TAYİR
TAZƏGİ
OBASTAN VİKİ
Tazə həyat (qəzet)
"Tazə həyat" qəzeti — gündəlik ictimai-siyasi, iqtisadi, ədəbi qəzet. == Tarixi == İlk sayı 1907-ci il aprelin 1-də, sonuncusu 1908-ci il oktyabrın 7-də çıxmışdır (cəmi 439 nömrə). Bakıda "Kaspi" mətbəəsində çap edilirdi. Redaktoru dramaturq və publisist Haşım bəy Vəzirov, naşiri Hacı Zeynalabdin Tağıyev idi. == Mövzusu == "Tazə həyat" milli burjuaziyanın mənafeyini müdafiə etmiş, fəhlələrin istismarını pərdələməyə çalışmış, qadın azadlığına qarşı çıxmışdır. "Tazə həyat"-ın ideya istiqaməti, xüsusilə, Sultan Əbdülhəmidə mədhiyələr deməsi, varlılara yarınması Cəlil Məmmədquluzadə tərəfindən kəskin surətdə tənqid olunmuşdur. Bununla da, Cəlil Məmmədquluzadə, mollanəsrəddinçilər və ümumiyyətlə, "Molla Nəsrəddin" jurnalı əleyhinə arasıkəsilməz kampaniya başlanmışdır.
Tazəbəy hamamı
Tazəbəy hamamı — Bakıda ictimai hamam. Bakının mərkəzində XIX əsrdə (1886-cı ildə) inşa edilmiş Tazəbəy hamamı ictimai hamamlardan biridir. Tazəbəy hamamı müasir tələblər əsasında 2003-cü ildə tam bərpa olunmuşdur. Bu gün imarət üsullarından rəsmi şəkildə salınmış ekzotik şərq interyeri ilə fərqlənən Tazəbəy hamamı Bakıda qonaqların ən sevimli istirahət və sağlamlıq ocaqlarından biri sayılır. Şərq, rus və fin hamamı, hovuz, habelə digər xidmətlər, o cümlədən bütün növ massaj, kisə, süpürgə (evkalipt), pedikür, manikür müştərilərin qulluğunda hazırdı. Tazəbəy hamamında şərq və avropa mətbəxi ilə restoran, bar və pivə barı fəaliyyət göstərir. Bütün xidmətlərə yüksək ixtisaslı personal məsuliyyətlidir.
Tazəşəhr
Təzəşəhr (az.-əbcəd تازه‌شهر‎, fars. تازه‌شهر‎) və ya Köhnəşəhər (az.-əbcəd کهنه شهر‎, fars. کهنه شهر‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,216 nəfər və 1,783 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Tarix == Köhnəşəhərin qədimi və nisbətən böyük qəbristanlığı var və indiyə qədər bu qəbristanlıqda heç bir tarixi araşdırma edilmiyib. Bəzi tarix yazanlara görə qədim Səlmas şəhəri indiki Köhnəşəhər olmalıdır və indiki Səlmas Dilman şəhəri idi ki sonralar böyüdü və İran inqilabından sonra bu adla tanındı. == Əhalisi == Köhnəşəhərin əhalisi iki tayfadan ibarətdir: Kütik (Kütih) və Dağıstan.