YEMLƏMƏK

f.
1. Heyvanlara, quşlara yem vermək, heyvanları yedirtmək, otarmaq. Quzunu yaxşıca yemləmək lazımdır. – Molla eşşəyi həmişə özü yemləyərmiş. “M.N.lətif.
” Yol üzərində bir qədər dincəlmək, atları yemləmək lazım gəldi. S.Hüseyn.
Sənəm qarı toyuqları yemləyib pilləkənlə yuxarı qalxmağa başladı. Ə.Məmmədxanlı.

2. Bitkiyə gübrə vermək.
Pambıq yetişənə qədər Şamama sahəni altı dəfə kətmənləmiş, üç dəfə əlavə yemləmişdi. Ə.Əbülhəsən.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEMLƏMƏK yedirtmək — otarmaq
YEMLƏMƏ
YEMLƏNDİRİLMƏ

Digər lüğətlərdə