Bədirli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bədirli
39°18′11″ şm. e. 48°25′02″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Bədirli xəritədə
Bədirli
Bədirli

BədirliAzərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.

Toponimikası

Yaşayış məntəqəsinin türkdilli təklə tayfasının bədirli nəslinin məskunlaşması nəticəsində meydana gəlməsi güman edilir. Etnotoponimdir. 1933-cü ildə Bərdə rayonunun Qaramanlı inzibati ərazi dairəsində, Bakı yaxınlığında Pirəkəşkül adlanan ərazidə də Bədirli kəndləri qeydə alınmışdır.[1]

Coğrafiyası və iqlimi

Kənd dağətəyi düzənlikdə, Cəlilabad rayonunun şimal-qərbində yerləşir. Əliqasımlı, Üçtəpə, Adnalı, Babaxanlı kəndləri ilə sərhəddir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 773 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

  1. Bədirli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax