YEKSƏR

sif. [ fars. ] Başdan-başa, bütün, hamı, tamam.
Sən o deyildinmi, edəndə qiyam; Səcdə edərdi sənə yeksər əvam? M.Ə.Sabir.
[Şeyx Kəbir Sənana:] Cahil-arif, böyükkiçik yeksər; Səni özlər, sevər, pərəstiş edər. H.Cavid.
İtirdi özünü soldatlar yeksər; Atıldı uçruma o dəmdə Əjdər. H.K.Sanılı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEKSƏR yeksər bax büsbütün
  • YEKSƏR başdan-başa — bütün — tamam
YEKSAN
YEKTA

Digər lüğətlərdə