VƏSL

is. [ ər. ] klas. Sevgilisi ilə qovuşma; vüsal.
Ruzü şəb vəslin xəyalı canda qaldı yadigar. Xətayi.
Könlüm evi xərabtər oldu fəraqdan; Vəslin bu mülkü etmədi abad, ağlaram. Natəvan.
Nə üçün verməmişəm vəsl günü canı sənə? S.Ə.Şirvani.
Mən vəslinə qəlbimdə əzəl gündən əmindim. S.Rüstəm.

□ Vəslə yetmək – qovuşmaq.
Hər ikimiz vəslə yetək duadan; Hicranın oduna yanmaq nədəndir? Qurbani.

Sinonimlər (yaxın mənalı sözlər)

  • VƏSL vəsl bax vüsal
VƏSİYYƏTNAMƏ
VƏSMƏ
OBASTAN VİKİ
Vəsli daşdələn
Saxifraga exarata (lat. Saxifraga exarata) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin daşdələnkimilər fəsiləsinin daşdələn cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B2ab (i, ii, iii, iv). == Təbii yayılması == Böyük Qafqzın Quba hissəsi və Kiçik Qafqazın şimal hissəsində yayılmışdır. == Botaniki təsviri == Çoxillik ot bitkisidir. Gövdə zoğları sıx, kirəmitli yarpaqcıqlı, çiçəkli, düz vəziciklidir. Budaqlı zoğların yarpaqları 3 bölümlü, küt hissəciklərlə, aydın görünən damarlı, çılpaq, kənardan vəzciklidir. Çiçək qrupu azçiçəklidir. Kasacıq vəzicikli, 5 yumurtavari küt hissəiklidir. Ləçəklər ağ, tərs-yumurtavari, 3 damarlı, kasacığın hissəciklərindən 2 dəfə uzundur.

Digər lüğətlərdə

гречи́шный дрель искорёжить однопомётник пусто́ты соедини́мость чиха́тельный широкопле́чий взду́тость главре́ж обсе́вок в поле пово́йник разворо́вывание back-stitch barathrum drop window gynophore pitchman speed-cop toreador Turkish coffee Victorian оробелый пергамент терцет