Qırmızı Sloboda qəsəbəsi

Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə.

Qırmızı Qəsəbə
41°22′17″ şm. e. 48°31′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1742
Mərkəzin hündürlüyü 569 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Qırmızı Qəsəbə xəritədə
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qırmızı Qəsəbə

Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır.

Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür.[1]

Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır.

Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir.

Qəsəbədə ən qədim kvartal Kulqatdır. Kulqat yəhudiləri özlərinin dediklərinə görə onlara qarşı siyasi təzyiq edən Kulqat xanının təzyiqi ilə bu əraziyə köçüblər. Qusar kvartalında yaşayan yəhudilər bura 1779-cu ildə Qusardan, Qarçoq kvartalında yaşayan yəhudilər bura Dərbənddən, Giləki kvartalında yaşayanlar Gilandan, Ağacani kvartalında yaşayanlar İranın Saqqız ərazisindən, Çapkəni kvartalında yaşayanlar Dağıstanın Axtı vilayətindən, Mizrahi kvartalında yaşayanlar isə Qubanın yaxınlığından bu əraziyə gəlmişdi.[2]

XVIII əsrdə bu qəsəbə "Qafqazın Yerusəlimi" adını almışdı.[3]

İkinci dünya muharibəsindən sonra yəhudi əsilli əhalinin sayı kənddə daha da artdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra İsrail burada yaşayan yəhudilərə kömək edir.

Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Qırmızı Qəsəbə şəhər tipli qəsəbə Fətəli xan şəhər tipli qəsəbə, Qırmızı Qəsəbə qəsəbə inzibati-ərazi vahidi Fətali xan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.[4] 9 ay sonra, Azərbaycan Respublikası Milli Məclisinin 5 iyul 2000-ci il tarixli, 904-IQ saylı Qanunu ilə Quba rayonunun Fətəli xan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Fətəli xan şəhər tipli qəsəbəsi Qırmızı Qəsəbə şəhər tipli qəsəbəsi, Fətəli xan qəsəbə inzibati ərazi vahidi Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır[5].

Beləliklə, hal hazırda bu yaşayış məntəqəsi qəsəbədir, Qırmızı Qəsəbə adlanır, və Quba rayonunun Qırmızı Qəsəbə qəsəbə inzibati ərazi dairəsinin mərkəzidir[6][7].

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Qəsəbə Qudyalçayın kənarında yerləşir.

Əhalisi əsasən dağ yəhudiləridən ibarətdir. Bundan başqa burada azərbaycanlılarləzgilər də yaşayır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhali əsasən ticarətlə məşğuldur.

Qəsəbədə bir rus dilli orta məktəb fəaliyyət göstərir. 2006-cı ildə qəsəbədəki 1 nömrəli orta məktəbə bu qəsəbədə yaşamış tanınmış jurnalist İsaak Abramoviç Xanukovun adı verilmişdir.

Qəsəbədə üç sinaqoq mövcuddur.

  1. "Arxivlənmiş surət". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-14.
  2. Миллер, Борис, Таты и их расселение и говоры: (материалы и вопросы), Баку, 1929, стр. 16
  3. Hidayət Orucov. "Azərbaycanda din: ən qədim dövrdən bu günədək". Bakı: "İdrak İB", 2012, səhifə 49
  4. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-24.
  5. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU". Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi aktların vahid elektron bazası. 5 iyul 2000-ci il. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  6. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024". www.azstat.org (az.). 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-05.
  7. İNZİBATİ ƏRAZİ BÖLGÜSÜ TƏSNİFATI, 2024 (PDF). BAKI: AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ. Təsnifat T.Y.Budaqovun rəhbərliyi ilə Y.X.Yusifov, V.H.Məmmədəlizadə, L.H.Salamzadə və F.E.Qocayev tərəfindən işlənib hazırlanmışdır. 2024. 72.