VƏLVƏLƏ

is. Səs-küy, gurultu-patırtı, həyəcan, çaxnaşma, qarmaqarışıqlıq.
O gecəki vəlvələdən ancaq bunu görə bildim. A.Şaiq.

□ Vəlvələ düşmək – qarmaqarışıqlıq düşmək, çaxnaşma düşmək, həyəcan (gurultu-patırtı) düşmək.
Vəlvələ salmaq – qorxu salmaq, çaxnaşma salmaq, həyəcan salmaq.
Həqiqət bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. C.Məmmədquluzadə.
[Əmrulla Gülsabaha:] Qüdrətgilin evinə o yandan vəlvələ salmışsan… C.Cabbarlı.
Canına (cisminə və s.
) vəlvələ düşmək – qorxuya düşmək, təşvişə düşmək, qorxudan əsmək.
Oğlan, sən uşaqsan, cavansan hələ; Yenicə cisminə düşüb vəlvələ. M.V.Vidadi.
Növbətçinin “Qalx!” səsi tövlədəkilərin içinə vəlvələ saldı. Mir Cəlal.

Canına vəlvələ salmaq – çox qorxuya salmaq, lərzəyə salmaq.
[Hacı Qara:] Onların qılınc-tüfəngi o qədər məni qorxutmur ki, silisti, apar-gətiri canıma vəlvələ salır. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏLVƏLƏ vəlvələ bax səs-küy
  • VƏLVƏLƏ səs-küy — həyəcan — çaxnaşma — qarmaqarışıqlıq

Antonimlər (əks mənalı sözlər)

  • VƏLVƏLƏ VƏLVƏLƏ – SAKİTLİK Dəhşət dolu bir vəlvələ qopdu (H.Cavid); Get-gedə gecə qaranlıqlaşır, Araz qıraqlarına məxsus qəribə sakitlik başlayırdı (Ə
VƏLLƏMƏK
VƏN

Digər lüğətlərdə