SƏMƏNDƏR
SƏMƏNİ
OBASTAN VİKİ
Səməndirə qalası
Səməndirə qalası (serb. Смедеревска тврђава) - Dunay çayı sahilində, XV əsrin əvvəllərinə aid qaladır. Corc Brankoviç Serbiya despotluğunu buradan idarə etmişdir. Zamanla qalanın ətrafında Səməndirə şəhəri yaranmışdır. 1459-cu ildə qalanın türklər tərəfindən alınması orta əsr Serb dövlətçiliyini tamamilə süquta uğradır. == Tarixi == Brankoviçlər qalanın tikintisini 1428-ci ildə başlatmışlar. Belqrad macarların əlində olduğundan Səməndirə Serbiyanın yeni paytaxtına çevrildi. 1430-cu ildə qalanın Kiçik şəhərinin, o cümlədən sarayın və digər binaların inşası başa çatdırıldı. 1430-1439-cu illərdə ümumi sahəsi 11 hektar olan, konturları üçbucaqlı formaya malik Böyük şəhər ucaldıldı, bunun sayəsində Səməndirə qalası Avropanın ən böyük düzənlik qalalarından birinə çevrildi. Kiçik şəhərin içərisində, Dunaya ən yaxın divarında, orta əsr saray həyatının keçdiyi qəbul zalı var idi.