İsmayıl Hakkı
İsmayıl Hakkı (türk. İsmail Hakkı; 1883, İstanbul – 4 iyun 1923, Keşan[d], Ədirnə ili) — Türk hərbçisi və siyasətçisi.
== Hərbi fəaliyyəti ==
13 mart 1899-cu ildə hərbi məktəbə daxil olmuş və 10 yanvar 1902-ci ildə oranı leytenant rütbəsi ilə bitirmişdir. 1910–1911-ci illər arasında fransız ordusunda təlim keçdi. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 17 sentyabr 1920-ci ildə Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra "İstiqlaliyyət medalı" ilə təltif edildi. 4 aprel 1923-cü ildə Keşan Jandarma Bölgəsinin müfəttişi olarkən vəfat etdi.
== Mükafatları ==
"Osmaniyyə" ordeni
Məcidiyyə ordeni
"Müharibə" medalı (Osmanlı imperiyası)
"Ləyaqət" medalı (Osmanlı imperiyası)
"İstiqlaliyyət" medalı (Türkiyə Respublikası)
== Həmçinin bax ==
İtaliya-Osmanlı müharibəsi
Balkan müharibələri
Birinci Dünya müharibəsi
Türkiyə İstiqlaliyyət müharibəsi
== Mənbə ==
T. C. Genelkurmay Harp Tarihi Başkanlığı Yayınları, Türk İstiklâl Harbine Katılan Tümen ve Daha Üst Kademelerdeki Komutanların Biyografileri, Genelkurmay Başkanlığı Basımevi, Ankara, 1972, s. 156.