Xanoba (əvvəlki adı: Xnuşinak) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Xanoba kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Xnuşinak kəndi Xanoba kəndi adlandırılmışdır.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanoba kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Xanoba | |
---|---|
39°45′47″ şm. e. 47°02′36″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 678 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd Qarabağ xanlarına məxsus məntəqələrdən biri olmuş, XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Xnuşinak (erm. Xanoba) adlandırılmışdı. 1992-ci ildən kəndin keçmiş adı bərpa edilmişdir.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.