Spitaqşen[1] — Azərbaycan Respublikasının Xocavənd rayonunun ərazisində keşmişdə mövcud olmuş kənd. Ehtimal edilir ki, bu keçmiş kəndin ərazisi hal hazırda Xocavənd rayonunun[2] Çaylaqqala kənd inzibati ərazi dairəsinin[1][3][4] tərkibinə daxil olunur. Hal hazırda, Azərbaycan Respublikasının inzibati-ərazi bölgüsündə Xocavənd rayonunun tərkibində bu adda kənd qeyd olunmur, bu kəndin yaxınlığındakı başqa bir kəndə birləşdirildiyi və ya ümumiyyətlə ləğv edildiyi ehtimal edilir[5][6].
Spitakşen | |
---|---|
39°32′20″ şm. e. 46°42′42″ ş. u. | |
Ölkə | |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Sovet vaxtında kənd Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Hadrut rayonunun tərkibində idi. 1933-cü il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə kəndin adı Spitaqşen kimi qeyd olunur və Arpagəduq kənd Sovetinin tərkibində göstərilir[1]. 1961-ci il üçün Azərbaycan SSR-nin inzibati-ərazi bölgüsündə bu kənd artıq qeyd olunmur, Arpagədik kəndi isə Xtsabert (indiki Çaylaqqala kəndi[4]) kənd Sovetinin tərkibində göstərilir[3].
2 sentyabr 1991-ci il tarixində DQMV və Şaumyan rayonu Xalq Deputatları Sovetləri birgə sessiyasında DQMV və Şaumyan rayonunun ərazisində qondarma separatçı "Dağlıq Qarabağ respublikasının" "müstəqilliyinin" elan olunmasına dair deklarasiya qəbul etmişlər[7]. 26 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında" Qanun № 279-XII qəbul etdi. Bu Qanunda Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğvi ilə yanaşı, həmçinin Martuni rayonunun adı dəyişdirilib Xocavənd rayonu adlandırılmışdı, Hadrut rayonu ləğv edilmişdi və ləğv edilmiş Hadrut rayonunun ərazisi Xocavənd rayonunun ərazisinə birləşdirilmişdi[2]. Bundan sonra, Azərbaycan Respublikasının Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli 428 №-li qərarı ilə Xocavənd rayonunun Xtsabert kəndinin adı dəyişdirilərək, Çaylaqqala adlandırılmışdı[4]. Nəticədə, hal hazırda Çaylaqqala kənd inzibati ərazi dairəsi Azərbaycan Respublikasının Xocavənd rayonunun tərkibində yerləşir, amma Spitaqşen kəndi Çaylaqqala kənd inzibati ərazi dairəsinin yaşayış məntəqələri siyahısında qeyd olunmur[5][6].
Keçmiş kəndin ərazisi 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi nəticəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir və 2020-ci ilə qədər tanınmamış qondarma "Dağlıq Qarabağ respublikasının" separatçı rejiminin nəzarəti altında yerləşirdi. İkinci Qarabağ müharibəsi nəticəsində keçmiş kəndin ərazisi 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir[8][9].
Xocavənd rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |