VÜCUDLU

sif. Bədənli, gövdəli, cüssəli, əndamlı.
Qız ucaboylu, sağlam vücudlu, sarısaçlı bir rus qızı idi. M.S.Ordubadi.
Qasım ağa qalxıb qapıya çatmamış, qələmkar pərdə qaldırıldı, içəri ortaboylu, dolğun vücudlu gözəl bir qadın girdi. Çəmənzəminli.
Rəisi onu [Rzanı] uzunboylu, təqribən səkkiz put ağırlığında dolğun vücudlu bir ağaya təqdim etdi. M.İbrahimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VÜCUDLU bədənli — gövdəli — cüssəli — əndamlı
VÜCUD
VÜCUDNAMƏ

Digər lüğətlərdə