TUĞAY
TUĞRAL
OBASTAN VİKİ
Firuz şah Tuğluq
Firuz şah Tuğluq (1309 – 20 sentyabr 1388 və ya 1388, Caunpur) — 1351-1388-ci illər arasında Dehli sultanlığını idarə edən Tuğluqoğulları sülaləsindən hökmdar. == Həyatı == Tuğluqoğulları sülaləsinin qurucusu Qiyasəddin Tuğluqun qardaşı oğlu, Sipəhsalar Məlik Rəcəbin oğluydu. Məhəmməd bin Tuğluqun hakimiyyəti dönəmində (1325-1351) önəmli dövlət vəzifələrini daşıdı və onun ölümümdən sonra Tattada taxta çıxtı (23 aprel 1351-ci il). Bu sırada kiçik bir uşağı, Məhəmməd bin Tuğluqun oğlu olduğunu irəli sürərək hökmdar elan edən Cahan Əhməd Ayvazı uzaqlaşdırmaq üçün Dehliyə girdi. 1353-cü ildə də Benqalda müstəqilliyini elan edən İlyas Hacıya qarşı bir səfər təşkil etdi, amma nəticə almadı. 1358-ci ildə yenə nəticəsiz bir Benqal səfəri daha apararaq Dehliyə döndü. Dönüşündə Cacnagar (bu gün Orissa) racəsini vergiyə bağladı. 1360-cı ildə Nagarkot qalasını mühasirəyə aldı, amma altı ay sürən mühasirə sonunda qalanı ala bilmədi. Əsgəri sayına görə ən önəmli səfərini Sind hökmdarı Cem Babiniyaya qarşı apardı və uzun sürən çarpışmalardan sonra onu məğlubiyyətə uğratdı (1372). Əsgəri sayına görə bacarıqsız bir hökmdar olan Firuz şah, Dehli sultanlığının siyasi gücünü qoruya bilmədi.
Tuğluq Teymur xan
Tuğluq Teymur xan (1329, İli çayı – 1363, Moğolustan) — Moğolustan və Mavəraünnəhrin 1-ci xanı. == Həyatı == Tuğluq Teymur xan ibn Əmil xoca bin Duva xan bin Barak xan bin Yusun-Duva bin Mutugen bin Cığatay xan bin Çingiz xan. Bu zamanlar monqol xanı Tuğluq Teymur Mavəraünnəhr üzərinə hücum edib bu varlı ölkəni ələ keçirmişdi. O, 25 yaşlı Teymuru Keş vilayətinə hakim təyin etdi. Teymur Qaşqadərya vadisini idarə edir. Teymur və Tuğluq Teymur arasında ziddiyyət başlayır. Teymur onun yanından qaçır, Sistanda baş verən döyüşdə yaralanaraq, ömürlük şikəst qalır. Bundan sonra onu Teymurləng, Avropada isə Tamerlan adlandırdılar. Teymur və qayını Əmir Hüseynin ordusu 1365-ci ildə Tuğluq Teymur tərəfindən məğlub edildi. Tuğluq Səmərqənd üzərinə yeridi.
Tuğluqoğulları sülaləsi
Tuğluqoğulları sülaləsi—Hindistanda iqtidarda olmuş türk xanədanı. == Tarixi == Dehlidə Tuğluq iqtidarının qurucusu Qazi Tuğluqşahdır. Tuğluqlar Hindistanın idarəsində Xələclər qədar uzunömürlü olmayıb, bəzi yerləri əldən vermişdilər. Əmir Teymur 1398-ci ildə Hindistan səfərinə çıxıb Dehliyə qədər girdiyi zaman Tuğluqoğulları ona bağlı olaraq hökm sürməyə başladılar. 1414-cü ildə Tuğluqoğulları nın yərinə Xızır şahla başlamaq üzrə Seyyidlər xanədanı hakim oldu. Bu ailənin dördüncü hökmdarı Əlaəddin Aləmşahdan sonra isə (1451) türklər Hindistan sultanlığını Əfqanıstanlı bir ailə olan Ludilərə verdilər, fəqət 1526-cı ildə Hindistan təkrar türklərin əlinə keçdi və XIX yüziılin ortalarına qədər davam edəcək olan böyük bir türk dövləti quruldu.
довали́ть дору́гивать насто́льный схлёбывание чудо́вищность груздо́чек дисбаланси́ровать доли́зываться испра́вник на па́ру погры́з просте́нок сли́тность спондилёз утю́жение аверьян пендюх bandsman bimillenary mezzo-relievo periphery slaughterous tittupy traipse сухорукий