TƏZƏDƏN

TƏZƏDƏN Doğrudan da [söhbət] tükənirdi ki, bu vaxt Eldar gəldi və hər şey təzədən çözələndi (M.İbrahimov); BİR DAHA Yolçu bir daha xarabalığı gözdən keçirdi (Ə.Məmmədxanlı); DÜBARƏ Sən məni doğrasan da ney kimi para-para; Deməliyəm parçala, istəsən kəs dübarə (M.Rahim); TƏKRAR O Könül, təkrar səhnəyə qayıdarkən yanaqlarında diktorun rəngli dodaqlarının izi qalmışdı (X.Hasilova); YENƏ Hacı sonra döşəkçəsi üzərində bardaş qurub lampanı titrək əlləri ilə yandırar, başı üstündəki köhnə İran sandığını açar, kisə-kisə pulları bir-bir çıxarıb sayar, qorxaq baxışlarla ətrafı süzdükdən sonra kisələri yenə də birbir sandığa yerləşdirib ağzını bağlardı (A.Şaiq); YENİDƏN Cövdət qapını örtüb yenidən yataq otağına, arvadının yanına gəldi (H.Abbaszadə).

TƏZƏ
TƏZİM
OBASTAN VİKİ
Gəl təzədən evlənək (film, 2012)
== Məzmun == Teymur və Xırda xanım ər-arvaddırlar.Onlar hər axşam evlərində teletoy evlilik proqramına baxırlar.Və bir gün Teymur Xırdaxanıma deyir ki, gəl biz yenidən evlənək.Sən get o verlişə guya kimsəsizsən və sənə yazıqları gəlib cehiz, pul versinlər məndə zəng edib sənə talib çıxım.Xırdaxanım verlişə gedir və zəng gəlir verlişdə Xırdaxanım zəng edən adamı Teymur bilib ona hə deyir və bütün macəralarda bundan sonra başlayır.

Digər lüğətlərdə