Kərimbəyli (Füzuli)
Naviqasiyaya keç
Axtarışa keç
Kərimbəyli | |
---|---|
39°30′30″ şm. e. 47°25′06″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kərimbəyli — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Toponimikası[redaktə | mənbəni redaktə et]
- Bərdə rayonunun Yeni Əyricə inzibati ərazi vahidində kənd. Qarabağ düzündədir.
- Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir.
- Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin oykonimin Qarabağdan gəlmiş Kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyil;
- Sədərək rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Araz çayının sahilində, Arazboyu düzənlikdədir. Yaşayış məntəqələri qazaxlı tayfa birliyinə daxil olan kərimbəyli tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Kərimbəylilər Qazax mahalından Qarabağa köçüb gəlmiş, sonralar bir sıra yaşayış məntəqələrinin əsasını qoymuşlar.[1]
Əhalisi[redaktə | mənbəni redaktə et]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2.405 nəfər əhali yaşayır.[2]
İqtisadiyyatı[redaktə | mənbəni redaktə et]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629