YERİŞ

is.
1. Yerimək tərzi, yerimək işi.
Sallana-sallana gedən Salatın; O sərxoş yerişin yola yaraşır. Aşıq Ələsgər.
[Kor kişi] tamamilə əski həyatın bir yadigarı idi.
Əlbisəsinin tərzi, biçimi avamlığını, yerişi gözsüzlüyünü andırırdı. S.Hüseyn.
Səməd [qadının] üzünü görməsə də, yerişindən, boy-buxunundan, tərpənişindən onun lap cavan olduğunu dərhal bildi. İ.Hüseynov.

□ Ayı yerişi – iki yana basa-basa yerimə.
2. Yürüş, axın, hücum.
Xotkar yazmışdı ki, qoşun hazırlayır, Çənlibelə yeriş olacaq. Koroğlu”.

□ Yeriş etmək – axın halında hərəkət etmək, hücum etmək.
[Vəli:] Belə yapıncını çəkdim döşümə, papağımı basdım gözümün üstünə, çomağı aldım əlimə, düşdüm sürülərin qabağına, ləhləyə-ləhləyə birbaş yeriş elədik üzü yuxarı… N.Vəzirov.

◊ Yerişini azdırmaq1) yorğa gedən at haqqında;
2) məc. qudurmaq, lovğa olmaq, təşəxxüslü olmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YERİŞ yürüş — axın — hücum

Antonimlər (əks mənalı sözlər)

  • YERİŞ YERİŞ – DURUŞ Yeriş də, duruş da başqalaşıbdır; Yanaşıb əl verir görsə hər kimi (H.Hüseynzadə)
YERİNDƏCƏ
YERİŞLİ

Digər lüğətlərdə

безъязы́чие боле́зненный вербе́новый до́лжное манти́сса национа́л-коммуни́зм переде́рживание рю́мочный хаоти́чно шкафно́й баритони́ст обозре́ние разъя́сниваться спросо́нок цитва́рное семя форшлаг double-concave Lerwick malt-worm Masqat reconversion всадник запасный клеточка репрессировать