SƏNƏTKAR
SƏNGDİL
OBASTAN VİKİ
Kəhriz Səng
Kəhrizsəng və ya Kəhriz Səng — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,267 nəfər və 2,169 ailədən ibarət idi.
Rubat Səng
Rubat Səng — İranın Rəzəvi Xorasan ostanının Türbət Heydəriyə şəhristanının Colgərox bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,344 nəfər və 384 ailədən ibarət idi.
Sefid Səng
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,894 nəfər və 1,110 ailədən ibarət idi.
Sırxa Səng
Sırxa Səng (az-əbcəd. سورخاسنگ‎, fars. سرخه‌سنگ‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 85 nəfər yaşayır (37 ailə).
Ağababaye-Səng (Əhər)
Ağababaye-Səng — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Əhər şəhristanının Üzümdül bölgəsinin Vərzəqan kəndistanında, Vərzəqan qəsəbəsindən 17 km qərbdə, köhnə Təbriz-Əhər yolunun üstündədir.
Sövməəyi-Səng (Həştrud)
Sövməəyi-Səng (fars. صومعه سنگ‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 55 nəfər yaşayır (8 ailə).
Səngabad (Ərdəbil)
Səngabad (fars. سنگ اباد‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,078 nəfər yaşayır (216 ailə).
Səngan
Səngan (Rəzəvi Xorasan)
Səngan (Qəzvin)
Səngan (Aşağı Tarım) yaxudda Aşağı Səngan (fars. سنگان‌سفلی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Coğrafiyası == Kənd Qəzvindən 105 kilometr aralı yerləşir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 236 nəfər yaşayır (83 ailə). === Milli tərkibi === Əhalisi bütünlükdə yerli Azərbaycan türklərindən ibarətdir. == İqtisadiyyat == Əhalisi əsasən bağçılıqla məşğul olaraq gəlirləri bu yoldandır və bu kənd bölgədə nar meyvəsinin mərkəzi sayılır.Səngan kəndində müxtəlif nar növləri o cümlədən Şahabar,Qaragöz,Ağ nar və Meyxoş narları yetişdirilir. İllik olaraq bu kənddə Oktyabr ayında nar dərimi münasibətilə nar festivalı keçirilir.Üzüm, zeytun, alça, əncir, ərik, tut, böyürtkən, moruq, qoz və qara tut kəndin başqa önəmli bağçılıq məhsulları sayılır. == Din == Səngan kəndində İmamzadə Əlaəddin türbəsi yerlişir ki onda 2010-cu ildə quruculuq işləri aparılaraq qismən bərpa edilib.
Səngan (Rəzəvi Xorasan)
Səngan — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Səngan bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,718 nəfər 1,952 ailədən ibarət idi.
Səngan (Üşnəviyyə)
Səngan (fars. سنگان‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 925 nəfər yaşayır (151 ailə).
Səngi Muğan
Muğan Daşı (Səngi Muğan) — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Dilimizdə Səngi Muğan (farsca səngi daş deməkdir, Muğan isə toponimdir. Farsca ada Səngi Müzəffər, rusca Svinoy adlandırılıb. Sahildən 16 km aralıda yerləşir. Ümumi uzunluğu 1,1 km, eni 0,9 km təşkil edir. Ən hündür yeri 21,7 m-dir. Cənub hissəsində Buxta yerləşir. Sahəsi 0.5 km² təşkil edir. == Tarixi == Svinoy (свиной) adının donuzla heç bir əlaqəsi yoxdur. Svinoy yəni günahkar quldurların məskəni.
Səngərçay
Səngərçay — Azərbaycannın İsmayıllı rayonu ərazisindən axan çay. Başlanğıcını Böyük Qafqaz dağlarından götürən çay çoxlu sayda kiçik qol qəbul edir. Öz növbəsində isə Canguçayın ən iri qolunu təşkil edir. Çay İsmayıllı rayonu Qalacıq, İstisu kəndlərinin ərazisindən axaraq Çayqovuşan kəndi ərazisində Canguçayına birləşir. Əsasən qar suları ilə qidalanır.
Səngəçal
Səngəçal (qəsəbə) — Bakı şəhəri Qaradağ rayonunda qəsəbə. Səngəçal bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Qaradağ rayonunda bələdiyyə. Səngəçal vulkanı — Bakı şəhəri Qaradağ rayonu ərazisində palçıq vulkani Səngəçal burnu — Qobustanın c.-g.-inda, Duvarıni dəmiryolu stansiyasından ş.-da burun. Səngəçal buxtası — Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisinə daxil körfəz. Səngəçal terminalı — Xəzər dənizindəki yataqlardan hasil olunan xam nefti və qazı qəbul edən terminal. Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Səngəçal İES — Bakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya.
Səngəçal (qəsəbə)
Səngəçal – Azərbaycanın Qaradağ rayonunda qəsəbə. == Tarixi == Əslində bu yerin adı Səngəçal deyil, Səngəçar olmalıdır. Bölünən söz olub "Səngə" (sənə) və "çar" vurğularında özünü göstərir. Bu sözlər də ayrı-ayrılıqda böyük mənalar daşıyır. İlk baxışda Səngəçal mənası ilə ad çaxmaq daşına bağlanır. Səng - daş, 2-ci mənası səngi - məhək sınaq daşı (qoşa mənasında, yəni qızılı, gümüşü yoxlayan daş), 2-ci mənası - sınaq daşı, 3-cü mənası səngi - sitəm, daş kimi ağır dərd. Bu baxımdan, bəsit formada Səngəçal çaxmaq daşı olan yer mənasını daşıyır (Bax. ə.f. lüğ. səh.
Səngəçal Neft Terminalı
Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil olunan xam nefti və qazı qəbul edir, texnoloji emaldan keçirir, saxlayır və ixrac edir. Terminalda texnoloji emal olunaraq təmizlənmiş xam neft nasosla saxlama çənlərinə vurulur və sonda dünya bazarlarına göndərilmək üçün ixrac kəmərlərinə ötürülür. == Ərazisi == Səngəçal terminalı Bakı şəhərindən 45 km cənubda, Səngəçal qəsəbəsinin yaxınlığında yerləşir. Səngəçal terminalı 688 hektar ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). Tikintisinə 1996-cı ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsi kimi, Səngəçal terminalı əsaslı şəkildə genişləndiriləcəkdir. Bu, Azərbaycanın neft və qaz sənayesi üçün terminalın əhəmiyyətini daha da artırmaqla, əlavə olaraq ildə 16 milyard kub metr qazı emal etməyə imkan verəcəkdir.
Səngəçal aerodromu
Səngəçal aerodromu – Azərbaycanın Qaradağ rayonundakı Səngəçal qəsəbəsində yerləşən aerodrom. == Tarixi == SSRİ süqut etdikdən sonra Səngəçal aerodromu MDB aviasiya hissəsinin bazası olmuşdur. 9 oktyabr 1991-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında" qanunun qüvvəyə minməsi ilə əlaqədar olaraq hərbi obyektləri, silah və texnikanı inventarlaşdırıb müsadirə etmək tələblərinə baxmayaraq, rus hərbçiləri mümkün olan hər bir şeyi ölkədən çıxarmağa, şəxsi adamlara satmağa, məhv etməyə çalışırdılar. Bu təxribatlardan biri də Səngəçal qəsəbəsindəki aerodromda hərbi vertolyotları yandırmaq cəhdi olmuşdur. Buna baxmayaraq, aerodromda evakuasiyaya hazırlıq görən 14 vertolyot azərbaycanlı silahlılar tərəfindən tərksilah edilərək, qənimət götürülmüşdü. Həmçinin, burada xidmət edən azərbaycanlı zabitlərin sayıqlığı sayəsində hissədə olan 9 Mİ-24 vertolyotunun hamısı respublikada qaldı. Hərbi aerodrom 2002-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin göstərişinə əsasən Dövlət Sərhəd Xidmətinə verilmişdir. == Qəzalar == 2021-ci il 30 noyabr tarixində saat 10:40 radələrində Səngəçal aerodromundan qalxan Mi-17 hərbi helikopteri "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Helikopterin qəzaya uğraması nəticəsində iki polkovnik, beş mayor, dörd kapitan, iki leytenant və bir podratçı həlak həlak olmuş, həmçinin bir polkovnik və bir kapitan yaralanmışdır. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Azərbaycan tarixi (PDF).
Səngəçal burnu
Səngəçal burnu - inzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisinə daxildir. Burnun ərazisindən dənizin daxilinə 10 km uzanan neft hasilatında istifadə edilən platformalar vardır. Burun yaxınlığından mühün dəmir və avtomobil yolları keçir. Burnun sahillərini şimaldan Puta buxtası, cənubdan isə Səngəçal buxtası ilə yuyulur. == İqtisadiyyatı == Burun yaxınlığında yerləşən Səngəçal qəsəbəsində AzərEnerjinin Sənqəçal Elektrik Stansiyası fəaliyyət göstərir. 2001-ci ildə Səngəçal qəsəbəsi yaxınlığında dünyadakı ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı tikilib.
Səngəçal buxtası
Səngəçal buxtası - inzibati cəhətdən Bakı şəhəri Qaradağ rayonun Qobustan qəsəbəsi ərazisinə daxildir. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta cənubdan Səngəçal burnu ilə əhatələnir. Sahilində 2001-ci ildə Səngəçal qəsəbəsi yaxınlığında dünyadakı ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalı inşa edilmişdir.
Səngəçal bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səngəçal elektrik stansiyası
Səngəçal İES — Bakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya. 2008-ci il 23 dekabr tarixdə istifadəyə verilmişdir. Ümumi gücü 300 meqavat olan stansiyanın tikintisinə 2007-ci ilin fevralında başlanıb. Tikinti işlərini Finlandiyanın “Vartsila”, İsveçrənin “ABB”, Birləşmiş Ərəb Əmirliklərinin “Monolit”, Azərbaycanın “Azenko”, “İnterenerji” və “Qlobus” şirkətləri yerinə yetiriblər. Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub. == Ümumi məlumat == Stansiyada əsas yanacaq kimi, qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulub. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür. Elektrik stansiyasına təbii qazın verilməsi üçün dörd kilometr uzunluğunda kəmər çəkilib qazpaylayıcı stansiya tikilib. Elektrik stansiyası ərazisində yanacaq çənləri, mazutun və dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları və yanğınsöndürmə sistemi tikilib.
Səngəçal istilik elektrik stansiyası

Səngəçal karvansarası
Səngəçal karvansarası — orta əsrlər dövrünə aid olan karvansara. Karvansara Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırmışdır. Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımcı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilmişdir. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Bina mişar daşından inşa edilmişdir Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah I Xəlilullahın göstərişi ilə 1439–40-cı illərdə inşa edilməsi qeyd olunur.1439–1440-cı illərdə inşa edilən bina hal-hazırda baxımsız qalaraq, əsaslı bərpaya ehtiyacı var. Köklü şəkildə yenidən qurulmasa, bu tarixi abidə məhv olacaq.
Səngəçal terminalı
Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində həyati əhəmiyyətə malik obyektlərdən biridir. Səngəçal terminalı Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil olunan xam nefti və qazı qəbul edir, texnoloji emaldan keçirir, saxlayır və ixrac edir. Terminalda texnoloji emal olunaraq təmizlənmiş xam neft nasosla saxlama çənlərinə vurulur və sonda dünya bazarlarına göndərilmək üçün ixrac kəmərlərinə ötürülür. == Ərazisi == Səngəçal terminalı Bakı şəhərindən 45 km cənubda, Səngəçal qəsəbəsinin yaxınlığında yerləşir. Səngəçal terminalı 688 hektar ərazini əhatə edir və bu onu dünyanın ən böyük neft və qaz terminallarından biri edir. Terminal iki əsas hissədən ibarətdir: İlkin Neft Layihəsi (İNL) və Səngəçal Terminalının Genişləndirilməsi Proqramı (STGP). Tikintisinə 1996-cı ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barrel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib. Şahdəniz Yatağının Tammiqyaslı İşlənməsi layihəsinin bir hissəsi kimi, Səngəçal terminalı əsaslı şəkildə genişləndiriləcəkdir. Bu, Azərbaycanın neft və qaz sənayesi üçün terminalın əhəmiyyətini daha da artırmaqla, əlavə olaraq ildə 16 milyard kub metr qazı emal etməyə imkan verəcəkdir.
Səngəçal İES
Səngəçal İES — Bakının Qaradağ rayonu ərazisində tikilmiş istilik elektrik stansiya. 2008-ci il 23 dekabr tarixdə istifadəyə verilmişdir. Ümumi gücü 300 meqavat olan stansiyanın tikintisinə 2007-ci ilin fevralında başlanıb. Tikinti işlərini Finlandiyanın “Vartsila”, İsveçrənin “ABB”, Birləşmiş Ərəb Əmirliklərinin “Monolit”, Azərbaycanın “Azenko”, “İnterenerji” və “Qlobus” şirkətləri yerinə yetiriblər. Bakı şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün nəzərdə tutulub. == Ümumi məlumat == Stansiyada əsas yanacaq kimi, qaz və mazutdan, keçid proseslərində isə dizel yanacağından istifadə edilməsi nəzərdə tutulub. Stansiyanın əsas avadanlığı hər birinin gücü 17 meqavat olan 18 ədəd aqreqatdan ibarətdir. İstehsal olunan elektrik enerjisi 6 ədəd 63 meqavatlıq transformator və 110 kilovoltluq 6 elektrikötürmə xətti ilə enerji sisteminə ötürülür. Elektrik stansiyasına təbii qazın verilməsi üçün dörd kilometr uzunluğunda kəmər çəkilib qazpaylayıcı stansiya tikilib. Elektrik stansiyası ərazisində yanacaq çənləri, mazutun və dizel yanacağının təmizlənməsi qurğuları, suyun kimyəvi təmizlənməsi qurğuları və yanğınsöndürmə sistemi tikilib.

Digər lüğətlərdə