TAPQIR (yəhəri və ya qaltağı bərkitmək üçün atın, eşşəyin, qatırın qarnı altından çəkilib bağlanan qayış) Bəy ata yaxınlaşdı, əli ilə onun yalını tumarladı, qayışlarını yoxladı, səliqəsiz görünən tapqırını düzəltdi (M.Hüseyn); QARINALTI [Padşah] atın qarınaltısını bərkidib yola başladı (“Ağ quş” nağılı); YƏHƏRALTI.