İ. Şıxlının müharibə mövzulu əsərləri və onların tərcümələri əsasında) namizədlik dissertasiyasını müdafə etmişdir. 1994-cü ildən filologiya elmləri namizədi, müəllim, baş müəllim, 2003-cü ildən dosentdir. Hazırda Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Müasir rus ədəbiyyatı kafedrasının dosenti və Jurnalistika və Azərbaycan filologiyası fakültəsinin dekanıdır.
Səfər Mehdiyev
Səfər Məmməd oğlu Mehdiyev (17 mart 1973, Nehrəm, Naxçıvan rayonu) — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri (2018–2022), gömrük xidməti general-polkovniki (2020), "Vətənə xidmətə görə" ordeninin tam kavaleri. == Həyatı == Səfər Mehdiyev 17 mart 1973-cü ildə anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətdə olmuşdur. 1998-ci ildə Türkiyənin Egey Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsini beynəlxalq iqtisadi əlaqələr ixtisası üzrə bitirmişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat və İdarəetmə istiqamətinin Maliyyə ixtisası üzrə magistr dərəcəsi almışdır. 2010-cu ildə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirmişdir. == Fəaliyyəti == Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm kənd kolxozunda başlamışdır. 1999–2004-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin Gömrük tariflərinin tənzimlənməsi şöbəsinin inspektoru, böyük inspektoru, Gömrük dəyəri şöbəsinin rəisi, həmin Baş İdarənin rəis müavini vəzifələrində çalışmışdır. 2004-dən 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində xidmət etmişdir. 23 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Səfər Qurbanov
Səfər Qurban oğlu Qurbanov — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Vətən Müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Səfər Qurban oğlu Qurbanov Salyan rayonunda anadan olub. Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının mayoru kimi 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edən o, müharibə ərzində göstərdiyi şücaətə görə polkovnik-leytenant rütbəsinə qədər yüksəldilmiş və müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.
Səfər Sadiqi
Sadiqi Səfər — Danimarka "Vətən" Cəmiyyətinin sədri, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü. == Həyatı və təhsili == Sadiqi Səfər Məmi oğlu 1957-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. 1964-cü ildə Yasamal rayonu 21 nömrəli məktəbə gedib. 1972-ci ildə Bakı Maliyyə Kredit Texnikomunda "Hesablama maşınlarının proqramlaşması" fakultəsinə daxil olub. 1976-cı ildə təhsilini başa vurub. Sovet ordusunda SSRİ-nin 3-cü Hava Hücumundan Müdafiə xəttində baş qərargahda radist olaraq xidmət edir. 1978-ci ildə hərbi xidmətini başa vurub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. == Fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Dövlət Statistika idarəsində mühəndis, proqramist, böyük mühəndis vəzifələrində çalışıb. 10 ildən çox Statistika Həmkarlar İttifaqında fəaliyyət göstərmişdir.
Səfər Verdiyev
Sə­fər Xəlil oğ­lu Ver­di­yev (1923, Yanşaq, Kəlbəcər rayonu – 27 avqust 2003) — Yardımlı və Kəlbəcər Rayon Partiya Komitəsinin I katibi; Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatı. == Həyatı == Səfər Verdiyev 1923-cü il­də Kəlbəcər rayonunun Yanşaq kən­din­də ana­dan ol­muş­dur. Kəlbəcər Rayon Komsomol Komitəsinin I katibi işləmişdir. Kəlbəcər Rayon Partiya Komitəsinin III katibi və I katibi vəzifələrində çalışıb. Laçın rayonunda Ərazi Partiya Komitəsinin sədri, Yardımlı Rayon Partiya Komitəsinin I katibi də olmuşdur. Şamaxı rayon XDS İK-nın sədri, Azərbaycan KP MK-nın plenumun üzvü, 2 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Böyük Vətən Müharibəsi veteranı idi. == Təltifləri == 2 dəfə "Qırmızı Əmək Bayrağı", 2 dəfə "Şərəf Nişanı" ordenləri ilə təltif olunub.
Səfər Əbiyev
Səfər Axundbala oğlu Əbiyev (27 yanvar 1950, Bakı) — Azərbaycan Respublikasının sabiq müdafiə naziri (1995–2013), general-polkovnik. == Həyatı == Səfər Əbiyev 1950-ci ilin 27 yanvarında Bakı şəhərində azərbaycanlı ailəsində anadan olub (bəzi iddialara görə ləzgi əsilli ailəsi əslən Qubadandır). 1971-ci ildə Azərbaycan SSR Ali Soveti adına Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini, 1982-ci ildə Moskvada M. Frunze adına Hərbi Akademiyanı bitirmişdir. 1971–1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində tabor komandiri, alay qərargahının rəisi, alay komandiri, briqada komandiri və diviziya komandiri vəzifələrində işləmişdir. 1992-ci ilin fevralın 17-dən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. 1992–1995-ci illərdə Müdafiə Nazirliyi Baş Qərargah rəisinin birinci müavini, Baş Qərargah Rəisi-Müdafiə Nazirinin birinci müavini, Müdafiə Naziri vəzifəsinin icraçısı, Müdafiə Nazirinin müavini vəzifələrində çalışmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Müdafiə Naziri təyin olunub. 22 oktyabr 2013-cü ildə vəzifəsindən azad edilib. Ailəlidir, 2 övladı var. == Mükafatları == 04.04.1995 — "Azərbaycan Bayrağı" ordeni 24.06.2003 — "Azərbaycan Bayrağı" ordeni 26.01.2010 — "Şöhrət" ordeni "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991–2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalı "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919–2009)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918–2013)" yubiley medalı == İstinadlar == == Xarici keçidlər == "Azərbaycanda Kim Kimdir?" Ensiklopedik məlumat toplusu.
Səfər Əsədov
Səfər Alməmməd oğlu Əsədov (1929, Yaycı) — 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri. == Həyatı == 1929-cu ildə Azərbaycan Sovet Sosialist Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. 1945-ci ildə Culfa Dəmiryolu Məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. Səfər Əsədov 1956-cı ildə Bakı Ali Partiya Məktəbində daha sonra isə Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsilini tamamlamışdır. == Siyasi fəaliyyəti == 1945-ci ildən qəsəbə soveti sədrinin katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsində şöbə müdiri, Culfan Rayon Plan Komissiyasının sədri olmuşdur. 1948-ci ildən Culfa Rayon Partiya Komitəsinin təlimatçısı, Culfa Rayon Komsomol Komitəsinin II katibi, sonra isə I katibi, Culfa Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin katibi, Culfa Rayon Partiya Komitəsnin MTS üzrə katibi, daha sonra isə şöbə müdiri olaraq çalışmışdır. Səfər Əsədov 1960-cı ildən Naçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Culfa Rayon Partiya Komitəsində isə ikinci katib olaraq işləmişdir. Culfa rayonu və Ordubad rayonu birləşdikdən sonra vahid Culfa rayonunun Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini, daha sonra isə Partiya Dövlət Nəzarəti Komissiyasının sədri olmuşdur. 1965-1967-ci illərdə Culfa Rayon Xalq Nəzarəti Komitəsinin sədri, 1968-1970-cı illərdə Araz Su Qovşağı Tikinti İdarəsi Partiya Komitəsinin katibi, 1971-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri olaraq çalışmışdır. 1975-ci ildən Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi, Naxçıvan MSSR maarif naziri, Naxçıvan Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrinin birinci müavini, Naxçıvan MSSR Ali Sovetinə seçkilər üzrə Mərkəzi Seçki Komissiyasının sədri olmuşdur.
İdris Səfər
İdris Səfər (alb. Idriz Seferi) — Millətpərəst bir Albaniya partizan döyüşçüsü. 1910-ci ildə, Osmanlı İmperiyasına aid olan Kosovo vilayətində üsyan başladan İsa Boletininin sağ qolu idi. Həmçinin, Prizren İttifaqı və İpək İttifaqının bir üzvü idi. Üsyanın bitməsindən sonra Səfər, 1912-ci ildəki Albaniya üsyanını rəhbərlik etdi. Birinci Balkan müharibəsi zamanı Boletini və Səfər, 1910 və 1912-ci ildəki üsyanları zamanı daha əvvəl özlərinə müttəfiqlik edən Serbiyaya qarşı üsyan etdilər və Birinci Dünya Müharibəsinin sonrasında və ilk mərhələsində (1913-1915) Serb qüvvələrinə qarşı olan hücumlarını davam etdirdilər. Birinci Dünya Müharibəsinin son mərhələlərində isə (1916-1918) eskandronlarını Bolqar qüvvələrinə qarşı yönəltdi. == Bioqrafiyası == İdris Səfər, Monteneqronun şimalında yerləşən, o zamanlarda Osmanlı İmperiyasının Kosovo vilayətinin və indiki Serbiya sərhədləri içərisində yerləşən Preşevada anadan olmuşdur. Erkən yaşlarda alban millətpərəstlərinə qoşulan Səfər, Prizren İttifaqının və İpək İttifaqının üzvü olmuşdur. === 1910 Albaniya Üsyanı === 1910-cu ilin Aprel ayında, İsa Boletini və İdris Səfər rəhbərliyi ilə, Kosovo vilayətində Osmanlılara qarşı bir üsyan başladıldı.
Səfər (dəqiqləşdirmə)
Səfər — Hicri təqviminin 2-ci ayı.
Səfər (ad)
Səfər — ad.
Səfər forması
Səfər forması — komanda idmanlarında iki komandanın rənglərini ayırd etmək üçün istifadə edilən forma növü. Onun meydan sahiblərinin forması ilə heç bir oxşarlığı yoxdur. Bu formalar oyunçular, menecerlər və tamaşaçılar arasında çaşqınlığın qarşısını almaq üçün istifadə olunur. Bəzi idman liqalarında qonaq komandanın ev sahibi komandadan fərqli forma geyinməsi, digərlərində isə iki komandanın rənglərinin uyğun gəlməməsi tələb olunur. Reqbi ittifaqı kimi idman növlərində ənənəvi olaraq ev sahibi komanda qonaq komandanın forması ilə fərqli forma seçir.
Səfər (film, 1964)
"Səfər" (ing. The Visit) — rejissor Bernard Vikkinin filmi. == Məzmun == İnanılmaz dərəcədə varlı qadın Karla Zaxanasian çox illər bundan qabaq rüsvayçılıqdan tərk etdiyi köhnə şəhərə gəlir. Onun Serj Millerdən uşağı olmuşdu. Lakin Serj bu atalığı boynuna almır. Onun bu səfərdə məqsədi burada yaşayan əhali ilə sövdələşməkdir. O, verəcəyi böyük pulların əvəzində Millerin ölüsünü istəyir. Əvvəl bununla razılaşmayan əhali sonra Milleri öldürməyə razı olur. Miller ölümə məhkum edilir. Lakin son anda Karla hökmü dayandırır və əhaliyə onların etdiyi səhvləri başa salır.
Səfər (film, 1974)
"Səyahət" (it. Il viaggio) — rejissor Vittorio de Sikanın İtaliya-Fransa istehsalı olan filmi. == Məzmun == Adriana de Mauro Çezare Braciyə aşiq olub. Lakin Çezare atasının son qərarını biləndən sonra öz qardaşı Antoni ilə Adriananın evlənməsinə razılıq verir. Amma məsələ elə gətirir ki, Antonio avtomobil qəzasında həlak olur. Adriana ərinin ölümünə kədərlənir və Çezare onu yenidən həyatına qaytarmağa çalışır. Qadının keçirdiyi ağır günlər nəticəsində onda ağrılar və başgicəllənmələrlə müşahidə olunur. Çezare onu həkimə aparır. Həkim müayinədən mənfi diaqnoz qoyur: Adriana sağalmaz xəstəliyə tutulub və çox yaşamayacaq. Çezare vaxt itirmədən ona evlilik təklifi edir.
Səfər xan Qəhrəmani
Səfər xan Qəhrəmanian (1921, Şişəvan, Şərqi Azərbaycan ostanı – 2002) — Cənubi Azərbaycan Milli Hökumətinin fədailərindən olub. Onu 1948-ci ildə həmin hökumət devrildikdən iki il sonra həbs etmiş, İran İslam İnqilabından bir müddət sonra azadlığa buraxmışdılar. Beləliklə, siyasi əqidəsinə görə Nelson Mandeladan çox - 32 ilə qədər həbsxana həyatı sürmüşdür. == Səfərxan haqqında yazılanlar == İsmayıl Məmmədlinin Səfər xan Qəhrəmanlarının simasında vətənin dönməz, sədaqətli, qorxmaz,heç bir təzyiq və amansızlıqlar qarşısında müvazinətini itirməyən əfsanəvi vətən oğlunu görmüşdür. Şair bir ömrü yaşayıb xalqı üçün ədəbi şöhrət qazandıran o ölməz insan qarşısında bütün zəka və vicdan sahiblərini baş əyməyə dəvət etməkdə bir yox, min dəfə haqlı idi.
Səfər əl-Həvali
Səfər bin Abdul-Rəhman əl-Həvali əl-Ghamdi (ərəb. سفر بن عبدالرحمن الحوالي الغامدي‎; 18 aprel 1950) — Məkkədə yaşayan bir alimdir. 1991-ci ildə ABŞ əsgərlərinin Ərəbistan yarımadasında olmasına qarşı çıxan Səhva hərəkatının lideri kimi məşhur oldu. 1993-cü ildə əl-Havali və Salman əl-Ouda, Səudiyyə hökumətinə qarşı çıxan bir qrup olan Qanuni Hüquqları Müdafiə Komitəsini yaratmada lider idilər. Bu qurum Səudiyyə Ərəbistanına qarşı olduğuna görə onların hər ikisi 1994-1999-cu illər arasında həbs edildi. 2018-ci ilin iyul ayında, dörd oğlu və qardaşı ilə birlikdə Müsəlmanlar və Qərb Sivilizasiyası adlı 3000 səhifəlik bir kitab yazdığına görə Səudiyyə hakimiyyət orqanları tərəfindən tutuldu. Kitabda "Vəliəhd Şahzadə Məhəmməd bin Salmana (MBS) və hakim Səudiyyə kral ailəsinə İsrail ilə əlaqələrinə görə hücumlar" daxil olduğu bildirilir. == Tərcümeyi-hal == Səfər əl-Həvali Əlqəmdi 1986-cı ildə Məkkə Umm əl-Qura Universitetində İslam teologiyası doktoru dərəcəsini almışdır. 1990-cı illər ərzində Səudiyyə Ərəbistanı hakimiyyəti devirmək üçün silahlıları təhrik etmək üçün kaset lentlərinə moizə oxuduğu zaman hökuməti tənqid etdiyi üçün bir müddət həbs olundu. Başqa bir mütəfəkkir Salman əl-Ouda ilə birlikdə Əl-Həvalinin, Qutbizmin bir növü olan Səudiyyə Ərəbistanındakı Səhva hərəkatına (Oyanış hərəkatı) rəhbərlik etdiyi deyilir.
İşgüzar Səfər (1982)
== Məzmun == Kənddə yaşayan Ənvər (Fəxrəddin Manafov) şəhəri və şəhərliləri sevmirdi. O, heç özü də dəqiq deyə bilməz ki, bir dəfə onu Bakıya hansı qüvvə çəkib aparıb: atasının xatirəsi, yoxsa oğlunu axtarıb tapmasını xahiş edən həmkəndlisi Firuzə xalanın (Sidiqqə Heydərova) sözləri?.. Bakıya işgüzar səfər zamanı Ənvər vaxtilə atasını narazı salmış adamla (Rəsmi Cəbrayılov) görüşür və başa düşür ki, şəhərli heç də onun atasına pis münasibət bəsləməyib. Lakin Ənvərin şəhərə münasibəti Toma (Svetlana Rodina) adlı qızla tanışlıqdan sonra tamam dəyişir və gənclərin arasında qarşılıqlı hörmət hissi yaranır. Filmdə mənəvi-etik problemlərə toxunulur. Müasirimiz olan sadə və təmiz qəlbli gəncin həyat sınaqları kino əsərinin əsasını təşkil edir. == Film haqqında == Film aktyor Fəxrəddin Manafovun kinoda ilk işidir. Film aktrisa Sidiqqə Heydərovanın kinoda ilk işidir. Film Rüstəm İbrahimbəyovun "İşgüzar səfər" povesti əsasında çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim İsmayılov Quruluşçu operator: Hüseyn Mehdiyev Quruluşçu rəssam: Rafiz İsmayılov Bəstəkar: Polad Bülbüloğlu Səs operatoru: Akif Nuriyev Rejissor: Elmira Əliyeva Geyim rəssamı: Arif Məhərrəmov Qrim rəssamı: A. Rzazadə Operator: Rövşən Quliyev İşıq ustası: Məhəmməd Hacıyev Montaj edən: Nisə Hacıyeva Rejissor assistenti: Mirzəbala Məlikov, Rövşən Həsənov, Aydın Mahmudbəyov Operator assistenti: R. Quliyev Rəssam assistenti: Abdulla Əmiraslanov, Y. Kirşner Montaj üzrə assistent: S. Qədimova Quraşdırılmış səhnələrin operatoru: Rafiq Kərimov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri və "Melodiya" İnstrumental Ansamblı Redaktor: Toğrul Cuvarlı Filmin direktoru: Akif Musayev, Nadir Əliyev Musiqilərindən istifadə edilən bəstəkar: Tomazo Albinoni, Tofiq Bakıxanov, Səid Rüstəmov === Rollarda === Fəxrəddin Manafov — Ənvər Rəsmi Cəbrayılov — Bayramov Svetlana Rodina-Lünqkvist — Toma Fikrət Məmmədov — Həmid Hacı İsmayılov — Oqtay Hicran Mehbalıyeva — Ramizin arvadı Məbud Məhərrəmov — Ramiz Süleyman Ələsgərov — qoca S. Aslanova Sidiqqə Heydərova — Firuzə xala Bahadur Əliyev — kənd sakini Mayak Kərimov — kənd sakini Bəxtiyar Xanızadə — kənd sakini Cahangir Aslanoğlu — Surət Rzayeviç Rafiq Əliyev — Rafiq F. Hüseynov — qonşu Zemfira İsmayılova — Roza Tələt Rəhmanov — dəfndəki adam Gündüz Abbasov — dəfndəki adam D. Boqdanov Aydın Mahmudbəyov Toğrul Cuvarlı Q. Muradova Zemfira Sadıqova — Gülsüm === Filmi səsləndirənlər === Nəcibə Hüseynova — Ramizin arvadı (Hicran Mehbalıyeva) (titrlərdə yoxdur) Eldəniz Rəsulov — Həmid (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Bayramov (Rəsmi Cəbrayılov) (titrlərdə yoxdur) Sadıq Hüseynov — Surət Rzayeviç (Cahangir Aslanoğlu) (titrlərdə yoxdur) Həsənağa Turabov — dəfndəki adam (titrlərdə yoxdur) Ədalət Məmmədov — Oqtay (Hacı İsmayılov) (titrlərdə yoxdur) == Mənbə == Кино: Энциклопедический словарь / Гл.
Səfər Əliyev (general-mayor)
Səfər Hüseyn oğlu Əliyev (29 iyun 1961, Maxta, Noraşen rayonu) — polis general-mayoru, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Təşkilat-İnspeksiya İdarəsinin Nazir yanında məsləhətçi qrupun baş mütəxəssisi. == Həyatı == Səfər Hüseyn oğlu Əliyev 29 iyun 1961-ci ildə Naxçıvan MSSR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. 1987–1993-cü illərdə Azərbaycan Texniki Universitetinidə təhsil almışdır. 1993–1997-ci illərdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir. 1980–1982-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır. 1990–1997-ci ilədək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, 1997–1999-cu illərdə Daxili İşlər Nazirliyinin Qərargahının Nəzarət-Əlaqələndirmə şöbəsində inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində çalışmışdır. 2010–2016-cı ilədək Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəis muavini, 2016–2022-ci illərdə Daxili İşlər Nazirliyinin Katibliyində rəis vəzifələrində çalışmışdır.
Hacı Fəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Səfəralı məscidi
"Hacı Səfəralı" məscidi — Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində məscid. == Tarixi == Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilmişdir. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olmuşdur. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirmişdir. Məscidə qərb tərəfdən birbərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməmiş, XX əsrin 30-cu illərində məscid bağlanmışdır. Məscidin binasından anbar kimi istifadə olunub. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməmiş, məscidin taxıl anbarına çevrilməsinə nail olmuşdurlar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilmişdir. Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə tikilmişdir.
Hacı Səfərəli bəy Səfərbəyov
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Helan-i Səfərəli (Hurand)
Helan-i Səfərəli (fars. هلان صفرعلي‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 145 nəfər yaşayır (30 ailə).
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur. Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Şəkərabad, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. == Həyatı == Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Hikmət Səfərov
Həsən Səfərli
Həsən Səfər oğlu Səfərli (15 aprel 1898, Naxçıvan – 2 iyun 1960, Naxçıvan) — aktyor, rejissor, müəllim, Naxçıvan MSSR əməkdar müəllimi (1960). == Həyatı == Həsən Səfərli Naxçıvan şəhərində anadan olub. Yerli ibtidai məktəbi bitirib, 1909-cu ildə ilk dəfə səhnəyə Hüseyn Ərəblinskinin tamaşaya qoyduğu "Nadir şah" pyesindəki rolu ilə qədəm qoyub. 1913–1917-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyadakı dram dərnəyinin fəal üzvlərindən olub. İrəvanın teatr truppasında da epizod rollarda səhnəyə çıxıb. Seminariyanı 1917-ci ildə bitirərək Naxçıvana qayıdıb. Həmin ildən müəllimlik fəaliyyəti ilə yanaşı, həvəskarların truppasında, 1931-ci ilə qədər Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, baş rejissor kimi çalışıb. "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 18 may 1960-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.
III Aleksandrın Bakıya səfəri
III Aleksandrın Bakıya səfəri — Rusiya imperiyasının imperatoru III Aleksandr Aleksandroviçin, imperatriça Mariya Fyodorovnanın və onların uşaqlarını Nikolay Aleksandroviçin və Georgi Aleksandroviçin Bakıya səfəri 8-9 oktyabr 1888-ci ildə olmuşdur.. Bu, Rusiya monarxlarının Bakıya ilk və yeganə səfəri olmuşdu. İmperator və onun ailəsinin Bakıya səfəri zamanı Bakı şəhəri artıq 29 il idi ki, Bakı quberniyasının inzibati mərkəzi idi və əhalisinin sayına görə Qafqazda ikinci yeri tuturdu. 1888-ci ildə Bakı şəhərində 80 min nəfərə yaxın adam yaşayırdı . Şəhərdə əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdilər. 1886-ci ildə Bakının gəliri 327 min manata çatırdı, gəlirin əsas hissəsi (təxminən 90 min manat) yükdaşımaların payına düşürdü. == 8 oktyabr 1888-ci il == Imperatorun qatarı Bakı şəhərinə şənbə günü gündüz saast 12-də gəldi. Qubernatorun evinin üstündə xüsusi formalı bayraq asılmış, gəmilərdən yaylım atəşləri açılmışdır. Dəmiryol stansiyasına gedən yol bayraqlar və bitkilərlə bəzədilmişdir. Yol boyu bütün şalbanlar Lənkərandan gətirilmiş yaşıl sarmaşıqlarla örtülmüşdür .
Kamil bəy Səfərəliyev
Kamil bəy Səfərəliyev (1872 – 27 noyabr 1920) ― Bakı Şəhər Dumasının müvəqqəti sədri (1905–1907), Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvü. == Həyatı == Kamil bəy Səfərəliyev hərbçi idi. Çar ordusunda polkovnik rütbəsinə qədər yüksəlib. Ordudan tərxis olunub Bakıya qayıdandan sonra əvvəl bank sahəsində çalışıb. Sonralar Bakının meri olub. Bakıda bir çox sənaye obyektlərinin, binaların, həmçinin o vaxt Mixaylov, sonradan Əzizbəyov adına xəstəxananın tikintisi onun adıyla bağlıdır. Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. === Ailəsi === 1902-ci ildə Kamil bəy Səfərəliyev Azərbaycanın daha bir tanınmış nəslindən olan Qəmər xanım Əbülfət qızı Ziyadxanova ilə ailə qurub Kövkəb Səfərəliyevanın atasıdır.
Kövkəb Səfərəliyeva
Kövkəb Kamil qızı Səfərəliyeva (3 yanvar 1907, Bakı – 27 iyun 1985, Bakı) — pianoçu, pedaqoq, professor, Azərbaycanın ilk pianoçu-pedaqoqu, metodist, publisist, maarifçi və təşkilatçı, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Kövkəb Kamil qızı Səfərəliyeva 1907-ci ildə Bakı şəhərində anadan olub. 1915-ci ildə səkkiz yaşlı Kövkəb Marinski adına ümumtəhsil məktəbinə daxil olur. Eyni vaxtda o həm də fortopiano sinfində musiqi dərsləri də alırdı. 1916-cı ildə isə təhsilini musiqi texnikumunda davam etdirir. 1917–18-ci illərdə artıq Azərbaycanda Demokratik Respublikasının yaradılması və bu yöndə baş verən siyasi olaylarla bağlı vəziyyət getdikcə dəyişməyə başlayır. 20-ci illərdə isə demokratik təbəqəyə qarşı kəskin repressiyalar başlayır. Bu repressiyaların təsiri Səfərəliyevlər ailəsindən də yan keçmir. Baş verən hadisələrlə bağlı keçirdiyi məşəqqətli əzablar nəticəsində Kövkəbin atası Kamil bəy Səfərəliyev 1920-ci il noyabr ayının 27-də ürək tutmasından 48 yaşında vəfat edir. 1926-cı ildə Kövkəb Səfərəliyeva Musiqi texnikumunu bitirir və çox gənc olmasına baxmayaraq onu Türk qadın seminariyasına işə dəvət edirlər.
Leyla Səfərova
Leyla Həzrət qızı Səfərova — Azərbaycan rejissoru, ssenari müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016). == Həyatı == Leyla Səfərova 15.10.1945-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub. 1969–1974-cü illədə Moskvada ÜDKİ-nun kinorejissorliq fakultəsində təhsil alıb. 1985–1987-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkıtində, 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib. 29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Lütviyyə Səfərova
Səfərova Lütviyyə Şamil qızı — Azərbaycan aktrisası. == Həyatı == Lütviyyə Səfərova 1942-ci ildə anadan olub. Asəf Zeynallı adına Bakı Musiqi məktəbinin vokal şöbəsini bitirdikdən sonra Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə dəvət edilib. Bu teatrda Fikrət Əmirovun "Gözün aydın" komediyasında Leyli, Vasif Adıgözəlovun "Nənəmin şahlıq quşu" əsərində Nazlı, Emin Sabitoğlunun "Hicran" komediyasında Çarleston, Şəfiqə Axundovanın "Ev bizim, sirr bizim" əsərində Çiçək və onlarla başqa surətlər canlandırıb. 1989-cu ildən Bakı Bələdiyyə "Tənqid-Təbliğ" teatrında işləyib. 1996-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına qayıdıb və "92 dəqiqə gülüş"də Qəmziyyə, "Hələlik"də Lalə, "On min dollarlıq keyf"də tərcüməçi qadın, "O olmasın, bu olsun"da Sənəm, "Dəli dünya"da ana, "Nəğməli Könül"də Qəmər xanım, "Bankir adaxlı"da Ceyran və s. kimi surətlər yaradıb. O, bir çox televiziya tamaşalarında və filmlərdə də əsas rollara çəkilib.
Lətif Səfərov
Lətif Bəşir oğlu Səfərov (30 sentyabr 1920, Şuşa – 12 dekabr 1963, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == Lətif Səfərov 1920-ci il sentyabrın 30-da Şuşada doğulub. 7 yaşında ikən rejissor Leo Murun "Gilan qızı" ("Tunc ay") filmində çəkilib. Sonra yaradıcı heyətlə birlikdə Bakıya gələrək studiyada ştata qəbul olunub. 1928–1931-ci illərdə "Sevil", "Lətif", "Şərqə yol", "Qızıl kol" filmlərində uşaq rollarını oynayıb. Ancaq sonradan xəstələndiyi üçün Bərdəyə gəlib. 1931-ci ildə Gəncə Pedaqoji Texnikumuna daxil olub və qiyabi təhsil alıb. Yenə Bakıya qayıdıb, əvvəl studiyanın dublyaj şöbəsində, sonra isə filmlərdə rejissor assistenti kimi çalışıb. 1940-cı ildə Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. Rus kinorejissoru Qriqori Kozintsevdən sənətin sirlərini öyrənib.
M. İ. Kalininin Bakıya Səfəri (1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
M. İ. Kalininin Bakıya səfəri (film, 1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
M.İ.Kalininin Bakıya səfəri (film, 1923)
M.İ.Kalininin Bakıya səfəri — 1923-cü ildə çəkilmiş qısamerajlı sənədli film. == Məzmun == Filmdə SSRİ Mərkəzi İcraiyyə Komitəsi sədrlərindən biri M.İ.Kalininin Bakıya səfərindən, onun burada keçirdiyi görüşlərdən, təntənəli yığıncaqlardakı çıxışlarından danışılır. == Filmin heyəti == === Filmdə iştirak edən === Mixail Kalinin == Mənbə == "Xalq" qəzeti. 31 iyul 1996-cı il. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Maarif Səfərov
Mais Səfərli
Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu – 7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı == Həyatı == 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır. Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır. Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib. == İctimai-siyasi fəaliyyəti == Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.
Mais Səfərov
Molla Səfərəli bəy Məlikhaykazov
Molla Səfərəli bəy Məlikhaykazov (1803, Xanyurdu – 1876, Xanyurdu) — azərbaycanlı din xadimi və şair. == Həyatı == Molla Səfərəli bəy Qarabağ xanlığının bəy ailələrindən biri olan Məlikhaykazovlar ailəsinə mənsubdur. 1803-cü ildə Qarabağ xanlığının Çiləbörd mahalının Xanyurdu məntəqəsində dünyaya gəlmişdir. Atası Ağacan bəy mülkədar olmuşdur. İbtidai təhsilini atasından almışdır. Bundan sonra Şuşadaki Beyt-ül Ədəb mədrəsəsində təhsilinə davam etmiş, sonda molla titulunu almışdır. Buradan Nəcəfə yollanmış, burada dini və dünyəvi elmlər üzrə təhsil almışdır. Din işlərlə yanaşı, Molla Səfərəli bəy Azərbaycan türkcəsində və farsca lirik şeirlər yazmışdır. Şeirlərinin əsas mövzusu əxlaq üzrə olmaqla, çox az bir hissəsi günümüzə qədər gəlib çıxmışdır. 1876-cı ildə vəfat etmişdir.
Müzəffər Səfərov

Digər lüğətlərdə