VƏFASIZLIQ

is. Dostluqda, məhəbbətdə sədaqətsizlik, səbatsızlıq, etibarsızlıq.
[Nurəddinin] içərisindən xəbəri olmayan adamlar onun belə lal durmasını vəfasızlıq zənn etdilər. S.S.Axundov.

// məc. Etibarsızlıq, fanilik, müvəqqətilik.
Bəzən … Rüstəm odsuz, közsüz yanır, ömrün vəfasızlığından şikayətlənirdi. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏFASIZLIQ VƏFASIZLIQ Bu saat o yenə həyatın vəfasızlığı barədə düşünürdü.. (Elçin); BİVƏFALIQ [Mənsur Sitarəyə:] Gəl, gəl bivəfalığı tərk et (C
  • VƏFASIZLIQ fanilik — müvəqqətilik
  • VƏFASIZLIQ sədaqətsizlik — səbatsızlıq — etibarsızlıq
VƏFASIZ
VƏFAT

Digər lüğətlərdə