Arayatılı — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Arayatılı | |
---|---|
39°28′58″ şm. e. 47°22′35″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 147 m |
Saat qurşağı | |
Bəzi mənbələrdə Oriyadlı kimi qeyd olunmuşdur. Arayatılar XII əsrdə monqolların tərkibində Azərbaycana gəlmişlər. Tayfalardan (Uryat, Oyrat, Sukait, Kinqut, Curyat, Saray, Calair, Tanqut, Dördbet və s.) Uryat tayfasının adı ilə bağlıdır. Salyan rayonunda Böyük Oriyad və Kiçik Oriyad kənd adları ilə mənşəcə eynidir. XIX əsrin ortalarında Mustafa Sərkarlı da adlanmışdır.[1]
Arayatılı Füzuli rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Araz çayının sol sahilindən bir qədər aralı düzənlikdədir. XIX əsrə aid sənədlərdə Mustafa Sərkarlı adı ilə verilir. 1933-cü ildə Arayatılı şəklində qeydə alınmışdır. Belə güman edilir ki, toponim XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş türkdilli uryat tayfasının adını özündə əks etdirir. Etnonim isə türk dillərindəki ara (orta) və yat/yatuq (hərəkət etməyən, oturaq türk) sözlərindən olub "mərkəzdə yerləşən oturaq türklər" deməkdir. Burada -lı şəkilçisi aidlik, mənsubluq ifadə edir.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1043 nəfər əhali yaşayır.[3]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.