Üç Günbəd türbəsi

Üç Günbəz Türbəsi və ya Üç Günbəd türbəsiQərbi Azərbaycanın Urmiya şəhərində yerləşən Səlcuqlular dövründə tikilmiş türbə. Urmiya gölünün sahilində yerləşir.[4]

Üç Günbəz türbəsi
Xəritə
37°32′35″ şm. e. 45°04′34″ ş. u.HGYO
Ölkə
Şəhər Urmiya
Yerləşir Qərbi Azərbaycan ostanı[1][3]
Aidiyyatı Böyük Səlcuq imperiyası
Memar Əbumənsur Musa oğlu
Tikilmə tarixi XII əsr
Üslubu Səlcuqlu memarlığı
Hündürlüyü 13 m[2]
Material kərpic[2][3], daş[d][2][3]
Üç Günbəz türbəsi (İran)
Üç Günbəz türbəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Üç Günbəz türbəsinin adının müxtəlif yozumları olsa da onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır. H. Qəzvini "Zeyle tarixe qozide" əsərində (1330) Marağa vilayətində "Se günbəd" adını çəkməsi bu türbənin, ya da türbələr qrupunun o çağda böyük nüfuz daşıdığına və ellikcə tanındığına işarədir.[5]

El rəvayətinə örə Üç Günbəz türbəsini Xarəzmşah Cəlaləddin ucaltdırmışdır. Ancaq türbənin kitabəsindən bəllidir ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən xeyli əvvəl – hicri 580 – ci ildə (miladi 1184) tikilmişdir. Ola bilər ki, Üç Günbəzin yanında olan və dağılaraq dövrümüzə çatmayan bir türbə Sultan Cəlaləddin çağının əsəri imiş.[6] Türbənin kitabəsində abidəni ucaldan memar öz imzasını qoymuşdur. Türbənin memarı Əbumənsur Musa oğludur.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Üç Günbəz türbəsinin plan biçimi bayırda dairəvi, daxildə isə kvadratdır. Konusvari biçimi olmuş bayır günbəzi dağılmışdır. Onun yarızirzəmi xarakterli sərdabəsinin və üst qülləsinin qapı gözləri üst-üstədir. Abidənin silindrik tutumunun kürsülüyütutum, ya da tikinti materialı ilə ayrılmamışdır. Onun daşla hörülmüş alt hissəsi üst kameranın döşəməsindən xeyli yuxarı qalxır və bütün hündürlüyün üçdə birinə yaxındır.[4]

Üç Günbəzin başqa bir özümlüyü inkişaf etmiş iri baştağının olmasıdır. İç kameranın bütün eni ölçüsündə bayıra çıxarlan və gövdəni tamamlamış yazı qurşağınacan qalxan böyük baştağ olduqca plastik biçimlərlə işlənmiş, incə naxışlar və kufi xəttli kitabələrlə bəzədilmişdir Silindrik tutuma birləşmə tərzi və ümumi biçimcə Dairəvi türbənin baştağına bənzəsə də Üç Günbəzin baştağı daha iri ölçülü və mürəkkəb profillidir. İri stalaktit yuvaları ilə tamamlanan və çevrəsi zəngin süslənən sivri tağça baştağın içəriyə giriş qaısına doğru dərinləşən səthlərini öz ətrafında birləşdirir. Baştağ hər cəhətdən türbənin kompozisiya dominantıdır.

  1. 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 3 4 5 https://www.sid.ir/en/seminar/ViewPaper.aspx?ID=24474.
  3. 1 2 3 https://iranarchpedia.ir/entry/13922.
  4. 1 2 "آشنایی با برج سه گنبد - آذربایجان‌غربی ([[Azərbaycan dili|azərb]]. Üç günbəz türbəsi ilə tanışlıq - Qərbi Azərbaycan‎)" (fars. ‎). hamshahrionline.ir. 25 oktyabr 2009. 2019-03-07 tarixində orijinalından arxivləşdirilib.
  5. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 94. ISBN 5-89650-334-2.
  6. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 93. ISBN 5-89650-334-2.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]