Günəşli (Xocavənd)
Günəşli | |
---|---|
39°29′45″ şm. e. 47°04′59″ ş. u. | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Günəşli (əvvəlki adı: Noraşen) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun Hadrut qəsəbə Sovetinin Noraşen kəndi Günəşli kəndi adlandırılmışdır. Günəşli kəndi Hadrut qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Günəşli kənd Soveti yaradılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 20 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Günəşli kəndi 20 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]
Toponimikası
Kəndin keçmiş adı Noraşen ("yenikənd" mənasında) olmuşdur. XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin məskunlaşması nəticəsində yaranmışdır. 1991-ci ildən Günəşli adlandırılmışdır.[4]
Tarixi
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
İqtisadiyyatı
Mədəniyyəti
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Təhsil
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
İstinadlar
- ↑ "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-02.
- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
- ↑ "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
- ↑ Günəşli (Xocavənd) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-155-3.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.