XƏLVƏTLİK
XƏRAC
OBASTAN VİKİ
Xəndək
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Xəndək (Qubadlı)
Xəndək — Azərbaycan Respublikasının Qubadlı rayonunun Muradxanlı kənd inzibati ərazi dairəsində kənd. Xəndək kəndi kəndin ərazisində yerləşən qədim mağaralardan bilinir ki, XVII-XVIII əsrdə müvcud olmuş kənddir. 2020 Noyabr ayının 9-u Azərbaycan silahlı qüvvələri tərəfindən işğaldan azad edilib. Xandək kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsini Cənubi Azərbaycanın Xandək kəndindən gəlmiş Hacı Məmməd adlı şəxsin salması və hazırda kənddəki nəsillərdən birinin hacıməmməduşağı adlanması haqqında məlumat verilir. Tədqiqatçılar bu oykonimi X əsrdə Orta Asiyada Çu çayı vadisində və Talas Alatausu ərazisində yaşamış və sonralar Səlcuq oğuzlarına qoşulmuş türk mənşəli xandak tayfasının adı ilə bağlayırlar. XIX əsrin əvvəllərində Şəki əyalətində Kandak, Gürcüstan ərazisində Aşağı Xandək və Yuxarı Xandək kəndləri qeydə alınmışdır. Oykonim Xəndək variantında da işlənir. Xəndək kəndi Azərbaycanın məşhur xalçaçılıq məntəqələrindən biridir. Burada toxunan xalçalar hər zaman məşhur olmuşlar və öz yüksək keyfiyyəti ilə seçilmişlər.
Xəndək (dəqiqləşdirmə)
Xəndək — boru kəməri basdırmaq üçün yerdə düzəldilən uzunsov qazma. Xəndək (Qubadlı) — Qubadlı rayonunda kənd. Xəndək (Siyəzən) — Siyəzən rayonunda kənd. Yuxarı Xəndək — Gürcüstanda kənd.
Xəndək (hərb)
Xəndək, xüsusi olaraq bir qala, bina və ya şəhəri əhatə edən böyük, dərin və əsasən su ilə doldurulmuş bir istehkamdır. Bəzi hallarda su maneəsi olaraq daha mürəkkəb süni göllərə çevrildiyi müşahidə edilmişdir. Müasir dövrdə xəndəklərin və ya su baryerlərinin qabaqlayıcı təsirləri itdiyindən vizual olaraq üstünlük verilməyə başlanmışdır.
Xəndək (qazma)
Xəndək — uzununa qazılmış dərin çuxur. İnşaatda və mədən işlərində boru kəməri, kabel xətti və s. basdırmaq, habelə su arxları və səngər üçün xəndəkdən istifadə olunur. Xəndək müasir dövrdə xəndəkqazan maşınla qazılır.
Xəndək döyüşü
Xəndək döyüşü — 31 mart 627-ci il tarixində reallaşmışdır. Məkkəli Müşriklərlə Müsəlmanlar arasındakı üçüncü və son müharibədir. Bu müharibə adını, müsəlmanların müdafiə üçün qazdıqları xəndəkdən alıb. Bu müharibədə müsəlmanların 3.000 döyüşçüsü, müşriklərin isə 10.000 döyüşçüsü və 600 atlısı vardı. Nəticədə qazanan müsəlmanlar oldu. Məkkəli müşriklər Uhud döyüşündə qəti bir zəfər qazana bilməmişdi. Ayrıca Uhud müharibəsindən sonra Müsəlmanlar, Mədinənin şərqinə və şimalına bəzi yürüşlər edərək Məkkə karvanlarının Misir, Suriya və İraq yolunu bağlamışdılar. Məkkəli müşriklər öz birliklərinin yanında, Ehabiş, Kinanə, Tihame, Qatafan, Fezare, Bəni Əsəd və Nəcd qəbilələrindən də pullu əsgərlər aldılar. Məkkəli müşriklər hərəkətə keçdiyini xəbər alan müsəlmanlar, əvvəlcə döyüş üçün strategiya təyin etdi. Buna görə açıq döyüşülməyəcək, müdafiə döyüşü aparılacaqdı.
Xəndək əməliyyatları
2015-16 Xəndək əməliyyatları — (türk. Hendek operasyonları) 2015-ci ilin 8 avqust tarixindən Türkiyə Silahlı Qüvvələri (TSK və Türk Təhlükəsizlik Ümumi Müdirliyi tərəfindən PKK-ya qarşı birgə başladılan hərbi əməliyyatlardır. Əməliyyatlar Sur, Silvan, Hakkari, Dargeçit, Silopi, Cizrə və Bitlisdə davam etməkdədir.
Mahmud Nədim Xəndək
Mahmud Nədim Xəndək (türk. Mahmut Nedim Hendek) (d. 1880, Qafqaz dağları - ö. 1920, Xəndək, Sakarya) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1901-ci ildə hərbi məktəbi bitirdikdən sonra 5-ci ordunun əmrinə verildi. 1914-cü ildə Hərbi Akademiyanı bitirdi. Birinci Dünya müharibəsində Şərq cəbhəsində mübarizə aparmışdı. “Müharibə” medalı və Məcidiyyə ordeni ilə təltif edilmişdi. 1919-cu ildə 24-cü bölmə komandirliyinə təyin edildi. 9 Avqust 1927-də Nazirlər Kabinetinin qərarı ilə "İstiqlaliyyət" medalı ilə mükafatlandırıldı.
Bərk xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Cod xəndəkotu
Cod xəndəkotu (lat. Symphytum asperum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 30-60 sm-ə qədər hündürlükdə, çox budaqlı, möhkəm qısa, aşağı qövsvari, bir az qabarıq tikanlı qıllardan tikanlı-nahamardır. Yuxarı yarpaqlar qısa, lakin, görünən saplaqların üzərində və ya oturaq olaraq yumurtavari-uzunsov və ya uzunsovdur, ən yuxarıdakılar lansetvariyə qədər, uzun itiuclu, aşağı hissədən adətən kifayət qədər sıx və yumşaq tükcüklərdən bozumtuldur; orta damar boyunca qısa qarmaqşəkilli tikancıqlıdır, yuxarı hissədən cod və seyrək tükcüklüdür. Çiçək tacı mavi, xaricdən nöqtəli-əmzikşəkillidir, başcıqlı dişicik ağzı var. Eremləri demək olar ki, qara, yarıməyilmiş, yumurtavari, arxa hissəsi torvari-qırışlıdır. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Çəmənlərdə, kolluqlarda, dağ çaylarının kənarlarında bitir.
Dərman xəndəkotu
Dərman xəndəkotu (lat. Symphytum officinale) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü.
Qafqaz xəndəkotu
Qafqaz xəndəkotu (lat. Symphytum caucasicum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin xəndəkotu cinsinə aid bitki növü. Hündürlüyü 30-60 sm, gövdəsi düz, azbudaqlanan, yumşaq tüklü çoxillik ot bitkisidir. Uzun qalınlaşmış kökləri və qısa milşəkilli kökümsovları vardır. Gövdə yarpaqları yumurtaşəkilli və yaxud uzunsovdur, aşağı yarpaqları qismən uzun saplaq üzərindədir, küttəhərdir, orta yarpaqları qısa enli və ya demək olar ki, oturaqdır, enli neştərvari və ya uzanmış elliptik şəkildədir, sivriləşmişdir, kənarları qeyri-müəyyən xırda dişlidir, uzunluğu 5-10 sm, eni 2-4 sm-dir, alt tərəfdən bozumtul və məxmər kimidir, üst tərəfdən az tüklüdür. Qıvrımlar azçiçəklidir, yarpaqsızdır. Meyvə saplağı əyilən olub, uzunluğu 3-5 mmdir. Tac mavi rəngdədir. Fındıqların uzunluğu 3-3,5 mm-dir, uzunsov, demək olar ki, düzdür, qeyribərabəryanlıdır, nazik torvari qırışlı və az qabarıqdır. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Xəndəkbacı
Xəndəkbacı — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlardan biri. Əvvəlcə beş-on arşın (metr) uzunluğunda bir-birindən bir-iki arşın (metr) aralı düz xətlər çəkilir və xətlərin arası xəndək adlandırılır. Oyunu keçirmək üçün sanama üsulu ilə başçı seçirlər. Başçı uşaqları sıraya düzür və uşaqlara sağdan sola bir-bir əlini vura-vura deyir: "Bunda" sözünün "da" hissəsi kimdə qurtarırsa, o da xəndəyə düşməli olur. Oyunun şərtinə görə, beş-on arşın (metr) uzunluğunda xəndəyin içi ilə Xəndəkbacı o yan-bu yana qaçır. Qalan uşaqlar isə xəndəyin kənarı ilə hərəkət edir, imkan düşən kimi xəndəkdən çıxmağa çalışan Xəndəkbacını yenə də öz yerinə itələyib salırlar. Xəndəkbacı da öz növbəsində səy göstərir ki, onun ardınca hərəkət edənlərdən birini tutub xəndəyə salsın. İstəyi baş tutanda xəndəyə salınan adamla Xəndəkbacı yerini dəyişir və oyun bu minvalla davam edir.
Xəndəkotu
Xəndəkotu (lat. Symphytum) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinə aid bitki cinsi. Çoxillik hündür otdur. Tamkənarlı yarpaqları növbəli düzülür. Qırmızı-bənövşəyi, göy, çəhrayı, sarı, ağ və s. çiçəkləri qıvrım çiçək qrupunda yerləşir. Ləçəkləri boruvarıdır. Meyvəsi toxumçadır. Avropa, Çənubi Asiya və Şimali Afrikada 25-dək, Azərbaycanda 3 növü məlumdur. Rütubətli yerlərdə bitir.

Digər lüğətlərdə