1. Yekə şeyin halı; irilik, həcmcə böyüklük. Daşın yekəliyi. Ayaqqabının yekəliyi. – Başın yekəliyi dövlətdir, ayağın yekəliyi neybət. ( Ata. sözü ).
O yekəlikdə tayadan üç-dörd çəngə ot çıxır.
[Qədir:] Mən yekəlikdə adamın diriliyini danırlar.
2. bax yekəxanalıq.
Mərd olan al geysə, yekəlik bilməz; Namərd şilə geysə, xanlıq davalar.