Arıqdam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Arıqdam
40°35′32″ şm. e. 45°48′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.508 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Arıqdam xəritədə
Arıqdam
Arıqdam

ArıqdamAzərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd.

Toponimikası

Arıqdam/Arıxdam Gədəbəy rayonunun Qumlu inzibati ərazi vahidində kənd. Gədəbəy çayının (Şəmkir çayının qolu) sol sahilindən bir qədər aralı, Şəkərbəy dağının ətəyindədir. Kənd XVIII əsrin axırlarında yaranmışdır. Hazırda həmin rayonun Hacılar kəndinin bir hissəsi də Arıqpəyə adlanır. Xalq etimologiyasına görə, toponim Arıq Alı adlı şəxsin adı ilə bağlıdır. Qədim türk dillərində arık/erik "kanal, arx, su hövzəsi", dam "mal saxlanan yer, yaşayış yeri" mənalarını ifadə edir. Oykonim "su, çay sahilində yaşayış yeri" kimi izah olunur. Gürcüstan ərazisində Arıxdam, Qazaxıstanda Arıkbalık yer adları da mövcuddur.[1]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2653 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar