Məlikcanlı — Azərbaycan Respublikasının Xocavənd rayonunun Bulutan kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 14 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Məlikcanlı kəndi 14 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Məlikcanlı | |
---|---|
39°31′42″ şm. e. 47°04′51″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Kənd XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş Məlikcanlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.[3] Kənd ermənilər tərəfindən Melikaşen adlandırılırdı.
Məlikcanlı kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4342 | Məbəd[4] | Qeyd olunmayıb | Məlikcanlı kəndi | Memarlıq | Yerli |
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[5] | XXXX | XXXX | XXXX |
2009[6] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Məlikcanlı kəndinin əhalisinin sayı 14 nəfər təşkil edirdi[7].
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.