Şıx qalası

Dairəvi Mərdəkan qəsri və ya Kiçik Mərdəkan qəsriBakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən tarix-memarlıq abidəsi. Qəsr, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.[1]

Dairəvi Mərdəkan qəsri
Xəritə
40°29′44″ şm. e. 50°08′49″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir Mərdəkan
Aidiyyatı Şirvanşahlar dövləti
Memar Əbdülməcid Məsud oğlu
Sifarişçi III Fəribürz
Tikilmə tarixi 1232
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Material kirəc daşı
Vəziyyəti muzey kimi fəaliyyət göstərir
UNESCO Ehtiyat Siyahısı
Rəsmi adı: The Caspian Shore Defensive Constructions
TipiMədəni
Təyin edilib2001
İstinad nöm.1573
DövlətAzərbaycan
RegionAvropa
İstinad nöm.4.2.
KateqoriyaQala
ƏhəmiyyətiDünya əhəmiyyətli
Dairəvi Mərdəkan qalası (Bakı Rayonları)
Dairəvi Mərdəkan qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur.

Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir. Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir. Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir. Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır.

Dairəvi Mərdəkan qəsri, bir zamanlar bu ərazidə olmuş və dövrümüzə çatmamış qala kompleksinin bir hissəsi olmuşdur.[2]Qəsrin donjonunda olan kitabədə onun 1232-ci ildə[3] memar Əbdülməcid Məsud oğlu tərəfindən Şirvanşah III Fəribürzün sifarişi ilə inşa edildiyi bəlli olur.[4]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Dairəvi Mərdəkan qəsrinin planı və kəsimi

XII-XV əsrlər Ön və Orta Asiya şəhərləri üçün xarakterik memarlıq planına malik olan[5] Dairəvi Mərdəkan qəsri planda, yanlardan kor bürclərlə bərkidilən 7 metr hündürlüyə malik möhkəm qala divarları ilə əhatə olunmuş mərkəzi qüllədən ibarətdir.Qala divarları hər tərəfdən 25 metr uzunluğa malikdir. Qala divarlarının tinlərində qüllələr, məhəccər və mazqallar vardır.[6]

Qəsrin inşasında əhəng məhlulu və yerli əhəngdaşından istifadə edilmişdir.[7] Qəsrin mərkəzi qülləsinin silindrik həcmi ətraf tikililər arasında yaxşı fərqlənir və daş kronşteynlərə söykənən dişli parapetlə tamamlanır.[2] Maşikulları saxlayan kronşteynlərə kimi qüllənin hündürlüyü 15 metrə bərabərdir.[2] Qüllənin xarici diametri 7,6 metr, divarların qalınlığı isə 2 metrdir.[2]

Daxildə qüllə üç yarusa bölünmüş və yarusların hər biri daş günbəzlərlə örtülmüşdür. Günbəz örtüyünün mərkəzində dairəvi dəlik vardır.[2]

Qüllənin girişi yer səviyyəsindədir. Müdafiə üçün olduqca əlverişsiz olan bu hal, ikinci mərtəbəyə keçidin həddən artıq yüksəkdə yerləşdirilməsi ilə (birinci yarusun döşəməsindən 3 metr yüksəklikdə) kompenasasiya edilir.[8] Beləliklə qəsrə hücum edib birinci mərtəbəyə daxil ola bilən düşmən, içəridə daha bir çətinliklə üzləşir və üyni zamanda günbəz mərkəzindəki dəlikdən də hücuma məruz qalırdı.[8]

Qapı yeri istisna olmaqla, birinci mərtəbənin divarında heç nə yoxdur, lakin, ikinci və üçüncü mərtəbələrin divarlarında müxtəlif istiqamətlərə yönəlmiş mazğallar vardır. Bu mazğallar müdafiə məqsədilə yanaşı həm də məkanın işıqlandırılması üçün pəncərə kimi istifadə edilmişdir.[8] Üçüncü mərtəbənin divarında xaricə çıxan yola malik sanitar niş vardır.[8]

Qüllənin üst meydançası müdafiə xarakteri daşıdığından yaşayış üçün yalnız ikinci və üçüncü mərtəbələr istifadə edilirdi. Hər iki mərtəbənin ümumi sahəsi 32 kvadrat metrə bərabərdir.[8] Tədqiqatçı-memar L. Q. Mamikonovun fikrincə bu qədər kiçik sahə ya qəsrdə məskunlaşan ailənin kiçikliyini, ya da qəsrin yaşayış üçün deyil, yalnız hücum zamanı müdafiə üçün istifadə olunduğunu göstərir.[8] Mazğalların məhdud sayı və xüsusiyyətləri əsas müdafiənin məhz qüllənin üst meydançasından təşkil olunduğunu deməyə əsas verir.[8]

Qüllənin kronşteynləri fiqurlu konsollar şəklində həll edilmişdir. Ən aşağı pillə, divar səthindən bir qədər kənara çıxır. Onun alın hissəsi yonma naxışla bəzədilmişdir.[8] Ondan yuxarıda yerləşən hissə karnizin tac hissəsini daşıyır. Parapetin dişləri arxasında gizlənən qəsr müdafiəçiləri hücum zamanı bu sahəni taktiki istifadə edirdilər.[8] Maşikullar isə artıq qüllə dibinə yaxınlaşmış düşmənin məhv edilməsi üçün istifadə edilirdi. Buradan düşmənin başına yanan neftlə doldurulmuş küpələr və ya daş tökülürdü.[8]

  1. "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 2 avqust 2001. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 iyul 2020.
  2. 1 2 3 4 5 Мамиконов, 1950. səh. 49
  3. Cansail, Yeganə. "Mərdəkan: Tariximizin yaddaşı". Mədəniyyət qəzeti. 2010 14 iyul. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2022.
  4. Cəlilova, İradə. "Qapısından qıfıl asılan Mərdəkan qəsri". sputnik.az. Sputnik Azərbaycan. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 aprel 2022.
  5. Мамиконов, 1950. səh. 48
  6. Мамиконов, Л. Г. Замок с круглым донжонов в селении Мардакяны (ИА, т. V). Баку. 1956. səh. 193 - 209.
  7. Ибрагимов, Б. Круглая башня в селении Мардакяны (ААЭН). Баку. 1946. səh. 33.
  8. 1 2 3 4 5 6 7 8 9 10 Мамиконов, 1950. səh. 50
  • Ашурбейли, С. Б. История города Баку. Период средневековья. Баку: Азернешр. 1992. səh. 408. ISBN 5-552-00479-5.
  • Бретаницкий, Л. С. Баку. Ленинград-Москва: Искусство. 1970. səh. 245.
  • Мамед-заде, К. М. Строительное искусство Азербайджана (с древнейших времён до XIX века) / Научный редактор aкадемик АН Азерб. ССР А. В. Саламзаде. Баку: Элм. 1983.
  • Щеблыкин, И. П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы) / Под ред. И. Джафарзаде. Баку: Издательство АзФАН. 1943.
  • Мамиконов, Л. Г. К изучению средневековых оборонительных сооружений Апшерона. Москва-Баку: Государственное Архитектурное Издательство. 1946.