YUSUB

artım, çoxaldılmış; Allah əlavə edər (qədim y. "İosif " adının ərəb forması).
YUSİFƏLİ
YUSUBALI
OBASTAN VİKİ
Anar Yusub
Yusubov Anar Abdul Vahid oğlu — Azərbaycanlı bəstəkar və kamança ifaçısı. == Həyatı == Yusubov Anar Abdul Vahid oğlu 6 yanvar 1989 cu ildə Bakı şəhərində anadan olmuşdur. == Təhsili == İlk musiqi təhsilini 1998–2004 cü illərdə Fikrət Əmirov adına incəsənət məktəbinin "Kamança" sinfində almışdır. 2004–2008 ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecində; 2008–2012 ci illərdə isə Azərbaycan Milli Konservatoriyasında təhsil almışdır. 2014–2016 cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Magistr dərəcəsi almışdır.2020 ci ildə Almaniyanın Rostock şəhərində "Rostock Universiteti" nə Kompyuter elmləri ixtisasına qəbul olmuşdur. Hal hazırda ikinci təhsilini alır == Səhnə fəaliyyəti == Peşəkar səhnə fəaliyyəti illərində Respublikanın xalq artistləri Səkinə İsmayılova və Simarə İmanova ilə illərlə işləmişdir. == İştirak etdiyi beynəlxalq festivallar == Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya, Avstriya, Slovakiya, Serbiya, Hindistan və bir çox ölkələrdə konsert proqramları və festivallarda çıxış etmişdir. 2011-ci il 14–21 mart "Muğam aləmi" II Beynəlxalq Muğam Festivalı 2012-ci il 20–27 aprel "Cappadocia geceleri" Festivalı 2013-cu il 1–3 fevral Hindistanın Kolkata şəhərində "Sufi-sutra"Festivalı. Muğam ve Raganın sintezini hindistanli musiqiçilərlə birlikdə etmişdir. Bu layihe "Muraağam"adlanır.
Yaşar Yusub
Ədalət Yusub
Ədalət Həsənağa oğlu Yusubov və ya Ədalət Həsənağa oğlu Yusub (5 oktyabr 1960) — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ədalət Yusub 5 oktyabr 1960-cı ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Ədalət Yusub 10 may 1992-ci il Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 806 nömrəli fərmanı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 11 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 713 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. === Partiya fəaliyyəti === Ədalət Yusub Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Təşkilatının sədri və sədrin seçki məsələləri üzrə müavini olmuşdur. Partiya daxilində yaranmış narazılıqlara görə yaranmış Demokratik Birlik Fraksiyasının həmtəsisçisi olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyası üzvü olduğu müddətdə sədr müavinliyindən istefa verərək Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olmuş və hərəkatın təşkilati məsələlər üzrə sədr müavini olmuşdur. 17 oktyabr 2021-ci ildə partiyaya çevrilən hərəkatın 26 dekabr 2021-ci il tarixində Ali Məclisinin ilk sessiyası keçirilmiş və sessiyada Ədalət Yusub Azərbaycan Demokratiya və Rifah Partiyasının təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. === Seçkilərdə === Ədalət Yusub 2010-cu il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının deputatlığa namizədi olmuş, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 2849 səs (19.19 %) səs toplayaraq seçkiləri Ana Vətən Partiyası namizədi Fəzail Ağamalı və bitərəf namizəd İlham İsmayılovun ardınca üçüncü sırada bitirmişdir.
Elzar Yusubov
Süleyman oğlu Yusubov (9 yanvar 1989, Qəmərli, Dmanisi rayonu – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elzar Yusubov 1989-cu il yanvarın 9-da Dmanisi rayonunun Qəmərli kəndində anadan olub. 1992-ci ildə Yusubovlar ailəsi Hövsan qəsəbəsində yaşamağa başladılar. 1995-2007-ci illərdə Hövsan qəsəbəsində Ə. Məmmədov adına 76 nömrəli tam orta məktəbdə təhsil alıb. 2007-2011-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Elzar Yusubov 2011-2012-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildə Daxili Qoşunların sıralarında Manqa Komandiri vəzifəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi.
Hüseyn Yusubov
Hüseyn Yusif oğlu Yusubov - Gürcüstan Respublikasının energetika nazirinin müavini. == Həyatı == Hüseyn Yusubov 1964-cü ilin aprel ayında Borçalının Böyük Muğanlı kəndində ziyalı ailəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. İxtisasca alim-zootexnikdir. Bir müddət ixtisası üzrə çalışdıqdan sonra Kürdlər kənd sovetinin sədri, sonra Marneuli rayon bələdiyyəsinin sədri vəzifələrinə seçilib. Hüseyn Yusubov nazir müavini təyin olunmamışdan əvvəl azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli (Borçalı) bölgə qubernatorunun müavini vəzifəsində işləyib. Hüseyn Yusubov eyni zamanda Gürcüstan Azərbaycanlıları Konqresinin sədri, Gürcüstan Beynəlxalq Əlaqələr və Gürcüstan Biznes və Hüquq universitetlərinin Fəxri Doktorudur. Ailəlidir. İki oğlu var. Hər ikisi ali məktəb tələbəsidir.
Orxan Yusubov
Orxan Allahverdi oğlu Yusubov (19 yanvar 1992; Gəncə, Azərbaycan — 27 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Orxan Yusubov 1992-ci il yanvarın 19-da Gəncə şəhərində anadan olub. Subay idi. == Hərbi xidməti == Orxan Yusubov 2020-ci il sentyabrın 21-də Kəpəz Rayon Hərbi Komisarlığı tərəfindən təlimlərə çağırılıb. Azərbaycan Ordusunun əsgəri olan Orxan Yusubov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Yusubov sentyabrın 27-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülüb. Onun nəşi 3 iyun 2021-ci ildə tapılmış və 4 iyun tarixində Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Ramilə Yusubova
Ramilə Kaştayeva (qızlıq soyadı: Yusubova, 28 iyul 1987, Tbilisi) — Azərbaycanı təmsil edən para-cüdoçu və cüdoçu. Cüdo üzrə idman ustası. Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. == Karyerası == === Cüdo === Ramilə, beynəlxalq səviyyədə ilk ciddi uğuruna, 2003-cü ilin avqustunda, Bakıda baş tutmuş U-17 dünya çempionatında qızıl medal qazanmaqla nail olub. 2004-cü ilin noyabrında hərbçilər arasında dünya çempionatında bürünc medal qazanıb. 2005-ci ilin dekabrında baş tutmuş Azərbaycan çempionatının finalında Sona Əhmədliyə məğlub olaraq gümüş medalla kifayətlənib. 2006-cı ilin oktyabrında Bakıda keçirilmiş U-23 Azərbaycan çempionatında qızıl, noyabrında isə Moskvada keçirilmiş U-23 Avropa çempionatında bürünc medal qazanıb. 2008-ci ildə həlledici görüşdə Gözəl Zutovaya qalib gələrək Azərbaycan çempionu olub. Bir il sonra Antalyada baş tutmuş U-23 Avropa çempionatında üçüncü yeri tutub. 2010-cu ilin sentyabrında Tokionun ev sahibliyi etdiyi dünya çempionatında bürünc medal qazanıb.
Sabir Yusubov
Sabir Firdovsi oğlu Yusubov (6 oktyabr 1990; Göygöl, Azərbaycan— 13 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sabir Yusubov 6 oktyabr 1990-cı ildə Göygöl rayonu Topalhəsənli kəndində anadan olmuşdur. 1998-ci ildə Göygöl rayon Topalhəsənli kənd tam orta məktəbin 1-ci sinfinə getmişdir. 2009-cu ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ailəlidir, 2 övladı var. == Hərbi xidməti == 2009-cu ilin oktyabr ayından 2011-ci ilin oktyabr ayınadək "N" saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Sabir Yusubov 13 oktyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Sabir Yusubov (şəhid)

Təbriz Yusubzadə
İsmixan Yusubov
İsmixan Məhəmməd oğlu Yusubov — Azərbaycanlı riyaziyyatçı alim, yazıçı-publisist. == Həyatı == 1945-ci ildə Azərbaycanın Qazax (indiki Ağstafa) rayonunun Poylu kəndində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Moskva şəhərində 1964-1967-ci illəri arasında keçən üç illik hərbi xidmət sonrası 1970-ci ilində universitetdən məzun olmuş və bir il Cəlilabad şəhərində riyaziyyat və fizika müəllimi işləmişdir. Azərbaycan Dövlət Universitetində (daha sonra Bakı Dövlət Universitetində) aspirant olmuş (1971), assistent (1974), baş müəllim (1981) və dosent (1989) vəzifələrində işləmiş, orada da namizədlik dissertasiyasını (1983) müdafiə etmişdir. 1993-2012-ci illərdə Türkiyənin universitetlərində (Kocaeli, Sakarya), 2012-2014-cü illərdə yenidən Bakı Dövlət Universiteti Mexanika-riyaziyyat fakültəsinin Cəbr və həndəsə kafedrasında işləmişdir. == Yaradıcılığı == İsmixan Yusubov 100-dən çox elmi məqalə, metodiki vəsait və kitabın müəllifidir. Elmi işinin mövzusu "Operatorların və normalı cəbr elementlərinin ədədi oblastı nəzəriyyəsi haqqında" ("К теории числовой области операторов и элементов нормированных алгебр") olmuşdur. M.Q.Pənahovla birlikdə 1991-ci ildə "Ehtimal nəzəriyyəsinin elementləri" (1-ci və 2-ci hissə), "Riyazi fizika tənlikləri üçün qoyulan tipik məsələlərin həllinə dair metodik göstəriş" adlı tədris vəsaitləri çap olunmuşdur. Sakarya universitetində işlədiyi zaman M.Q.Pənahov ilə birlikdə yazmış olduğu “Leneer Cebir ve sonlu boyutlu lineer operatorlar teorisinin elemanları” adlı kiabı İstanbulda üç dəfə (2004, 2006, 2009) nəşr olunmuşdur və hazırda ondan Türkiyə universietlərində dərslik kimi isifadə olunur.
Ədalət Yusubov
Ədalət Həsənağa oğlu Yusubov və ya Ədalət Həsənağa oğlu Yusub (5 oktyabr 1960) — Klassik Xalq Cəbhəsi Partiyasının sabiq sədr müavini, Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Ədalət Yusub 5 oktyabr 1960-cı ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Ədalət Yusub 10 may 1992-ci il Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərovun 806 nömrəli fərmanı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 11 avqust 1993-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 713 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. === Partiya fəaliyyəti === Ədalət Yusub Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyasının Salyan Rayon Təşkilatının sədri və sədrin seçki məsələləri üzrə müavini olmuşdur. Partiya daxilində yaranmış narazılıqlara görə yaranmış Demokratik Birlik Fraksiyasının həmtəsisçisi olmuşdur. O, Klassik Xalq Cəbhəsi Partiyası üzvü olduğu müddətdə sədr müavinliyindən istefa verərək Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatına üzv olmuş və hərəkatın təşkilati məsələlər üzrə sədr müavini olmuşdur. 17 oktyabr 2021-ci ildə partiyaya çevrilən hərəkatın 26 dekabr 2021-ci il tarixində Ali Məclisinin ilk sessiyası keçirilmiş və sessiyada Ədalət Yusub Azərbaycan Demokratiya və Rifah Partiyasının təşkilati məsələlər üzrə sədr müavini vəzifəsinə təyin olunmuşdur. === Seçkilərdə === Ədalət Yusub 2010-cu il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyasının deputatlığa namizədi olmuş, 60 saylı Salyan-Neftçala seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 2849 səs (19.19 %) səs toplayaraq seçkiləri Ana Vətən Partiyası namizədi Fəzail Ağamalı və bitərəf namizəd İlham İsmayılovun ardınca üçüncü sırada bitirmişdir.
Ədhəm Yusubov
Ədhəm Süleyman oğlu Yusubov (d. 31.12.1939) — rəssam. == Bioqrafiya == 31.12.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1963-ildə Əzim Əzim-zadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq bölməsini bitirmişdir. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin keramika bölməsini bitirmişdir. 1970-1982- illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində ixtisas fənləri üzrə müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqnın üzvü, 1976-1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin sədri və SSRİ Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsi üzrə komisiya üzvüdür. 2001-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasının dosenti və müdiri vəzifəsində çalışır. 1976-1982-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının VI və VII qurultaylarında «Dekorativ-tətbiqi sənət» bölmesinin sədri, idarə ve rəyasət heyətinə, respublika, ümumittifaq sərgi komissiyasına üzv seçilmişdir. Bu müddət ərzində onun dekorativ-tətbiqi sənətin səviyyəsinin yüksəlməsində xüsusi rolu olmuşdur.
Barat Yusubov
Barat Vəliş oğlu Yusubov (8 yanvar 1978, Pirəsora, Lerik rayonu) — Azərbaycanlı həkim-nefroloq. "Azərbaycan Nefroloqlar Cəmiyyəti"nin təsisçisi və sədri (2018–2020); "Avropa Nefroloji Dərnəyi"nin üzvü (2019–h.h.); "Azərbaycan Daxili Xəstəliklər Dərnəyi"nin təsisçisi və sədri (2022–h.h.); "Yeni Klinika"nın direktoru (2022–h.h.) 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb, 2001–2002-ci illərdə M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Hemodializ şöbəsində Nefrologiya ixtisası üzrə internatura təhsili alıb. 2004–2005-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Nefrologiya şöbəsində, 2005–2009-cu illərdə ECM-nin Hemodializ şöbəsində həkim-nefroloq olaraq fəaliyyət göstərib. 2009–2012-ci illərdə Avrasiya Klinikasının baş həkimi, 2012–2015-ci illərdə "Medistyle Hospital"ın baş həkimi kimi çalışıb. Müxtəlif konfransların və simpoziumlarının iştirakçısı olub. 4 elmi məqalənin müəllifidir. == Həyatı == Yusubov Barat Vəliş oğlu 1978-ci il yanvar ayının 8-də Lerik rayonunun Pirəsora kəndində anadan olmuşdur. == Təhsili == 1984–1995-ci illərdə Lerik rayonu, Pirəsora kənd orta məktəbində orta təhsil alıb. 1995–2001-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində ali təhsil alıb. 2001–2002-ci illərdə M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin "Hemodializ" şöbəsində, Nefrologiya ixtisası üzrə internatura təhsili alıb.
Namaz Yusubov
Elçin Yusubov
Elçin Yusubov — Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin Müşahidə Şurasının Sədri. == Həyatı == Yusubov Elçin Mustafa oğlu 1975-ci il 8 avqust tarixində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun İdarəetmənin təşkilatçısı ixtisası üzrə, 1998-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu kredit iqtisadçı ixtisası üzrə bitirmişdir. Özəl sektorda, Azərbaycan Respublikası Ticarət Nazirliyində, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Əmlak Komitəsində, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentində baş direktorun müavini, baş direktorun 1-ci müavini, baş direktor, Bakı şəhər Lokal Gəlirlər İdarəsinin rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilmişdir. O, 2024-cü il 7 marta qədər bu vəzifədə çalışıb. Azərbaycan Respublikası Prezidentinin 7 may 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilmişdir. == Mükafatları == Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.