TANSU

qeyri-adi, çox qəribə; son dərəcə gözəl; şəfəq suyu.
TANSELİ
TANSULU
OBASTAN VİKİ
Tansu
Tansu (箪笥) – ənənəvi yapon sandığı. Tansu səyyar sandıq olub paltar və şəxsi əşyaları saxlamaq üçün nəzərdə tutulub. Xüsusilə, dükkançılar dükkan ləvazimatlarını, qeydləri və dəyərli əşyaları saxlamaq üçün tansudan istifadə edirdilər. Tansu anbarlarda və gəmilərdə də istifadə olunurdu. Yaponiyada səyyar sandıqların ən qədim nümunəsi 673-cü ilə aiddir və Nara şəhərindəki Today məbədində yerləşən Şoso-in anbarında saxlanılır. "Tansu" sözü ilk dəfə XVII əsrin sonunda qeyd olunmuşdur. 1657-ci ildə Edo şəhərində baş vermiş Meyreki yanğını zamanı insanlar yanğından qaçarkən səyyar sandıqlardan istifadə etmişdirlər. Bunlar tansunun ilk nümunələri hesab olunur. Tansunun istehsalı iki dövrə bölünür: Edo dövrü və Meyci dövrü. Edo dövrünün tansuları sahibinin sinfini, sosial-iqtisadi vəziyyətini və işini əks etdirirdi.
Tansu Çillər
Tansu Pənbə Çillər (türk. Tansu Penbe Çiller; 24 may 1946[…], İstanbul) — Türkiyə siyasətçisi, Türkiyənin və türk dünyasının ilk qadın baş naziri (1993–1996). Müxtəlif dövrlərdə İstanbul millət vəkili olan xanım Çillər, 28 iyun 1996 – 30 iyun 1997-ci illər tarixləri arasında Türkiyə Respublikasının xarici işlər naziri vəzifəsində çalışmışdır. 1944-cü ildə İstanbulda doğulmuşdur. Robert Kollecini bitirdikdən sonra, təhsilini Konnektikut Universitetində davam etdirmişdir. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra, doktorantura təhsilini ABŞ-nin Yel Universitetində alır və 1983-cü ildə professor olur. 1990-cı ildə Doğru Yol Partiyasına qoşulur. 1 il sonra isə İstanbuldan millət vəkili seçilmişdir. Eyni zamanda koalisiya hökumətində iqtisadiyyatdan cavabdeh dövlət naziri işləmişdir. 1993-cü ildə Süleyman Dəmirəl Türkiyə prezidenti seçildikdən sonra DYP-nin növbədənkənar qurultayında böyük səslə partiya sədri və yeni hökumətin başçısı seçilir.25 iyun 1993-cü ildən 6 mart 1996-cı ilə qədər 50, 51 və 52-ci Türkiyə hökumətlərinin başçısı olmuşdur.
Tansu Çiller