très

adv çox, olduqca, lap

trentième
trésor
OBASTAN VİKİ
TrES-2b
TrES-2b (TrES-2 və ya Kepler −1b) Günəş sistemindən 750 işıq ili uzaqlıqda yerləşən GSC 03549–02811 adlı ulduzun ətrafında dövr edən planetdir . Planet üzərinə düşən işıq şüalarının 1%-dən daha azını əks etdirir, və bu xüsusiyyətinə əsasən planet 2011-ci ildə ən qaranlıq ekzoplanet kimi müəyyən edilib. Planetin kütləsi və radiusu onun Yupiterə bənzər tərkibə malik qaz nəhəngi olduğunu göstərir, lakin Yupiterdən fərqli olaraq, digər ulduzlar ətrafında aşkar edilmiş bir çox planetə bənzəyir, TrES-2b öz ulduzuna çox yaxın yerləşir və isti Yupiterlər kimi tanınan planetlər sinfinə aiddir. Bu sistem Kepler kosmik gəmisinin baxış sahəsində idi . Bu planet digər layihələr tərəfindən hələ də öyrənilməyə davam edir və parametrlər davamlı olaraq təkmilləşdirilir. 2008-ci ildə aparılan bir araşdırma, TrES-2 sisteminin ikili ulduz sistemi olduğu qənaətinə gəldi. TrES-2b 21 avqust 2006-cı ildə Trans-Atlantik Ekzoplanet Tədqiqatı (Trans-Atlantic Exoplanet Survey, TrES) tərəfindən kəşf edilmişdir. Kəşf WM Keck Rəsədxanası tərəfindən 8 sentyabr 2006-cı ildə TrES-2b-nin yerləşdiyi ulduzun radial sürətinin ölçülməsi ilə təsdiqləndi. 2008-ci ilin avqustunda ana ulduz və planetin orbiti arasındakı əlaqənin daha ətraflı təfərrüatları paylaşıldı. Orbitin ulduz ekvatorundan − 9± 12° əyilmiş olduğu müəyyən edildi.
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Atlantik treskası
Atlantik treskası (lat. Gadus morhua) — Treskalar fəsiləsinə daxil olan balıq növü. Bədəninin uzunluğu 1,8 m təşkil edir. Sənayedə isə 40–80 sm, yaşı 3–10 il olan balıqlardan istifadə edilir. Bel üzgəclərinin sayı 3-dür. Belinin rəngi zeytuni-yaşıldan qonura qədər çalır. Qarqı ağdır. Burnu ətlidir. Arealı Atlantik okeanın mülayim enliklərində üzürlər. Arktika, Ağ dəniz və Baltik dənizi hövzəsində müxtəlif yarımnövlər əmələ gətirir.
Qruzuqol trestinin binası
Qruzuqol trestinin binası – Tbilisi şəhərində 1953-cü ildə memarlar Konstantin Çxeidze və Mixail Çxikvadzenin layihəsi əsasında inşa edilmiş inzibati binasıdır. Rustaveli prospekti 52 ünvanında yerləşən bina, prospektin ən son ünvanlarından biridir. Hazırda bina Gürcüstan Elmlər Akademiyasına məxsusdur. Həmçinin binada Gürcüstan Kinematoqrafçılar İttifaqının ofisi yerləşir. Binanın Rustaveli prospektinə baxan əsas fasadındakı kollonadanın altında yerli sakinlər hər gün suvenir ticarəti ilə məşğul olurlar. 1955-ci ildə məşhur “Layihələndirmə və inşaatda artıqlıqların aradan qaldırılması haqqında” qaydanın qüvvəyə minməsindən sonra, bina, (Stalin amprinin digər nümunələri kimi) ciddi tənqidlərə məruz qalmışdır: Binanın memarlığı eklektika üslubunda həll edilmişdir. Binanın əsas fasadında yerləşən eyvanların memarlığında mavritan memarlığının təsiri aydın hiss olunur. SSRİ yazıçısı Leonid Volınski “Gecənin içindən” (rus. Сквозь ночь, 1974) adlı kitabında, binanın memarlığının 1923-cü ildə Stokholm ratuşasını inşa etmiş İsveç memarı Raqnar Estberqin işlərindən götürüldüyünü qeyd edir. Stokholm ratuşası və Qruquqol trestinin binası küncdə qüllə ilə birləşdirilən oxşar fasad strukturuna malikdir.
Treska
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Treskakimilər
Treskakimilər (lat. Gadiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə 8-10 fəsilə və 750-yə yaxın dəniz və şirin su növü daxildir.
Treskalar
Treskalar (lat. Gadidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin treskakimilər dəstəsinə aid heyvan fəsiləsi.
Treskleu
Treskleu (fr. Trescléoux, oks. Trescléus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05172. 2008-ci ildə əhalinin sayı 314 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 185 nəfərin (15-64 yaş arasında) 131-i iqtisadi cəhətdən fəal, 54-ü fəaliyyətsizdir (fəaliyyət göstərici 70.8%, 1999-cu ildə 66.5%). 131 fəal şəxsdən 115 nəfəri (71 kişi və 44 qadın), 16 nəfəri işsizdir (8 kişi və 8 qadın).
Tresna su anbarı
Jives gölü (pol. Jezioro Żywieckie), həmcinin Jives su anbarı olaraq tanınır (pol. Żywiecki Zbiornik Wodny) və ya Tresna su anbarı (pol. Zbiornik Wodny Tresna) — Polşanın Jives şəhəri yaxınlığında, Sola çayının yatağında təşkil olunmuş su anbarı. Su anbarı Kiçik Beskidlər silsiləsi ilə Jives çökəkliyi arasında yerləşir. 1966-cı ildə bir neçə kəndin su altında qalması ilə təşkil olunmuşdur: Zajeçe, Tresna, Zadzele və Starı-Jives. Gölün əsas göstəriciləri: Ümumi həcmi — 94,6 mln. m³ Su anbarının ölü həcmi — 3,2 mln. m³ Daimi daşqın həcmi — 23,1 mln. m³ Kompensasiya həcmi — 67,7 mln.
Tresorit
Tresorit ― İsveçrə və Macarıstanda yerləşən və müəssisələr və fərdlər üçün əsasən təkmilləşdirilmiş təhlükəsizliyə və məlumat şifrələməsinə yönələn bulud onlayn saxlama xidməti. Biznes versiyası hər istifadəçi üçün 1 TB-yə qədər disk sahəsi (solo versiyada tək bir istifadəçi üçün 2 TB təklif edir) və DRM, hərtərəfli giriş səviyyələri və "Tresorit"in daha etibarlı işbirliyi mühiti yaratmağa istinad etdiyi əlavə təhlükəsizlik funksiyalarını təklif edir. Bəziləri "Tresorit"i yüksək təhlükəsizlik alternativi Dropbox ilə müqayisə edirlər. "Tresorit" xidmətləri PK müştəri proqram təminatı, veb tətbiqetmə və mobil tətbiqetmələr vasitəsilə əldə oluna bilər. Hazırda proqram təminatı Windows, macOS, Android, Windows Phone 8, iOS, və Linux üçün mövcuddur. Tresorit 2011-ci ildə macar proqramçılar tərəfindən qurulmuşdur, onlar baş direktoru vəzifəsində qalan İstvan Lam, hazırda informasiya texnologiyaları direktoru olan Silvester Sebeni və şirkətin baş direktoru vəzifəsini tutan Dyerd Silaci idi. Tresorit rəsmi olaraq 2014-cü ilin aprel ayında gizli beta versiyanı keçəndən sonra müştəri tərəfində şifrələnmiş bulud saxlama xidmətinə başladı. 2015-ci ilin avqust ayında təhlükəsiz bulud saxlama xidməti pioneri "Wuala" ("LaCie" və "Seagate"ə məxsusdur) 7 ildən sonra fəaliyyətini dayandırdığını elan etdi və istifadəçilərini təhlükəsiz bulud saxlama xidməti üçün alternativ olaraq Tresoriti seçməyə təşviq etdi. 2016-cı ilin sonlarına doğru Tresorit "ZeroKit" adlı proqram təminatının hazırlama dəstinin (SDK) beta versiyasını təqdim etdi. 2017-ci ilin yanvar ayında Apple-ın SDK CareKit layihəsi CareKit istifadə edən mobil tətbiqlərin hazırlayanlara "ZeroKit"in inteqrasiya edilməsinin mümkünlüyünü açıqladı, eyni zamanda tibbi və səhiyyə tətbiqləri üçün məlumatları yaymayan istifadəçi autentifikasiyasının və şifrələmənin təmin edildiyini bildirdi.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.